AzərTAc xəbər verir ki, iyulun 28-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə MSK-nın sədri Azərbaycan Respublikası prezidenti seçkilərinin elan edilməsi haqqında məsələ ilə bağlı məlumat vermişdir. O bildirmişdir ki, Seçki Məcəlləsinin tələbinə görə, seçkilər səsvermə gününə azı 75 gün qalmış elan edilməli olsa da, MSK üzvləri yekdil rəyə gəlmişlər ki, prezident seçkiləri bu gün elan edilsin.
Mərkəzi Seçki Komissiyası bu günə qədər prezident seçkilərinə hazırlıqla bağlı xeyli iş görmüşdür. Seçicilərin siyahıları tərtib edilmiş və dəqiqləşdirilmiş, dairə seçki komssiyalarında katibliklər yaradılmış və fəaliyyətə başlamış, aşağı seçki komissiyalarının iş şəraiti yaxşılaşdırılmış, onların əksəriyyəti üçün yeni binalar tikilmiş, seçicilər, aşağı seçki komissiyalarının üzvləri və KİV nümayəndələri üçün