Reklam verin!

Prezident Ensiklopediyası

İntellektual Prezident - İlham Əliyev

Beynəlxalq əhəmiyyətli görüşlər, fərmanlar...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İORDANİYA HAŞİMİLƏR KRALLIĞI PARLAMENTİ SƏDRİNİN MÜAVİNİ TAHİR ƏL-MASRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da İordaniya Haşimilər Krallığı Parlamenti sədrinin müavini Tahir əl-Masrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İordaniya Parlamenti sədrinin müavini Tahir əl-Masri İordaniya Kralı Əlahəzrət II Abdullahın salamlarını Prezident İlham Əliyevə çatdırdı. Azərbaycana səfərinin əhəmiyyətindən danışan qonaq İordaniya Haşimilər Krallığının ölkələrimiz


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 19, 2008 22:13
Baxış sayı: 23

Şərhlər(0)

PREZİDENT İLHAM ƏLİYEV VƏ AZƏRBAYCAN MİLLİ MƏCLİSİ

PREZİDENT İLHAM ƏLİYEVİN MİLLİ MƏCLİSİN AZƏRBAYCAN PARLAMENTİNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YIĞINCAĞINDA NİTQİ

-Hörmətli xanımlar və cənablar!
Hörmətli deputatlar, əziz qonaqlar!
Mən sizin hamınızı bu gün bu gözəl gündə ürəkdən salamlayıram. Bütün qonaqlara xoş gəlmisiniz deyirəm.
Bu gün Azərbaycanın tarixində çox əlamətdar bir gündür. Biz Azərbaycan Parlamentinin 90 illik yubileyini təntənəli şəkildə qeyd edirik. Bu, həqiqətən də çox əlamətdar və tarixi hadisə olmuşdur. Biz keçən ay Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyini geniş şəkildə qeyd etmişik. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünya miqyasında tarixi bir hadisə idi. Çünki ilk dəfə müsəlman aləmində, bütövlükdə Şərqdə demokratik respublika yaranmışdır.


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar
artyazar
İyun 19, 2008 22:08
Baxış sayı: 18

Şərhlər(0)

AZƏRBAYCAN PARLAMENTİNİN 90 İLLİK YUBİLEYİ

AZƏRBAYCAN PARLAMENTİNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YIĞINCAĞIN İŞTİRAKÇILARI ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞLƏR

 Azərbaycan Parlamentinin 90 illik yubileyi ilə əlaqədar təntənəli yığıncaqda iştirak etmək üçün Bakıda səfərdə olan xarici ölkələrin parlament sədrləri, parlament nümayəndə heyətlərinin üzvləri, Milli Məclisin rəhbərləri, deputatlar, səfirlər və digər qonaqlar iyunun 19-da Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.


Davamı...


Liderə sevginin qəribəlıkləri, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 19, 2008 22:06
Baxış sayı: 23

Şərhlər(0)

Daha bir Partiya İlham Əliyevin namizədliyini irəli sürdü...

SOSİAL RİFAH PARTİYASI PREZİDENT SEÇKİLƏRİNDƏ DÖVLƏTİMİZİN BAŞÇISI İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYƏCƏKDİR

İyunun 18-də Azərbaycan Sosial Rifah Partiyasının VI qurultayı keçirilmişdir.
Xarici qonaqların, o cümlədən Rusiya Duması üzvlərinin, bəzi ölkələrin Azərbaycandakı səfirlərinin və yerli siyasi partiyaların nümayəndələrinin də iştirak etdiyi qurultay nümayəndələri əvvəlcə Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı üstünə tər güllər düzülmüşdür.
Şəhidlər xiyabanına gələn partiya üzvləri Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızların məzarları üstünə güllər düzmüş, xatirələrini ehtiramla anmışlar.


Davamı...


Liderə sevginin qəribəlıkləri, Prezidentə dəstək
artyazar
İyun 19, 2008 21:57
Baxış sayı: 23

Şərhlər(0)

Dünyanın maraq mərkəzi - Azərbaycan və onun Prezidenti...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV OMBUDSMANLARIN VI BAKI BEYNƏLXALQ KONFRANSININ İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ombudsmanların VI Bakı Beynəlxalq konfransının iştirakçılarını qəbul etmişdir.
Dövlətimizin başçısı İLHAM ƏLİYEV qonaqlara müraciətlə dedi:
-Hörmətli qonaqlar, mən sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.
Bildiyiniz kimi, bu gün Azərbaycanda insan hüquqları günü qeyd edilir. Mən bir il bundan əvvəl


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar
artyazar
İyun 19, 2008 21:54
Baxış sayı: 22

Şərhlər(0)

Hər yerdə birinci...

BEYNƏLXALQ SORĞUNUN NƏTİCƏLƏRİNƏ GÖRƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YAXIN ŞƏRQ REGİONUNUN LİDERİ OLMUŞDUR

“Ümumdünya ictimai rəy” (World Public Opinion) beynəlxalq layihəsinin keçirdiyi sorğunun nəticələrinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq regionunun lideri olmuşdur. Respondentlərin 77 faizi Azərbaycan Prezidentinin xarici siyasətini bəyəndiyini bildirmişdir.
Dünya əhalisinin təxminən 60 faizinin yaşadığı 20 ölkədə, o cümlədən Misir, Rusiya, ABŞ, Hindistan, Çin, İndoneziya, Böyük Britaniya, Fransa, Türkiyə və digər ölkələrdə keçirilən sorğuda 20 minə yaxın adam iştirak etmişdir.


Davamı...


Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 17, 2008 22:53
Baxış sayı: 20

Şərhlər(0)

Hər şeyi və hamını düşünən PREZİDENT

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ KÖKSAL TOPTANIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı dost və qardaş ölkə olan Azərbaycanla Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurla və sürətlə inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev dedi ki, ölkələrimiz arasında elə bir sahə yoxdur ki orada işbirliyi olmasın. İkitərəfli münasibətlərimizdə parlamentlərarası əlaqələrin böyük əhəmiyyət


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 17, 2008 22:45
Baxış sayı: 26

Şərhlər(0)

TİBB İCTİMAİYYƏTİ SEÇKİLƏRDƏ İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYİR

AZƏRBAYCANIN TİBB İCTİMAİYYƏTİ PREZİDENT SEÇKİLƏRİNDƏ YALNIZ İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏMƏKLƏ GƏLƏCƏK XOŞBƏXTLİYƏ QOVUŞACAQLARINA İNANIRLAR

AzərTAc xəbər verir ki, iyunun 13-də Azərbaycan Tibb Universitetində səhiyyə işçilərinin növbəti seçkilərdə Prezident İlham Əliyevin namizədliyinin dəstəkləməsi ilə bağlı toplantı keçirilmişdir.
Toplantını səhiyyə naziri Oqtay Şirəliyev açaraq növbəti prezident seçkilərində irəli sürülmüş namizədin kimliyinin əsas məsələ olduğunu vurğulamış, bu seçkilərdə səhiyyə işçiləri tərəfindən dəstəklənəcək namizədin - dövlətimizin başçısı İlham Əliyevin cəmiyyətdə çox yüksək nüfuza malik olduğunu demişdir.


Davamı...


Virtual gündəlik, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 17, 2008 22:36
Baxış sayı: 25

Şərhlər(0)

Hər gün uğurlu inkişaf anları...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BELÇİKANIN DÖVLƏT NAZİRİ, AVROPA PARLAMENTİNİN ÜZVÜ, SABİQ BAŞ NAZİR JAN-LUK DEHAENİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Belçikanın dövlət naziri, Avropa Parlamentinin üzvü, sabiq Baş nazir Jan-Luk Dehaeni qəbul etmişdir.
Jan-Luk Dehaen Azərbaycana 1998-ci ildə səfər etdiyini və xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü böyük məmnunluqla xatırladı. Qonaq ölkəmizdə gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün bu səfərin yaxşı imkan yaratdığını qeyd etdi.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 17, 2008 22:27
Baxış sayı: 19

Şərhlər(0)

Beynəlxalq görüşlər, fərmanlar...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSLAM İNKİŞAF BANKININ PREZİDENTİ, ÖZƏL SEKTORUN İNKİŞAFI ÜZRƏ İSLAM KORPORASİYASI DİREKTORLAR ŞURASININ SƏDRİ ƏHMƏD MƏHƏMMƏD ƏLİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də İslam İnkişaf Bankının prezidenti, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Direktorlar Şurasının sədri Əhməd Məhəmməd Əlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İslam İnkişaf Bankının prezidenti, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Direktorlar Şurasının sədri Əhməd Məhəmməd Əli nümayəndə heyətinə göstərilən yüksək


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 17, 2008 22:19
Baxış sayı: 20

Şərhlər(0)

Görüşlər, fərmanlar...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “SİVİLİZASİYALARIN DİALOQU” DÜNYA İCTİMAİ FORUMUNUN BEYNƏLXALQ ƏLAQƏLƏNDİRMƏ KOMİTƏSİNİN SƏDRİ, AVROPA ŞURASININ KEÇMİŞ BAŞ KATİBİ VALTER ŞVİMMERİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də “Sivilizasiyaların dialoqu” Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri, Avropa Şurasının keçmiş Baş katibi Valter Şvimmeri qəbul etmişdir.
Valter Şvimmer Avropa Şurasının Baş katibi vəzifəsində çalışdığı zaman Prezident İlham Əliyevlə səmərəli görüşlər keçirdiyini vurğulayaraq Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi onun həmin dövrdəki fəaliyyətini yüksək qiymətləndirdi. O, “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumun Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğuladı. Valter Şvimmer həmçinin səfəri zamanı ölkəmizdə böyük inkişafın şahidi olduğunu da qeyd etdi.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 11, 2008 18:53
Baxış sayı: 24

Şərhlər(0)

“MƏDƏNİYYƏTLƏRARASI DİALOQDA QADINLARIN ROLUNUN GENİŞLƏNDİRİLMƏSİ”...

BAKIDA “MƏDƏNİYYƏTLƏRARASI DİALOQDA QADINLARIN ROLUNUN GENİŞLƏNDİRİLMƏSİ” MÖVZUSUNDA BEYNƏLXALQ FORUM İŞƏ BAŞLAMIŞDIR
İyunun 10-da Bakıdakı “Gülüstan” sarayında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq forum işə başlamışdır.
Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak edirlər.
Beynəlxalq forumun iştirakçısı olan yüksək səviyyəli qonaqlar “Gülüstan” sarayına

Davamı...


Bölməsiz
artyazar
İyun 11, 2008 18:43
Baxış sayı: 20

Şərhlər(0)

Mədəniyyətlərin dialoquna çalışan Prezident...

BEYNƏLXALQ BAKI FORUMUNDA İŞTİRAK EDƏN XARİCİ ÖLKƏLƏRİN BİRİNCİ XANIMLARININ VƏ DİGƏR YÜKSƏK SƏVİYYƏLİ QONAQLARIN ŞƏRƏFİNƏ

İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq forumda iştirak edən xarici ölkələrin birinci xanımlarının və digər yüksək səviyyəli qonaqların şərəfinə ziyafət verilmişdir.
Dövlətimizin başçısı İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonaqları səmimiyyətlə salamladılar.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 11, 2008 18:35
Baxış sayı: 21

Şərhlər(0)

Gərgin iş, yüksək nəticələr...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERASİYASININ MÜLKİ MÜDAFİƏ, FÖVQƏLADƏ HALLAR VƏ FƏLAKƏTLƏRİN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI ÜZRƏ NAZİRİ SERGEY ŞOYQUNU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da Rusiya Federasiyasının Mülki müdafiə, fövqəladə hallar və fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Sergey Şoyqunu qəbul etmişdir.
Sergey Şoyqu Azərbaycan Prezidenti ilə ötən görüşündən keçən dövr ərzində Rusiya ilə Azərbaycanın Fövqəladə Hallar Nazirlikləri arasında əməkdaşlığa dair konkret layihələrin həyata keçirildiyini qeyd etdi və bu istiqamətdə aparılan işlərin əməkdaşlığımızın daha da genişlənəcəyinə xidmət etdiyini vurğuladı.

Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 11, 2008 18:25
Baxış sayı: 23

Şərhlər(0)

Dünyanın diqqətində yenə Azərbaycandır...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ RUSİYA PREZİDENTİ DMİTRİ MEDVEDEVİN GÖRÜŞÜ
İyunun 6-da Sankt-Peterburqdakı Konstantinov sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin görüşü olmuşdur.
Rusiya dövlətinin başçısı DMİTRİ MEDVEDEV Azərbaycan Prezidentini salamlayaraq dedi:
- Hörmətli İlham Heydər oğlu, Peterburqda yenidən görüşməyimizə şadam. Bizim görüşlərimiz üçün kifayət qədər əsas, çoxlu maraqlı layihələr var, hətta əmtəə dövriyyəsinin strukturunda da bir sıra göstəricilər yaxşılaşır. Bunlar, bəlkə də, formal şeylərdir, lakin

Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik
artyazar
İyun 11, 2008 18:14
Baxış sayı: 25

Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYA SƏFƏRİ. FƏRMANLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşmüşdür.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.

Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 11, 2008 17:51
Baxış sayı: 24

Şərhlər(0)

Naxçıvan - Azərbaycanın əzəli torpağı...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRİ CULFA RAYON MƏRKƏZİ XƏSTƏXANASININ AÇILIŞ MƏRASİMİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 3-də Culfa rayon mərkəzi xəstəxanasının açılış mərasimində iştirak etmişlər.
Prezident İlham Əliyev xəstəxananın açılışını bildirən rəmzi qırmızı lenti kəsdi, yeni müalicə ocağı ilə tanış oldu. Dövlətimizin başçısı burada yaradılmış şəraiti yüksək qiymətləndirdi.


Davamı...


Virtual gündəlik, Prezidentə dəstək, İntellektual nitq və çıxışlar
artyazar
İyun 5, 2008 13:29
Baxış sayı: 28

Şərhlər(0)

Türk Dünyasının qoşa sütünları birləşir...

ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT
AzərTAc-ın müxbiri xəbər verir ki, iyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək, gül dəstələri qoymuşlar.
Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan da abidənin önünə gül qoydular.
Türkiyə nümayəndə heyətinin üzvləri də ulu öndərin abidəsi önünə güllər düzdülər.

Davamı...


Virtual gündəlik, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 5, 2008 13:25
Baxış sayı: 26

Şərhlər(0)

Beynəlxalq görüşlər, qardaş qarşılanması...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYANIN TİCARƏT VƏ İNVESTİSİYALAR NAZİRİ DİQBİ CONSU QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Böyük Britaniyanın ticarət və investisiyalar naziri Diqbi Consu qəbul etmişdir.
Görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, Britaniya şirkətlərinin uzun illərdir Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində səmərəli fəaliyyət göstərdiyi vurğulandı. Söhbət zamanı Bakıda keçirilən XV Beynəlxalq Xəzər neft-qaz


Davamı...


Virtual gündəlik, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 5, 2008 13:22
Baxış sayı: 21

Şərhlər(0)

Prezidentə inanırıq!!!

GƏNCƏLİ GƏNCLƏR RESPUBLİKA PREZİDENTİ İLHAM ƏLİYEVİN DAXİLİ VƏ XARİCİ SİYASƏTİNİ DƏSTƏKLƏYİR VƏ ONU YENİDƏN PREZİDENT GÖRMƏK İSTƏYİRLƏR

AzərTAc-ın müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı gənclər birliyinin 1-ci konfransı keçirilmişdir.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra konfransı giriş sözü ilə YAP Gəncə Şəhər Təşkilatının sədri İsrafil İsmayılov açaraq əlamətdar gün münasibətilə konfrans iştirakçılarını təbrik etmiş və gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra YAP Gəncə Şəhər Təşkilatı gənclər birliyinin sədri Natiq İmanquliyevin hesabat məruzəsi dinlənilərək müzakirə edilmişdir. Müzakirələrdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyası YAP gənclər birliyinin sədri Rufin Quliyev, Azərbaycan Texnologiya Universiteti YAP gənclər birliyinin sədri Samir Bağırov, Gəncə Dövlət Universiteti YAP gənclər birliyinin sədri Elnur Həsənov, Gəncə Şəhər Gənclər və İdman baş idarəsi YAP


Davamı...


Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 5, 2008 13:02
Baxış sayı: 27

Şərhlər(0)

PREZİDENT İLHAM ƏLİYEVİN NAXÇIVANA NÖVBƏTİ SƏFƏRİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRİ
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.
Dövlətimizin başçısının şərəfinə Naxçıvan hava limanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov ehtiramla qarşıladı.

Davamı...


Virtual gündəlik, Liderə sevginin qəribəlıkləri, Prezidentə dəstək, Ali sərkərdə, İntellektual nitq və çıxışlar
artyazar
İyun 5, 2008 12:58
Baxış sayı: 608

Şərhlər(0)

BAKIDA XV BEYNƏLXALQ XƏZƏR SƏRGİ VƏ KONFRANSINDA İŞTİRAK VƏ NİTQ

BAKIDA XV BEYNƏLXALQ XƏZƏR NEFT, QAZ, NEFTAYIRMA, NEFT KİMYASI SƏRGİ VƏ KONFRANSI İŞƏ BAŞLAMIŞDIR AZƏRBAYCAN PREZİDENTI İLHAM ƏLİYEV AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
AzərTAc xəbər verir ki, iyunun 3-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində XV Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Yubiley sərgi və konfransını açan İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud Prezident İlham Əliyevi, sərgi və konfransın iştirakçılarını salamladı. Azərbaycanda sabitlik və inkişafın

Davamı...


Virtual gündəlik, İntellektual nitq və çıxışlar
artyazar
İyun 5, 2008 12:52
Baxış sayı: 22

Şərhlər(0)

Rəsmi dövlət sənədləri...

YOL HƏRƏKƏTİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №9, maddə 564; 2001-ci il, №5, maddə 298, №11, maddələr 676, 698; 2002-ci il, №1, maddə 9, №8, maddə 463; 2003-cü il, №8, maddə 424; 2004-cü il, №2, maddə 57, №11, maddə 901; 2005-ci il, №4, maddə 277, №10, maddə 874, №11, maddə 993; 2006-cı il, №12, maddə 1027; 2007-ci il, №6, maddə 560, №11, maddələr 1053, 1091; 2008-ci il, №2, maddə 49) aşağıdakı dəyişiklik və əlavələr edilsin:
1. 27-ci maddənin XIII hissəsində «vəkalətnamə və ya digər əsaslarla» sözləri «etibarnamə əsasında» sözləri ilə əvəz edilsin;


Davamı...


Fərman və sərəncamlar
artyazar
İyun 5, 2008 12:50
Baxış sayı: 35

Şərhlər(0)

Dünya Prezidentləri və Kralları Ulham Əliyevə yazırlar...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

Hörmətli cənab Prezident,
Bakıda 15-ci Beynəlxalq Xəzər neft və qaz sərgi və konfransının açılışı münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.
Azərbaycanın enerji sektorundakı liderliyi və strateji uzaqgörənliyi Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin timsalında Şərq-Qərb enerji dəhlizinin yaranmasını mümkün etmişdir. Azərbaycanın aparıcı beynəlxalq enerji şirkətləri ilə birgə öz karbohidrogen sektorunu inkişaf etdirməsi həm Xəzər regionunun iqtisadi tərəqqisini təmin etdi, həm də qlobal enerji təhlükəsizliyini artırdı.
Azərbaycan dünya bazarlarının neft təchizatının artırılmasına başladığından, Amerika Birləşmiş Ştatları və onun avropalı tərəfdaşları Azərbaycanda həm də qaz hasilatının genişləndiriləcəyinə ümid edir. İnanırıq ki, bu, Azərbaycanın strateji əhəmiyyətini


Davamı...


Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 5, 2008 12:45
Baxış sayı: 29

Şərhlər(0)

Dünya İlham Əliyevə görə Azərbaycana axışır...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV NORVEÇİN DÖVLƏT KATİBİ, NEFT SƏNAYESİ VƏ ENERGETİKA NAZİRİNİN MÜAVİNİ XANIM LİV MONİKA STABHOLDTUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Norveçin dövlət katibi, neft sənayesi və energetika nazirinin müavini xanım Liv Monika Stabholdtun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
15-ci Beynəlxalq Xəzər neft və qaz sərgisində iştirak etmək üçün Bakıya səfər etdiyini bildirən Liv Monika Stabholdt Azərbaycanın istər regional baxımdan, istərsə də iqtisadi potensialına görə çox önəmli bir ölkə olduğunu vurğuladı.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 2, 2008 21:56
Baxış sayı: 26

Şərhlər(0)

Təbriklər, təltiflər, təbriklər: Hamını düşünən Prezident...

İTALİYA RESPUBLİKASI NAZİRLƏR ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB SİLVİO BERLUSKONİYƏ

Hörmətli cənab Sədr,
Milli bayramınız – Respublika elan edilməsi günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Biz Azərbaycan-İtaliya dövlətlərarası münasibətlərinin, dostluq əlaqələrimizin daim inkişafına və genişlənməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və Avropa strukturları çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 2, 2008 21:45
Baxış sayı: 32

Şərhlər(0)


  Yazılar cəmi: 26   
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com