Reklam verin!

Prezident Ensiklopediyası

İntellektual Prezident - İlham Əliyev

Daxili və xarici uğurlarımızın sahibi...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QƏRBİ AVROPA İTTİFAQI PARLAMENT ASSAMBLEYASININ FƏXRİ SƏDRİ STEFAN QORİSİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Qərbi Avropa İttifaqı Parlament Assambleyasının fəxri sədri Stefan Qorisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Bu gözəl ölkəyə yenidən səfərindən məmnunluğunu bildirən Stefan Qoris dedi ki, nümayəndə heyətinə bir sıra Avropa ölkələrinin təmsilçiləri daxildir.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Qarabağın xilaskarı
artyazar
Avqust 27, 2008 17:34
Baxış sayı: 3

Şərhlər(0)

İskəndər qüdrətli Ali Baş Komandanımız: əmrinizə müntəzirik...

BU GÜN AZƏRBAYCAN ORDUSU BÖLGƏNİN ƏN GÜCLÜ ORDUSUDUR

AZƏRBAYCAN PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI İLHAM ƏLİYEVİN MİLLİ ORDUNUN 90 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ BAKIDA KEÇİRİLƏN TƏNTƏNƏLİ HƏRBİ PARADDA NİTQİ
- Əziz əsgərlər, zabitlər, generallar!
Əziz hərbçilər!
Xanımlar və cənablar!
Mən sizi və bütün Azərbaycan xalqını Azərbaycan Ordusunun 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan Milli Ordusunun yaranması bizim tariximizdə çox əlamətdar və tarixi bir hadisə idi. 1918-ci ildə müsəlman aləmində ilk dəfə demokratik respublikanın yaranması çox böyük tarixi hadisə idi. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Azərbaycan dünya aləminə qovuşurdu. Biz bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyini böyük təntənə ilə və çox geniş şəkildə qeyd etdik.

Davamı...


Virtual gündəlik, Prezidentə dəstək, Ali sərkərdə, Qarabağın xilaskarı, İntellektual nitq və çıxışlar
artyazar
İyul 4, 2008 9:38
Baxış sayı: 22

Şərhlər(0)

Görüşlər, fərmanlar: xalq üçün, Vətəndən ötrü...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KALMIKİYA RESPUBLİKASININ PREZİDENTİ, FİDE-NİN PREZİDENTİ KİRSAN İLYUMJİNOVU QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Prezident sarayında Rusiya Federasiyasının Kalmıkiya Respublikasının Prezidenti, FİDE-nin prezidenti Kirsan İlyumjinovu qəbul etmişdir.
Dövlətimizin başçısı şahmat üzrə mötəbər turnirin Azərbaycanda ilk dəfə keçirilməsindən və tanınmış şahmatçıların bu turnirdə iştirakından məmnunluğunu ifadə etdi.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Qarabağın xilaskarı
artyazar
Aprel 21, 2008 20:49
Baxış sayı: 42

Şərhlər(0)

ƏHALİNİN SOSİAL VƏZİYYƏTİNİN YAXŞILAŞDIRILMASI...

ƏHALİNİN SOSİAL VƏZİYYƏTİNİN YAXŞILAŞDIRILMASI ÖLKƏMİZ ÜÇÜN BİRİNCİ DƏRƏCƏLİ MƏSƏLƏDİR FÜZULİ RAYONUNUN ZOBUCUQ QƏSƏBƏSİNDƏ ORTA MƏKTƏB BİNASININ AÇILIŞINDA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- Əziz bacılar və qardaşlar, əziz dostlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gözəl gündə yeni qəsəbələrin istifadəyə verilməsi münasibətilə sizi ürəkdən təbrik edirəm.
Qısa müddət ərzində bu ərazidə minlərlə ev tikilib, minlərlə soydaşımız öz doğma torpaqlarına qayıtmışdır. Bildiyiniz kimi, qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət proqramının icrası çox uğurla gedir. 2004-cü ildə proqram qəbul olunanda bizim o vaxt nəzərdə

Davamı...


Virtual gündəlik, Qarabağın xilaskarı, İntellektual nitq və çıxışlar
artyazar
Aprel 20, 2008 14:18
Baxış sayı: 37

Şərhlər(0)

Qarabağ - hamımızın qəlbi...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FÜZULİ, BEYLƏQAN VƏ BİLƏSUVAR RAYONLARINA SƏFƏRİ HORADİZ ŞƏHƏRİNDƏ HEYDƏR ƏLİYEV MUZEYİ İLƏ TANIŞLIQ

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Füzuli, Beyləqan və Biləsuvar rayonlarında olmuşdur.
Əvvəlcə Horadiz şəhərinə gələn dövlətimizin başçısı burada Heydər Əliyev muzeyində oldu.
Burada rayon ictimaiyyətinin nümayəndələri Prezidenti səmimiyyətlə qarşıladılar.
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi, eksponatlarla tanış oldu. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat və


Davamı...


Virtual gündəlik, Prezidentə dəstək, Qarabağın xilaskarı
artyazar
Aprel 20, 2008 14:17
Baxış sayı: 40

Şərhlər(0)

PREZİDENTİMİZ FÜZULİ RAYONUNDA MÜASİR TİBB MƏRKƏZİ TİKDİRİR

 Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Füzuli rayonunda Tibb mərkəzinin təməlinin qoyulması mərasimində iştirak etmişdir.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına məlumat verdi ki, mərkəz 2 hektarlıq sahədə yerləşəcəkdir. Üç korpusdan ibarət mərkəzdə qəbul otağı, stasionar şöbə, rentgen kabineti, laboratoriya, inzibati şöbə, əməliyyat bloku, reanimasiya və doğum şöbələri olacaqdır. Yeni tibb ocağında ətraf bölgələrdən gələnlərə də tibbi xidmət göstəriləcəkdir.


Davamı...


Virtual gündəlik, Prezidentə dəstək, Qarabağın xilaskarı
artyazar
Aprel 20, 2008 14:00
Baxış sayı: 49

Şərhlər(0)

Ali komandan İLHAM ƏLİYEV QARABAĞDA - BEYLƏQANDA, FÜZULİDƏ

ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Füzuli rayonuna səfərini başa çatdırdıqdan sonra Beyləqan rayonuna gəlmişdir.
Beyləqan şəhərinin mərkəzindəki Heydər Əliyev adına parkda rayon sakinləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Beş hektara yaxın sahəsi olan parkda müxtəlif növ dekorativ bitkilər, çoxlu gül kolları əkilmiş, fəvvarə, uşaq karuselləri, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Burada sakinlərin istirahəti üçün hər cür şərait, o cümlədən əyləncə mərkəzi yaradılmışdır.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.


Davamı...


Virtual gündəlik, Ali sərkərdə, Qarabağın xilaskarı
artyazar
Aprel 20, 2008 13:18
Baxış sayı: 40

Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz dostlar!
Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Beyləqan rayonunun həyatında çox gözəl, əlamətdar bir gündür. Uzun fasilədən sonra rayona təbii qazın verilməsi bərpa olunubdur. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. 20 ilə yaxındır ki, Beyləqana təbii qazın verilməsi dayandırılmışdı. Əlbəttə, hamımız yaxşı bilirik ki, təbii qazın olmaması insanlara əlavə problemlər yaradır. Həm sosial məsələlərin həllinə, həm də iqtisadi inkişafa, sənaye sahəsindəki uğurlara böyük problemlər yaradır.
“Azəriqaz” bu qaz xəttinin çəkilişi üçün çox fəal işlədi və böyük işlər gördü. Son illər ərzində bütövlükdə ölkəmizin hər bir yerinə təbii qazın verilməsi bərpa olunur və hətta tarixdə heç vaxt qazlaşdırılmayan bölgələrə də qaz xətləri çəkilir. Biz bunu ona görə edirik ki, Azərbaycanda bütün bölgələrin inkişafı daha da sürətlə getsin,

Davamı...


Virtual gündəlik, Qarabağın xilaskarı, İntellektual nitq və çıxışlar
artyazar
Aprel 20, 2008 13:02
Baxış sayı: 39

Şərhlər(0)

Qarabağda HEYDƏR ƏLİYEV MUZEYİ - Zəfərimizin mayakı

HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞI

Aprelin 18-də Beyləqan şəhərində Heydər Əliyev muzeyinin açılışı olmuşdur.
Prezident İlham Əliyev ulu öndərin adını daşıyan parkda yerləşən muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Dovlətimizin başçısına məlumat verildi ki, 200 kvadratmetrdən çox sahəsi olan muzeyin salonlarında Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü və müstəqil Azərbaycanın prezidenti olduğu illəri əks etdirən fotoşəkillər vardır.


Davamı...


Virtual gündəlik, Qarabağın xilaskarı
artyazar
Aprel 20, 2008 12:56
Baxış sayı: 38

Şərhlər(0)

Xilaskarın Qarabağa növbəti yuruşu: bu dəfə də sülh arzusuyla

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BİLƏSUVAR RAYONUNA GƏLMİŞDİR
HEYDƏR ƏLİYEV PARKINI ZİYARƏT
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Beyləqandan Biləsuvar rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbəyə gələrək, buradakı Heydər Əliyev parkını ziyarət etdi, ulu öndərin büstü önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə məlumat verildi ki, 2004-cü ildə salınmış parkın sahəsi 2 hektardır. Bu il parkda əsaslı təmir işləri aparılmış, əhalinin istirahəti üçün hər cür şərait yaradılmış, fəvvarə quraşdırılmışdır.

Davamı...


Virtual gündəlik, Qarabağın xilaskarı
artyazar
Aprel 20, 2008 12:52
Baxış sayı: 31

Şərhlər(0)

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT

Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Hər il olduğu kimi, bu il də sizə bütün dünya azərbaycanlılarının kədər və hüznlə qeyd etdiyi soyqırımı qurbanlarını anma günü – 31 Mart münasibətilə müraciət edirəm.
Təcavüzkar erməni millətçiləri xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirmişdir. Azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalmışdır. Xalqımızın tarixi kobud surətdə saxtalaşdırılmış, mədəniyyətimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir.
Soyqırımı siyasəti müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilmiş, kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunmuşdur. XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905 və 1918-ci illərdə azərbaycanlı


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Qarabağın xilaskarı, İntellektual nitq və çıxışlar
artyazar
Mart 30, 2008 20:30
Baxış sayı: 46

Şərhlər(0)

BMT-nin qətnaməsi - Azərbaycanın qlobal qələbəsi

BMT-DƏ QƏBUL OLUNMUŞ QƏTNAMƏ AZƏRBAYCAN DİPLOMATİYASINININ ƏN BÖYÜK QƏLƏBƏSİ, ERMƏNİSTANIN CİDDİ MƏĞLUBİYYƏTİDİR
XARİCİ POLİTOLOQ VƏ EKSPERTLƏR BU QƏNAƏTDƏDİRLƏR

AzərTAc xəbər verir ki, BMT Baş Məclisinin 62-ci sessiyası çərçivəsində qəbul olunmuş “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnaməni əksər xarici ekspertlər Azərbaycan diplomasiyasının son illər əldə etdiyi ən böyük uğurlardan biri kimi qiymətləndirirlər.
Ekspertlərin fikruincə, qətnamə göctərdi ki, Ermənistan bu məsələdə tamamilə təklənmişdir.
Rusiyanın tanınmış politoloq və ekspertləri BMT-də qəbul olunmuş qətnaməni Azərbaycanın ən böyük uğuru hesab edirlər. Kremlin aparıcı analitikklərindən biri, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov hesab edir ki,


Davamı...


Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici, Ali sərkərdə, Qarabağın xilaskarı
artyazar
Mart 26, 2008 0:15
Baxış sayı: 45

Şərhlər(0)

Gün var Yüzilliyi əvəzləyir...

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzəni qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Prezident sarayında ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzəni qəbul etmişdir.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti, Azərbaycanla ABŞ arasında enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Qarabağın xilaskarı
artyazar
Mart 6, 2008 14:47
Baxış sayı: 58

Şərhlər(0)

Azərbaycanın Qərb bölgəsinə növbəti səfər

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SAMUX VƏ XANLAR RAYONLARINA SƏFƏRİ
“SAMUX ŞƏHİDLƏRİ” ABİDƏ KOMPLEKSİNİ VƏ HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Naftalan şəhərindən Samux rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyev parkına gələrək, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş samuxluların xatirəsinə tikilmiş “Samux şəhidləri” abidə kompleksinin önünə gül dəstəsi qoydu. Əbədi məşəlin alovlandığı kompleksdə qara mərmər üzərində 106 şəhidin adı həkk olunmuşdur.


Davamı...


Virtual gündəlik, Qarabağın xilaskarı
artyazar
Mart 6, 2008 14:36
Baxış sayı: 59

Şərhlər(0)

İLHAM ƏLİYEV FACİƏ QURBANLARININ XATİRƏSİNİ ANMA MƏRASİMİNDƏ

XOCALI FACİƏSİ ERMƏNİ MİLLƏTÇİLƏRİNİN AZƏRBAYCAN XALQINA QARŞI APARDIĞI SOYQIRIMI VƏ ETNİK TƏMİZLƏMƏ SİYASƏTİNİN QANLI SƏHİFƏSİDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FACİƏ QURBANLARININ XATİRƏSİNİ ANMA MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

On altı il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır. Həmin gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etmişlər.


Davamı...


Virtual gündəlik, Qarabağın xilaskarı
artyazar
Fevral 26, 2008 22:02
Baxış sayı: 52

Şərhlər(0)

Çağdaş Liderimizin zaman fəlsəfəsi

ÖLKƏMİZİN BÜTÜN BÖLGƏLƏRİNDƏ İNSANLARIN RAHAT YAŞAMASI ÜÇÜN HƏR CÜR ŞƏRAİT YARADILIR
AĞDAM OLİMPİYA İDMAN KOMPLEKSİNİN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz ağdamlılar!
Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram, yenidən Ağdam
rayonunda olmağımdan məmnunluq hissi keçirirəm. İki il bundan əvvəl biz sizinlə bərabər bu gözəl Olimpiya İdman Kompleksinin təməlini qoyduq və bu gün onun açılışında iştirak edirik. Bu, çox əlamətdar bir hadisədir.


Davamı...


Virtual gündəlik, Qarabağın xilaskarı
artyazar
Yanvar 19, 2008 11:24
Baxış sayı: 50

Şərhlər(0)

Qarabağsız Azərbaycan - qəlbsiz insan

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN AĞDAM RAYONUNA SƏFƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Ağdam rayonunda olmuşdur. Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə Ağdam rayonunun Quzanlı qəsəbəsində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoydular.

Davamı...


Virtual gündəlik, Qarabağın xilaskarı
artyazar
Yanvar 19, 2008 11:17
Baxış sayı: 62

Şərhlər(0)

Qarabağa yürüş: hələlik sülh arzusuyla - lazım olsa, hərblə...

ALİ BAŞ KOMANDAN CƏBHƏ XƏTTİNDƏ OLMUŞ, HƏRBÇİLƏRİ MÜKAFATLANDIRMIŞDIR

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev yanvarın 17-də Ağdam rayonuna səfəri zamanı cəbhə xəttində də olmuşdur.
Hərbçilər Ali baş komandana raport verdilər.
Dövlətimizin başçısı səngərdə qurulmuş məntəqədən işğal altında olan əraziləri müşahidə etdi, əsgərlərin ixtiyarındakı hərbi ləvazimatla tanış oldu.


Davamı...


Qarabağın xilaskarı
artyazar
Yanvar 19, 2008 11:13
Baxış sayı: 58

Şərhlər(0)

Azərbaycanın hər yeri inkişaf etməlidir!!!

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN AĞCABƏDİ RAYONUNA SƏFƏRİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 17-də Ağdam rayonundan Ağcabədi rayonuna gəlmişdir.
Rayon mərkəzində sakinlər dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.


Davamı...


Virtual gündəlik, Qarabağın xilaskarı
artyazar
Yanvar 19, 2008 11:09
Baxış sayı: 66

Şərhlər(0)

ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜN YAŞAYIŞ BİNASI

AĞCABƏDİDƏ ŞƏHİD AİLƏLƏRİ VƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ ÜÇÜN YAŞAYIŞ BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR

Yanvarın 17-də Ağcabədi şəhərində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa olunan üçmərtəbəli, 24 mənzilli bina istifadəyə verilmişdir.


Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu münasibətlə keçirilən mərasimdə iştirak etdilər.


Davamı...


Virtual gündəlik, Qarabağın xilaskarı
artyazar
Yanvar 19, 2008 11:03
Baxış sayı: 75

Şərhlər(1)


  Yazılar cəmi: 20   
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com