Reklam verin!

Prezident Ensiklopediyası

İntellektual Prezident - İlham Əliyev

Milli bədii söz sənətinin qayğıkeşi...

SƏMƏD MƏNSURUN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Tanınmış Azərbaycan şairi Səməd Mənsurun (Səməd Hacı Əhməd oğlu Kazımov) xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
Bakı Şəhər İcra Hakimiyyəti Səməd Mənsurun yaşadığı binaya (Əmircan qəsəbəsi, Cabir Əliyev küçəsi, 15) xatirə lövhəsinin vurulmasını təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2008-ci il.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi
artyazar
Avqust 27, 2008 18:02
Baxış sayı: 3

Şərhlər(0)

Azərbaycanı dəhşətli dərəcədə sevən lider... (Xızıya səfər)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BAKI-QUBA-RUSİYA DÖVLƏT SƏRHƏDİ AVTOMOBİL YOLUNUN 16-34-CÜ KİLOMETRİNİN YENİDƏNQURMADAN SONRA AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

AzərTAc xəbər verir ki, avqustun 22-də Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-34-cü kilometri yenidənqurmadan sonra istismara verilmişdir.
Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidən qurulmasına bu ilin mayında başlanmışdır. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə görülən inşaat işlərini “Akkord” şirkətlər qrupu həyata keçirir.


Davamı...


Virtual gündəlik, Liderə sevginin qəribəlıkləri, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi, İntellektual nitq və çıxışlar
artyazar
Avqust 23, 2008 12:54
Baxış sayı: 5

Şərhlər(0)

Yeni təhsil qurucusu...

2007/2008-Cİ TƏDRİS İLİNDƏ KEÇİRİLMİŞ “ƏN YAXŞI ÜMUMTƏHSİL MƏKTƏBİ” MÜSABİQƏSİNİN QALİBLƏRİNİN MÜKAFATLANDIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” 2007-ci il 4 sentyabr tarixli 2373 nömrəli Sərəncamının 1-ci bəndinə uyğun olaraq qərara alıram:

2007/2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qazandığına görə aşağıda qeyd edilən ümumtəhsil məktəbləri 10000 (on min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılsın:

Abşeron rayonu Xırdalan şəhər 1 №-li orta məktəb
Ağstafa rayonu texniki-humanitar təmayüllü lisey


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi
artyazar
Avqust 21, 2008 18:56
Baxış sayı: 7

Şərhlər(0)

Mədəniyyətimizin böyük qayğıkeşi və hamisi

AZƏRBAYCAN KİNO XADİMLƏRİNƏ FƏXRİ ADLARIN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Azərbaycan Respublikasının xalq artisti”

Əzizbəyli Ramiz Hacıağa oğlu
İsmayılov Tofiq Hüseyn oğlu

“Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi”

Mahmudov Əbdüləhəd Əlisa oğlu


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi
artyazar
Avqust 1, 2008 13:53
Baxış sayı: 7

Şərhlər(0)

Dinin söykəndiyi şəxs...

BİBİHEYBƏT ZİYARƏTGAH KOMPLEKSİNİN ƏSASLI YENİDƏNQURMA VƏ TİKİNTİ İŞLƏRİNDƏN SONRA AÇILIŞI MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Hörmətli xanımlar və cənablar!
Hörmətli din xadimləri!
Əziz dostlar!
Bu gün Azərbaycan xalqının həyatında çox əlamətdar və tarixi bir gündür. Bu gün Bibiheybət məscidində təmir-bərpa işləri və genişləndirmə işləri tam başa çatmışdır. Bu münasibətlə mən bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
VII əsrin yadigarı olan Bibiheybət ziyarətgahı əsrlər boyu insanların inanc və ibadət yeri olmuşdur və Azərbaycan xalqı tərəfindən qorunmuşdur. Bibiheybət ziyarətgahının böyük tarixi vardır və XIII əsrdə burada Şirvanşahlar tərəfindən məscid tikilmişdir. Bütün dövrlərdə bu müqəddəs ocaq insanları özünə cəlb edib.


Davamı...


Virtual gündəlik, Mədəniyyətimizin hamisi, İntellektual nitq və çıxışlar
artyazar
İyul 29, 2008 13:04
Baxış sayı: 9

Şərhlər(0)

İLHAM ƏLİYEV: Dövlət Mədəniyyət siyasətinin lideri

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DÖVLƏT RUS DRAM TEATRI BİNASININ BƏRPA VƏ YENİDƏNQURMA İŞLƏRİNDƏN SONRA AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 26-da Azərbaycan Dövlət Rus Dram Teatrı binasının bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimində iştirak etmişlər.
Dövlətimizin başçısına məlumat verildi ki, ölkəmizin teatr tarixində özünəməxsus yer tutan Azərbaycan Dövlət Rus Dram Teatrının binasında bərpa və yenidənqurma işlərinə 2006-cı ilin oktyabrında başlanılmışdı. Əsaslı bərpa işləri ilə yanaşı, binada ən müasir avadanlıq da quraşdırılıb və bunlar ən yüksək standartlar səviyyəsindədir. Əvvəllər 40-dək projektorla təchiz edilmiş səhnə-işıq sistemi hazırda müasir tipli 147 ədəd profil, səpələyici, linzalı və izləyici projektorlarla, eləcə də xüsusi işıq effektləri verən 10 ədəd


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi
artyazar
May 26, 2008 21:24
Baxış sayı: 24

Şərhlər(0)

Mədəniyyətimizin dayağı və hamisi olan PREZİDENTİMİZ

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDLƏRİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasında mədəniyyət və incəsənət sahələrində böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

Axundov Ramiz Həbib oğlu
Baliyev Yuri Nikolayeviç
Dadaşov Rafael Məlik oğlu


Davamı...


Fərman və sərəncamlar, Mədəniyyətimizin hamisi
artyazar
May 8, 2008 9:30
Baxış sayı: 43

Şərhlər(0)

AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN 85 İLLİK YUBİLEYİ

GÖRKƏMLİ OFTALMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ XATİRƏ GECƏSİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TƏDBİRDƏ İŞTİRAK ETMİŞDİR

AzərTAc xəbər verir ki, aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.
Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.


Davamı...


Virtual gündəlik, Mədəniyyətimizin hamisi
artyazar
Aprel 29, 2008 18:37
Baxış sayı: 40

Şərhlər(0)

Rəsmi xəbərlər - Bilgi çələngi

GÖRKƏMLİ OFTALMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN XATİRƏ GÜNÜ
Aprelin 15-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. 1985-ci ilin bu bahar günündə dünyasını dəyişən, işıqlı amalların, nəcib duyğuların təcəssüm tapdığı bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Zərifə xanım haqqında yazılmış xatirələri oxuyarkən, onu tanıyanların söhbətlərini dinləyərkən belə fikirlərə tez-tez rast gəlmək olar: “Zərifə xanım ləyaqətli, humanist, xeyirxah, mehriban insan idi”, “Hamıya əl tutar, hamının qəlbinə yol tapmağı bacararırdı”, “Zərifə xanım başqalarının dərdini, problemini özününkü hesab edərdi. Çünki insanları sevirdi. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyəti ilə bağlı idi”...

Davamı...


Liderə sevginin qəribəlıkləri, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi
artyazar
Aprel 17, 2008 11:01
Baxış sayı: 35

Şərhlər(0)

İlhamlı Novruz Bayramı...

BAKIDA NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ ÜMUMXALQ ŞƏNLİYİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞƏNLİKDƏ İŞTİRAK ETMİŞDİR

Martın 20-də yurdumuza baharın gəlişi münasibətilə ən izdihamlı bayram şənlikləri ölkəmizin paytaxtı Bakıda keçirilmişdir. Qədim İçərişəhərin darvazaları qarşısında - Gənclər meydanında bayram münasibətilə böyük mərasim təşkil olunmuş, ətrafdakı binalar, əsrlərin şahidi olan qədim qala divarları al-əlvan plakatlarla bəzədilmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak etmək üçün Gənclər meydanına gəldilər.


Davamı...


Virtual gündəlik, Mədəniyyətimizin hamisi
artyazar
Mart 25, 2008 0:58
Baxış sayı: 43

Şərhlər(0)

İlhamlı Azərbaycan - İnamlı Azərbaycan...

ANATOLİ RAXANSKİ: İLHAM ƏLİYEV AVROPADA TANINMIŞ PREZİDENTLƏRDƏN BİRİ SAYILMIŞDIR

Ölkəsinin hüdudlarından çox-çox uzaqlarda tanınan Anatoli Raxanskini hörmətlə Ukrayna siyasətinin ağsaqqalı adlandırırlar. Ukraynanın bir neçə çağırış xalq deputatı, Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri doktoru...
Lakin onun bütün titul və mükafatlarını sadalamaq mümkün deyildir.


Davamı...


Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi
artyazar
Mart 15, 2008 19:00
Baxış sayı: 49

Şərhlər(0)

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN SƏDRİ, XALQ YAZIÇISI ANARA

Hörmətli sədr!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
Müxtəlif janrlarda yaratdığınız və taleyüklü problemlərə həsr etdiyiniz əsərlərinizlə Siz respublikamızda ədəbi prosesin inkişafına layiqli töhfələr vermisiniz. Qələminizin məhsulu olan, öz həyatiliyi, təbiiliyi, dilinin rəvanlığı və üslub rəngarəngliyi ilə fərqlənən yaradıcılığınız müasir Azərbaycan oxucusunun bədii-estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynamışdır.

Davamı...


Mədəniyyətimizin hamisi
artyazar
Mart 14, 2008 16:35
Baxış sayı: 46

Şərhlər(0)

MDU-nun fəxri doktoru AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli Viktor Antonoviç!
Hörmətli Elmi Şura üzvləri!
Əziz dostlar!
Əvvələn, Viktor Antonoviç, sizə və mənə MDU-nun - dünya şöhrətli, mövcud olduğu bütün illər ərzində təhsilin yüksək markasını qoruyub saxlamış ali məktəbin fəxri professoru kimi yüksək ad verilməsi barədə qərar qəbul etmiş Elmi Şuranın üzvlərinə ürəkdən təşəkkür etmək istərdim.
Rusiya ilə Azərbaycan arasında münasibətlərin, o cümlədən humanitar sahədə münasibətlərin inkişafına verdiyim töhfəyə görə bu adı almağım mənə ikiqat xoşdur. Hazırda bizim münasibətlərimiz, həqiqətən, çox dinamik və səmərəli inkişaf edir. Bu münasibətlər mehriban qonşuluq, qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır.

Davamı...


Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi, İntellektual nitq və çıxışlar
artyazar
Fevral 24, 2008 0:24
Baxış sayı: 49

Şərhlər(0)

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİK YUBİLEYİ

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 90 İLLİK YUBİLEYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2008-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi tamam olur. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur.
Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır.


Davamı...


Fərman və sərəncamlar, Mədəniyyətimizin hamisi
artyazar
Fevral 17, 2008 11:02
Baxış sayı: 65

Şərhlər(0)

İLHAM ƏLİYEV “XƏZƏR-LƏNKƏRAN” KLUBUNUN ÜZVLƏRİNİ QƏBUL ETMİŞDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “XƏZƏR-LƏNKƏRAN” FUTBOL KLUBUNUN ÜZVLƏRİNİ QƏBUL ETMİŞDİR

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də Prezident sarayında “Xəzər-Lənkəran” futbol klubunun üzvlərini qəbul etmişdir.
Prezident İlham ƏLİYEV görüşü açaraq dedi:
- Əziz dostlar!
Əziz futbolçular, “Xəzər-Lənkəran” klubunun üzvləri!
Bu gün mən sizi “Birlik kuboku”nun qalibləri kimi qəbul edirəm.


Davamı...


Liderə sevginin qəribəlıkləri, Mədəniyyətimizin hamisi
artyazar
Fevral 17, 2008 10:46
Baxış sayı: 49

Şərhlər(0)


  Yazılar cəmi: 19   
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com