Reklam verin!

Prezident Ensiklopediyası

İntellektual Prezident - İlham Əliyev

Avropa Birliyi ailəsinə tərəf ciddi addımlardan ikisi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV NORVEÇİN XARİCİ İŞLƏR NAZİRİ YONAS QAR STÖRENİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Prezident sarayında Norveçin xarici işlər naziri Yonas Qar Störenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Norveçin xarici işlər nazirinin ölkəmizə səfəri zamanı səmərəli görüşlər keçirdiyinə əmin olduğunu bildirdi. Dövlətimizin başçısı bu səfərin ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli olacağına əminliyini söylədi.
Yonas Qar Störe Norveç Kralı V Haraldın və Baş nazir Yens Stoltenberqin salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, rəhbərlik etdiyi nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə keçirdiyi görüşün çox səmərəli olduğunu, ikitərəfli əlaqələrin bir çox sahələrinin müzakirə edildiyini bildirdi.


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 29, 2008 19:54
Baxış sayı: 37

Şərhlər(0)

Qanunvericilik hər zaman təkmilləşdirilir...

“AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNDƏ VƏ “QİYMƏTLİ METALLAR VƏ QİYMƏTLİ DAŞLAR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 574-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan


Davamı...


Fərman və sərəncamlar
artyazar
Aprel 29, 2008 19:51
Baxış sayı: 34

Şərhlər(0)

AZƏRBAYCAN RESPUBLİKASININ FƏXRİ ADLARININ VERİLMƏSİ

AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASININ NAXÇIVAN MUXTAR RESPUBLİKASI HƏMKARLAR İTTİFAQLARI ŞURASININ ƏMƏKDAŞLARINA AZƏRBAYCAN RESPUBLİKASININ FƏXRİ ADLARININ VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaranmasının 40 illiyi münasibətilə, təhsil və mədəniyyət sahələrində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Azərbaycan Respublikasının əməkdar müəllimi”

Bektaşi Məmməd Heydər oğlu


Davamı...


Fərman və sərəncamlar
artyazar
Aprel 29, 2008 19:49
Baxış sayı: 36

Şərhlər(0)

LEONİD KUÇMA: “İLHAM ƏLİYEV AVROPA TİPLİ DÖVLƏT RƏHBƏRİDİR”

LEONİD KUÇMA: “İLHAM ƏLİYEV POSTSOVET MƏKANINDA YENİ, MƏN DEYƏRDİM, AVROPA TİPLİ DÖVLƏT RƏHBƏRİDİR”

“Mən İlham Əliyevi təməli Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətçiliyinin və suverenliyinin möhkəmləndirilməsi xəttini layiqincə və səmərəli davam etdirən görkəmli siyasətçi hesab edirəm. İlham Əliyevin Azərbaycan Prezidenti vəzifəsində olduğu illərdə ölkə iri və mürəkkəb problemlərin həllində böyük tərəqqiyə nail olmuşdur. Zənnimcə, İlham Əliyev postsovet məkanında yeni, mən deyərdim, Avropa tipli dövlət rəhbəridir”.


Davamı...


Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 29, 2008 19:48
Baxış sayı: 30

Şərhlər(0)

Xarici və daxili görüşlər: inkişafa doğru addımlar

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV SLOVAKİYANIN XARİCİ İŞLƏR NAZİRİ, AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNİN SƏDRİ YAN KUBİŞİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Prezident sarayında Slovakiyanın xarici işlər naziri, Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubişın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycan ilə Slovakiya arasında siyasi və iqtisadi sahələrdə fəal əməkdaşlıq üçün yeni imkanların olduğunu deyən Prezident İlham Əliyev Yan Kubişın ölkəmizə səfərinin ikitərəfli


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 29, 2008 18:43
Baxış sayı: 35

Şərhlər(0)

AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN 85 İLLİK YUBİLEYİ

GÖRKƏMLİ OFTALMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ XATİRƏ GECƏSİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TƏDBİRDƏ İŞTİRAK ETMİŞDİR

AzərTAc xəbər verir ki, aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.
Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.


Davamı...


Virtual gündəlik, Mədəniyyətimizin hamisi
artyazar
Aprel 29, 2008 18:37
Baxış sayı: 40

Şərhlər(0)

Bakını gözəlləşdirən lider...

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ YANINDA DƏNİZKƏNARI BULVAR İDARƏSİNİN ƏSASNAMƏSİNİN, İDARƏNİN STRUKTURUNUN TƏSDİQ EDİLMƏSİ VƏ APARATININ İŞÇİLƏRİNİN SAY HƏDDİNİN MÜƏYYƏN EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturu” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin aparatının işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilsin.


Davamı...


Fərman və sərəncamlar
artyazar
Aprel 26, 2008 21:25
Baxış sayı: 33

Şərhlər(0)

Ölkə ziyalılarının seçimi: Prezidentimiz - İlham Əliyev

RESPUBLİKA TƏHSİL ŞURASININ YIĞINCAĞINDA DÖVLƏT BAŞÇISI İLHAM ƏLİYEVİN PREZİDENT SEÇKİLƏRİNDƏ NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLMÜŞDÜR

AzərTAc xəbər verir ki, aprelin 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Respublika Təhsil Şurasının təhsil islahatlarına həsr olunmuş yığıncağı keçirilmişdir.
Tədbirdə dövlət başçısı İlham Əliyevin qarşıdakı prezident seçkilərində namizədliyi yekdilliklə dəstəklənmişdir.
Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev qurumun 1998-ci ildə Azərbaycan müəllimlərinin I qurultayında məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə


Davamı...


Prezidentə dəstək
artyazar
Aprel 26, 2008 21:22
Baxış sayı: 35

Şərhlər(0)

Məktublar, müraciətlər, təbriklər...

AZƏRBAYCANIN PRAVOSLAV XRİSTİAN İCMASINA
Hörmətli həmvətənlər!
Sizi xristianların müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.
Yüz illərdir ölkəmizdə təşəkkül tapmış davamlı tolerantlıq mühiti ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətləri şəraitində dinc yanaşı yaşaması, etnik-mədəni müxtəlifliyin günümüzəcən qorunub saxlanması Azərbaycan cəmiyyətində milli-mənəvi həmrəyliyi və ictimai-siyasi sabitliyi şərtləndirən tarixi nailiyyətimizdir.
Bu gün dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın bütün vətəndaşları ölkədə mövcud olan vicdan və dini etiqad azadlığından, mütərəqqi dövlət-din münasibətlərindən və demokratik-hüquqi şəraitdən lazımınca yararlanmaqdadır.

Davamı...


Fərman və sərəncamlar
artyazar
Aprel 26, 2008 20:54
Baxış sayı: 33

Şərhlər(0)

AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN ADINI DAŞIYAN PARK: zamanın daşlaşması

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÖRKƏMLİ OFTALMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN ADINI DAŞIYAN PARKDA GÖRÜLMÜŞ ABADLIQ VƏ YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan parkda görülmüş abadlıq və yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə görkəmli alimin büstünü ziyarət etdi. İndi büstün özü də yeni görkəm almış, onun ətrafında müasir fəvvarələr quraşdırılmışdır.

Davamı...


Virtual gündəlik, Prezidentə dəstək
artyazar
Aprel 25, 2008 21:02
Baxış sayı: 23

Şərhlər(0)

MAYKL NOBELİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBULU

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV NOBEL XEYRİYYƏ FONDUNUN PREZİDENTİ MAYKL NOBELİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Prezident sarayında Nobel Xeyriyyə Fondunun prezidenti Maykl Nobelin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı bildirdi ki, Maykl Nobelin böyük nümayəndə heyəti ilə ölkəmizə səfəri Azərbaycanla Nobel Xeyriyyə Fondu arasında dostluq əlaqələrinin yaxşı göstəricisidir. Maykl Nobellə ilk görüşünü xatırlayan Prezident İlham Əliyev qeyd etdi ki, həmin görüşdə tarixi keçmişimiz, hazırkı və gələcək

Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 25, 2008 19:54
Baxış sayı: 35

Şərhlər(0)

Sərəncam və fərmanlar: dövlət mexanizmi təkmilləşdirilir...

AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN NÜVƏ VƏ RADİOLOJİ FƏALİYYƏTİN TƏNZİMLƏNMƏSİ ÜZRƏ DÖVLƏT AGENTLİYİNİN YARADILMASI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında nüvə və radioloji fəaliyyətlə bağlı beynəlxalq standartlara uyğun tədbirlərin, nəzarətedici və tənzimləyici funksiyaların səmərəli həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi yaradılsın.
2. “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 326) ilə təsdiq edilmiş


Davamı...


Fərman və sərəncamlar
artyazar
Aprel 25, 2008 19:04
Baxış sayı: 42

Şərhlər(0)

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir

ULU ONDER

1 may 2008-ci il tarixində Yeni Yazarlar və Sənətçilər Qurumu, “Müasir Gənclik və Sosial İnkişaf” İctimai Birliyi  ilə birgə Çağdaş Azərbaycan dövlətinin memarı, Ümummilli Lider, Azərbaycan xalqının bəşəriyyət tarixinə bəxş etdiyi Böyük Şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətiylə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirir.


Davamı...


Bölməsiz
artyazar
Aprel 25, 2008 18:44
Baxış sayı: 39

Şərhlər(0)

Azərbaycan - Moldova: GUAM birliyi möhkəmlənir...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- Hörmətli Vladimir Nikolayeviç!
Hörmətli qonaqlar!
Əziz dostlar!
İndi biz Moldova incəsənət ustalarının konsertindən aldığımız dərin təəssürat içindəyik. Onlar Azərbaycanda Moldova mədəniyyəti günlərinin açılışında yüksək ustalıq nümayiş etdirdilər. Sizin ölkənin, Sizin xalqın qədim mədəniyyəti ilə ünsiyyətdə olmaq bizə böyük zövq verdi.
Bu gün, Azərbaycana rəsmi səfərinizin ilk günündə mən Sizi bir daha salamlamaq, başlanmış səfərin nəticələrindən dərin məmnunluq duyduğumu bildirmək istəyirəm.

Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar
artyazar
Aprel 25, 2008 18:39
Baxış sayı: 38

Şərhlər(0)

Dünyada Azərbaycanın canlı simvolu: İlham Əliyev

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN ƏMƏK VƏ SOSİAL MÜDAFİƏ NAZİRİ FARUK ÇELİKİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Prezident sarayında Türkiyənin əmək və sosial müdafiə naziri Faruk Çelikin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini vurğuladı.

Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 25, 2008 18:33
Baxış sayı: 35

Şərhlər(0)

Zamanın yaddaşındakı böyük şəxsiyyət: Heydər Əliyev

HEYDƏR ƏLİYEV ŞƏXSİYYƏTİ FƏRDİ-SUBYEKTİV ÖLÇÜLƏRƏ, BÜTÖVLÜKDƏ İSƏ TARİXƏ, ZAMANA SIĞMIR

AzərTAc xəbər verir ki, aprelin 23-də Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə AMEA-nın rəyasət heyətinin iclas salonunda ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilmişdir.
Tədbirdən əvvəl konfrans iştirakçıları Akademiyanın foyesində Heydər Əliyevin 85 illiyinə həsr edilmiş geniş foto və kitab sərgisi ilə tanış olmuşlar.


Davamı...


Liderə sevginin qəribəlıkləri, Prezidentə dəstək
artyazar
Aprel 23, 2008 20:32
Baxış sayı: 87

Şərhlər(1)

Azərbaycan - Moldova: Şərq - Qərb dostluğu

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ MOLDOVA PREZİDENTİ VLADİMİR VORONİNİN TƏKBƏTƏK GÖRÜŞÜ

Aprelin 23-də Prezident sarayında rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Moldova Respublikasının Prezidenti Vladimir Voroninin təkbətək görüşü olmuşdur.
Görüşdə iki dövlət arasında siyasi, iqtisadi və humanitar sahələrdə fəal inkişaf etməkdə olan əlaqələrin yüksək səviyyəsi vurğulandı, tərəflər əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduqlarını bildirdilər.


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 23, 2008 20:26
Baxış sayı: 33

Şərhlər(0)

ROMA PAPASI XVI BENEDİKT HƏZRƏTLƏRİNƏ

Zati-müqəddəsləri,

Tacqoyma gününüz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Vatikan arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq, insanlar arasında qarşılıqlı anlaşma, həmrəylik və humanizm ideallarının təntənəsi naminə bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ali missiyanızda uğurlar, həmməzhəblərinizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 15 aprel 2008-ci il.

Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 23, 2008 20:22
Baxış sayı: 39

Şərhlər(0)

İLHAM ƏLİYEV ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ RUBEN CEFRİNİ QƏBUL ETMİŞDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ DÖVLƏT KATİBİNİN MÜAVİNİ RUBEN CEFRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Prezident sarayında ABŞ dövlət katibinin iqtisadiyyat, energetika və kənd təsərrüfatı məsələləri üzrə müavini Ruben Cefrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı bildirdi ki, ABŞ dövlət katibi müavininin səfəri Azərbaycan-ABŞ ikitərəfli münasibətlərini, o cümlədən iqtisadi sahədə əməkdaşlığın hazırki vəziyyətini və perspektivlərini, regional məsələləri müzakirə etmək üçün yaxşı imkan yaradır.

Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 22, 2008 20:44
Baxış sayı: 35

Şərhlər(0)

Fərmanlar. Sərəncamlar.

«TAXIL HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ» AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2000-Cİ İL 15 İYUL TARİXLİ 370 NÖMRƏLİ FƏRMANININ İCRASININ TƏMİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

«Taxıl haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. «Taxıl haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində, 9.2-ci maddəsinin ikinci cümləsində, 9.4-cü və 11.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;


Davamı...


Bölməsiz
artyazar
Aprel 22, 2008 20:18
Baxış sayı: 49

Şərhlər(0)

Görüşlər, fərmanlar: xalq üçün, Vətəndən ötrü...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KALMIKİYA RESPUBLİKASININ PREZİDENTİ, FİDE-NİN PREZİDENTİ KİRSAN İLYUMJİNOVU QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 21-də Prezident sarayında Rusiya Federasiyasının Kalmıkiya Respublikasının Prezidenti, FİDE-nin prezidenti Kirsan İlyumjinovu qəbul etmişdir.
Dövlətimizin başçısı şahmat üzrə mötəbər turnirin Azərbaycanda ilk dəfə keçirilməsindən və tanınmış şahmatçıların bu turnirdə iştirakından məmnunluğunu ifadə etdi.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Qarabağın xilaskarı
artyazar
Aprel 21, 2008 20:49
Baxış sayı: 42

Şərhlər(0)

ƏHALİNİN SOSİAL VƏZİYYƏTİNİN YAXŞILAŞDIRILMASI...

ƏHALİNİN SOSİAL VƏZİYYƏTİNİN YAXŞILAŞDIRILMASI ÖLKƏMİZ ÜÇÜN BİRİNCİ DƏRƏCƏLİ MƏSƏLƏDİR FÜZULİ RAYONUNUN ZOBUCUQ QƏSƏBƏSİNDƏ ORTA MƏKTƏB BİNASININ AÇILIŞINDA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
- Əziz bacılar və qardaşlar, əziz dostlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gözəl gündə yeni qəsəbələrin istifadəyə verilməsi münasibətilə sizi ürəkdən təbrik edirəm.
Qısa müddət ərzində bu ərazidə minlərlə ev tikilib, minlərlə soydaşımız öz doğma torpaqlarına qayıtmışdır. Bildiyiniz kimi, qaçqınların və məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət proqramının icrası çox uğurla gedir. 2004-cü ildə proqram qəbul olunanda bizim o vaxt nəzərdə

Davamı...


Virtual gündəlik, Qarabağın xilaskarı, İntellektual nitq və çıxışlar
artyazar
Aprel 20, 2008 14:18
Baxış sayı: 37

Şərhlər(0)

Qarabağ - hamımızın qəlbi...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FÜZULİ, BEYLƏQAN VƏ BİLƏSUVAR RAYONLARINA SƏFƏRİ HORADİZ ŞƏHƏRİNDƏ HEYDƏR ƏLİYEV MUZEYİ İLƏ TANIŞLIQ

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Füzuli, Beyləqan və Biləsuvar rayonlarında olmuşdur.
Əvvəlcə Horadiz şəhərinə gələn dövlətimizin başçısı burada Heydər Əliyev muzeyində oldu.
Burada rayon ictimaiyyətinin nümayəndələri Prezidenti səmimiyyətlə qarşıladılar.
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi, eksponatlarla tanış oldu. Muzeydə ümummilli lider Heydər Əliyevin həyat və


Davamı...


Virtual gündəlik, Prezidentə dəstək, Qarabağın xilaskarı
artyazar
Aprel 20, 2008 14:17
Baxış sayı: 40

Şərhlər(0)

ALİ BAŞ KOMANDAN TƏMAS XƏTTİNDƏKİ “N” HƏRBİ HİSSƏSİNDƏ OLMUŞDUR

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev aprelin 18-də Füzuli rayonunun ərazisində təmas xəttində “N” hərbi hissəsində olmuş, əsgər və zabitlərlə görüşmüşdür.
Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin Ali baş komandanı, Prezident İlham Əliyevə raport verdi:
-Cənab Ali baş komandan, qoşunlar döyüş tapşırığını yerinə yetirirlər.
Ali baş komandan səngərləri gəzdi, əsgərlərin hərbi hazırlıq vəziyyətini yoxladı.
Sonra Ali baş komandan hərbi xidmətdə fərqlənən bir qrup əsgəri orden və medallarla təltif etdi, onları qiymətli hədiyyələrlə mükafatlandırdı.

Davamı...


Virtual gündəlik, Ali sərkərdə, İntellektual nitq və çıxışlar
artyazar
Aprel 20, 2008 14:15
Baxış sayı: 43

Şərhlər(0)

Heydər Əliyev siyasi-fəlsəfi dövlətçilik məktəbinə ümumxalq sevgisi

QAXDA “HEYDƏR ƏLİYEV VƏ MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR

Davamı...


Prezidentə dəstək
artyazar
Aprel 20, 2008 14:09
Baxış sayı: 53

Şərhlər(0)

PREZİDENTİMİZ FÜZULİ RAYONUNDA MÜASİR TİBB MƏRKƏZİ TİKDİRİR

 Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Füzuli rayonunda Tibb mərkəzinin təməlinin qoyulması mərasimində iştirak etmişdir.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına məlumat verdi ki, mərkəz 2 hektarlıq sahədə yerləşəcəkdir. Üç korpusdan ibarət mərkəzdə qəbul otağı, stasionar şöbə, rentgen kabineti, laboratoriya, inzibati şöbə, əməliyyat bloku, reanimasiya və doğum şöbələri olacaqdır. Yeni tibb ocağında ətraf bölgələrdən gələnlərə də tibbi xidmət göstəriləcəkdir.


Davamı...


Virtual gündəlik, Prezidentə dəstək, Qarabağın xilaskarı
artyazar
Aprel 20, 2008 14:00
Baxış sayı: 49

Şərhlər(0)

Ali komandan İLHAM ƏLİYEV QARABAĞDA - BEYLƏQANDA, FÜZULİDƏ

ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Füzuli rayonuna səfərini başa çatdırdıqdan sonra Beyləqan rayonuna gəlmişdir.
Beyləqan şəhərinin mərkəzindəki Heydər Əliyev adına parkda rayon sakinləri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Beş hektara yaxın sahəsi olan parkda müxtəlif növ dekorativ bitkilər, çoxlu gül kolları əkilmiş, fəvvarə, uşaq karuselləri, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Burada sakinlərin istirahəti üçün hər cür şərait, o cümlədən əyləncə mərkəzi yaradılmışdır.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin parkda ucaldılmış abidəsini ziyarət edərək gül dəstəsi qoydu.


Davamı...


Virtual gündəlik, Ali sərkərdə, Qarabağın xilaskarı
artyazar
Aprel 20, 2008 13:18
Baxış sayı: 40

Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Əziz dostlar!
Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün Beyləqan rayonunun həyatında çox gözəl, əlamətdar bir gündür. Uzun fasilədən sonra rayona təbii qazın verilməsi bərpa olunubdur. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. 20 ilə yaxındır ki, Beyləqana təbii qazın verilməsi dayandırılmışdı. Əlbəttə, hamımız yaxşı bilirik ki, təbii qazın olmaması insanlara əlavə problemlər yaradır. Həm sosial məsələlərin həllinə, həm də iqtisadi inkişafa, sənaye sahəsindəki uğurlara böyük problemlər yaradır.
“Azəriqaz” bu qaz xəttinin çəkilişi üçün çox fəal işlədi və böyük işlər gördü. Son illər ərzində bütövlükdə ölkəmizin hər bir yerinə təbii qazın verilməsi bərpa olunur və hətta tarixdə heç vaxt qazlaşdırılmayan bölgələrə də qaz xətləri çəkilir. Biz bunu ona görə edirik ki, Azərbaycanda bütün bölgələrin inkişafı daha da sürətlə getsin,

Davamı...


Virtual gündəlik, Qarabağın xilaskarı, İntellektual nitq və çıxışlar
artyazar
Aprel 20, 2008 13:02
Baxış sayı: 39

Şərhlər(0)

Qarabağda HEYDƏR ƏLİYEV MUZEYİ - Zəfərimizin mayakı

HEYDƏR ƏLİYEV MUZEYİNİN AÇILIŞI

Aprelin 18-də Beyləqan şəhərində Heydər Əliyev muzeyinin açılışı olmuşdur.
Prezident İlham Əliyev ulu öndərin adını daşıyan parkda yerləşən muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Dovlətimizin başçısına məlumat verildi ki, 200 kvadratmetrdən çox sahəsi olan muzeyin salonlarında Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü və müstəqil Azərbaycanın prezidenti olduğu illəri əks etdirən fotoşəkillər vardır.


Davamı...


Virtual gündəlik, Qarabağın xilaskarı
artyazar
Aprel 20, 2008 12:56
Baxış sayı: 38

Şərhlər(0)

Xilaskarın Qarabağa növbəti yuruşu: bu dəfə də sülh arzusuyla

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BİLƏSUVAR RAYONUNA GƏLMİŞDİR
HEYDƏR ƏLİYEV PARKINI ZİYARƏT
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Beyləqandan Biləsuvar rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbəyə gələrək, buradakı Heydər Əliyev parkını ziyarət etdi, ulu öndərin büstü önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə məlumat verildi ki, 2004-cü ildə salınmış parkın sahəsi 2 hektardır. Bu il parkda əsaslı təmir işləri aparılmış, əhalinin istirahəti üçün hər cür şərait yaradılmış, fəvvarə quraşdırılmışdır.

Davamı...


Virtual gündəlik, Qarabağın xilaskarı
artyazar
Aprel 20, 2008 12:52
Baxış sayı: 31

Şərhlər(0)

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASININ ÜZVLƏRİ

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ ŞURASININ ÜZVLƏRİ TƏYİN EDİLMİŞDİR

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalamışdır.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”yə uyğun olaraq 11 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərəcək Şura üzvlərindən 3-ü dövlət orqanlarının nümayəndələrindən, 8-i isə qeyri-hökumət təşkilatlarının irəli sürdüyü namizədlərdən təyin edilmişdir.
Dövlət orqanlarından Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin ictimai-siyasi təşkilatlarla iş sektorunun müdiri Süleymanov Tahir Veys oğlu,


Davamı...


Fərman və sərəncamlar, Prezidentə dəstək
artyazar
Aprel 18, 2008 20:08
Baxış sayı: 42

Şərhlər(0)

Beynəlxalq imic: əlaqələr, yazışmalar, təbriklər

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN “SABANÇI HOLDİNQ” ŞİRKƏTİNİN RƏHBƏRLƏRİNDƏN BİRİ VƏ MÜŞAHİDƏ ŞURASININ ÜZVÜ ÖMƏR SABANÇINI QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Prezident sarayında Türkiyənin “Sabançı Holdinq” şirkətinin rəhbərlərindən biri və Müşahidə Şurasının üzvü Ömər Sabançını qəbul etmişdir.
Azərbaycana ilk dəfə səfərə gəldiyini deyən Ömər Sabançı vurğuladı ki, Prezident İlham Əliyev tərəfindən qəbul olunması dövlət başçısının iş adamlarına və özəl sektora göstərdiyi böyük diqqətin təzahürüdür.


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 18, 2008 20:02
Baxış sayı: 35

Şərhlər(0)

RAMİZ MEHDİYEVƏ “İSTİQLAL” ORDENİNİ TƏQDİM EDİLDİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PREZİDENTİN İCRA APARATININ RƏHBƏRİ R.Ə.MEHDİYEVİN “İSTİQLAL” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə və dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev “İstiqlal” ordeni ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 aprel 2008-ci il.

 

Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik
artyazar
Aprel 18, 2008 19:56
Baxış sayı: 33

Şərhlər(0)

Rəsmi xəbərlər - Bilgi çələngi

GÖRKƏMLİ OFTALMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN XATİRƏ GÜNÜ
Aprelin 15-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. 1985-ci ilin bu bahar günündə dünyasını dəyişən, işıqlı amalların, nəcib duyğuların təcəssüm tapdığı bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Zərifə xanım haqqında yazılmış xatirələri oxuyarkən, onu tanıyanların söhbətlərini dinləyərkən belə fikirlərə tez-tez rast gəlmək olar: “Zərifə xanım ləyaqətli, humanist, xeyirxah, mehriban insan idi”, “Hamıya əl tutar, hamının qəlbinə yol tapmağı bacararırdı”, “Zərifə xanım başqalarının dərdini, problemini özününkü hesab edərdi. Çünki insanları sevirdi. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyəti ilə bağlı idi”...

Davamı...


Liderə sevginin qəribəlıkləri, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi
artyazar
Aprel 17, 2008 11:01
Baxış sayı: 35

Şərhlər(0)

İLHAM ƏLİYEV ABŞ MÜDAFİƏ NAZİRİNİN AVROPA VƏ NATO SİYASƏTİ İLƏ MARAQLANDI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ MÜDAFİƏ NAZİRİNİN AVROPA VƏ NATO SİYASƏTİ ÜZRƏ MÜŞAVİRİ DANİEL FEYTANIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Prezident sarayında ABŞ müdafiə nazirinin Avropa və NATO siyasəti üzrə müşaviri Daniel Feytanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Prezident İlham Əliyev Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində də uğurla inkişaf etdiyini vurğuladı və əlaqələrimizin gələcəkdə də genişlənəcəyinə əminliyini bildirdi.

Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 17, 2008 10:56
Baxış sayı: 40

Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QƏBULUNDA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AZADLIQ RADİOSUNUN PREZİDENTİ CEFRİ GEDMİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Prezident sarayında Azadlıq radiosunun prezidenti Cefri Gedmini qəbul etmişdir.
Cefri Gedmin bildirdi ki, Azərbaycana səfərinin əsas məqsədi ölkəmizdə gedən proseslərlə yaxından tanış olmaqdan ibarətdir. Qonaq Azərbaycana səfərinin ilk saatlarından ölkəmizdə dinamizmin və inkişafın şahidi olduğunu vurğuladı.
Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmizdə bütün sahələrdə çox sürətli inkişaf var və bu iqtisadi inkişaf prosesləri Azərbaycanın bütün


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 15, 2008 21:02
Baxış sayı: 36

Şərhlər(0)

MEVLUD ÇAVUŞOĞLU: “MƏN PREZİDENT İLHAM ƏLİYEVİN UĞUR QAZANACAĞINA İNANIRAM”

MEVLUD ÇAVUŞOĞLU: “MƏN PREZİDENT İLHAM ƏLİYEVİN KEÇƏN SEÇKİDƏKİNDƏN DAHA PARLAQ UĞUR QAZANACAĞINA İNANIRAM”

Avropa Şurası Parlament Assambleyası Miqrasiya, qaçqınlar və əhali komissiyasının sədri, Türkiyənin millət vəkili Mevlud Çavuşoğlu AzərTAc-ın xüsusi müxbirinə məxsusi müsahibəsində demokratik bir ölkə olan Azərbaycanda prezident seçkilərində son sözün xalqın deyəcəyini vurğulayaraq, böyük nüfuza malik olan siyasətçi kimi İlham Əliyevin keçən seçkilərdəkindən daha parlaq uğur qazanacağına inandığını söyləmişdir.
O, demişdir:
- Hörmətli Prezidentimiz hələ AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olanda Strasburqda Azərbaycanın haqlarını ən mükəmməl şəkildə müdafiə edir, təcrübəli və etibarlı bir siyasi xadim kimi ölkənizin görmək istədiyi işləri, Avropa standartlarına və meyarlarına necə nail olunacağını ifadə edirdi. İlham Əliyev təkcə Azərbaycanla deyil, Türkiyə, habelə Cənubi Qafqaz və Balkanlarda bizim yardımımıza


Davamı...


Liderə sevginin qəribəlıkləri, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 14, 2008 20:28
Baxış sayı: 42

Şərhlər(0)

SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARINA HƏSR OLUNMUŞ İCLASI

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SƏDRLİYİ İLƏ NAZİRLƏR KABİNETİNİN 2008-Cİ İLİN BİRİNCİ RÜBÜNÜN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARINA HƏSR OLUNMUŞ İCLASI KEÇİRİLMİŞDİR
Aprelin 14-də Prezident sarayında Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir.
İclası giriş nitqi ilə açan Prezident İlham Əliyev 2004-2007-ci illərdə ölkə iqtisadiyyatının 96 faiz artdığını, bu meyilin 2008-ci ilin birinci rübündə də davam etdiyini, ilin ilk üç ayında ümumi daxili məhsulun həcminin 14 faiz, sənaye istehsalının da təxminən eyni səviyyədə artdığını bildirdi.

Davamı...


Virtual gündəlik, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 14, 2008 20:25
Baxış sayı: 41

Şərhlər(0)

Siyasi, iqtisadi, mədəni görüşlər...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ BAŞ NAZİRİNİN MÜAVİNİ, DÖVLƏT NAZİRİ CƏMİL ÇİÇƏYİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Prezident sarayında Türkiyə Baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçəyi qəbul etmişdir.
Cəmil Çiçək Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.


Davamı...


Virtual gündəlik, Liderə sevginin qəribəlıkləri, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 11, 2008 20:14
Baxış sayı: 42

Şərhlər(0)

Prezidentimizin rəsmi məktublarından seçmələr...

31 mart 2008 19:17
Nikolay Konstantinoviç Baybakovun ailəsinə
ətraflı s
18 mart 2008 18:07
Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Abdulay Vada
ətraflı s
18 mart 2008 12:31
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Hu Szintaoya
ətraflı s
13 mart 2008 18:04
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anara
ətraflı s
07 mart 2008 16:29

Davamı...


Bölməsiz
artyazar
Aprel 11, 2008 19:50
Baxış sayı: 39

Şərhlər(0)

QIZIL AYPARA CƏMİYYƏTİ İLHAM ƏLİYEVİ PREZİDENTLİYƏ NAMİZƏD BİLDİ

AZƏRBAYCAN QIZIL AYPARA CƏMİYYƏTİNİN XXII BAŞ MƏCLİSİ KEÇİRİLMİŞDİR
MƏCLİSDƏ DÖVLƏTİMİZİN BAŞÇISI İLHAM ƏLİYEVİN NÖVBƏTİ DƏFƏ PREZİDENTLİYƏ NAMİZƏDLİYİ YEKDİLLİKLƏ İRƏLİ SÜRÜLMÜŞDÜR

AzərTAc xəbər verir ki, aprelin 8-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) XXII Baş Məclisi keçirilmişdir.
Yetərsay təsdiq olunandan sonra Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin iştirakçılara təbrik məktubunu çatdırmışdır.
Məktubda deyilir ki, Azərbaycan dövləti durmadan artan iqtisadi qüdrətinə arxalanaraq vətəndaş cəmiyyətinin inkişafına münbit şərait yaradır.


Davamı...


Fərman və sərəncamlar, Prezidentə dəstək
artyazar
Aprel 10, 2008 12:30
Baxış sayı: 51

Şərhlər(0)

Azərbaycanı Dünyaya tanıdan LİDER - İLHAM ƏLİYEV

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA İTTİFAQININ ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də Prezident sarayında Avropa İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alan Vaddamsın etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Alan Vaddams etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Xatirə şəkli çəkdirildikdən sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Səfir qeyd etdi ki, Avropa İttifaqı Azərbaycana regionda çox mühüm tərəfdaş kimi baxır və təmsil etdiyi təşkilatın ölkəmizlə əlaqələri uğurla inkişaf edir. O, səfir kimi fəaliyyətində bütün səylərini bu əlaqələrin daha da genişlənməsinə sərf edəcəyini vurğuladı.


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 8, 2008 19:32
Baxış sayı: 49

Şərhlər(0)

Dünyada yüksək nüfuzu olan Prezident

LEONİD SLUTSKİ: “İLHAM ƏLİYEV PREZİDENTLİYƏ ƏN LAYİQLİ, DÜNYADA YÜKSƏK NÜFUZU OLAN NAMİZƏDDİR”

Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər üzrə Komitə sədrinin birinci müavini Leonid Slutski AzərTAc-ın xüsusi müxbirinə eksklüziv müsahibəsində demişdir: “Azərbaycanın indiki Prezidenti İlham Əliyev qarşıdakı prezident seçkilərində qalib gəlmək üçün çox yüksək şansa malikdir. Mən əminəm və bilirəm ki, ölkə əhalisinin əksəriyyəti məhz bu fikirdədir. Hesab edirəm ki, bu gün o, ən layiqli namizəddir, ən başlıcası, dünyada yüksək nüfuza malikdir”. L.Slutski daha sonra demişdir: “Azərbaycan sosial-iqtisadi və demokratik inkişaf yolu ilə inamla irəliləyir, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti durmadan inkişaf edir. Seçkilər yaxınlaşanda alternativ namizədlər meydana çıxacaq, lakin mən bir kənar müşahidəçi kimi düşünürəm ki, Azərbaycan xalqı İlham Əliyevin xeyrinə seçim edəcəkdir və əminəm ki, bu, Azərbaycan cəmiyyəti üçün düzgün və pozitiv seçim olacaqdır”.


Davamı...


Liderə sevginin qəribəlıkləri, Prezidentə dəstək
artyazar
Aprel 7, 2008 19:28
Baxış sayı: 37

Şərhlər(0)

Hamıya və hər problemə qayğı göstərən Şəxsiyyət

QIZIL AYPARA GÜNÜNÜN TƏSİS EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Silahlı münaqişə qurbanlarına, fövqəladə hallar nəticəsində zərər çəkmiş insanlara humanitar yardım və sosial xidmətlərin göstərilməsi sahəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səmərəli fəaliyyətini nəzərə alaraq qərara alıram:
Hər il martın 10-u Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunsun.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 aprel 2008-ci il.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik
artyazar
Aprel 7, 2008 19:24
Baxış sayı: 42

Şərhlər(0)

İki görüş - iki müsbət xal...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “AZƏRBAYCANDA SİYASİ HÜQUQLARIN QORUNMASI – YENİ MEYARLAR” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANSIN XARİCİ ÖLKƏLƏRDƏN OLAN NÜMAYƏNDƏLƏRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7–də Prezident sarayında “Azərbaycanda siyasi hüquqların qorunması – yeni meyarlar” mövzusunda beynəlxalq konfransın xarici ölkələrdən olan nümayəndələrini qəbul etmişdir.
Dövlətimizin başçısı Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Azərbaycan cəmiyyətinin


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 7, 2008 19:21
Baxış sayı: 35

Şərhlər(0)

Azərbaycanı qlobal dünyanın brendinə çevirən PREZİDENTimiz

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NATO-NUN SAMMİTİ ÇƏRÇİVƏSİNDƏ BİR SIRA ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARI İLƏ GÖRÜŞLƏRİ OLMUŞDUR

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Buxarestdə, NATO-nun sammiti çərçivəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buş, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül, habelə NATO-nun baş katibi Yaap de Hoop Sxeffer ilə görüşləri olmuşdur.
Görüşlərdə ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılmışdır.


Davamı...


Virtual gündəlik, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 5, 2008 21:04
Baxış sayı: 48

Şərhlər(0)

AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA GÖRÜŞDƏ İŞTİRAK ETMİŞDİR

AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA BUXARESTDƏ DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARI XANIMLARININ GÖRÜŞÜNDƏ İŞTİRAK ETMİŞDİR

Aprelin 3-də Buxarestdə, Milli muzeydə NATO-nun sammitində iştirak edən dövlət və hökumət başçılarının xanımlarının görüşü olmuşdur.
Rumıniya Prezidentinin xanımı Mariya Besesku Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanı və digər qonaqları səmimiyyətlə qarşılamışdır.


Davamı...


Liderə sevginin qəribəlıkləri, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 4, 2008 8:44
Baxış sayı: 45

Şərhlər(0)

Avropanın - NATO-nun zirvə görüşündə Azərbaycan uğurları...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RUMINİYAYA SƏFƏRİ
AVRATLANTİK TƏRƏFDAŞLIQ ŞURASI DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ NATO BAŞ KATİBİNİN RƏHBƏRLİYİ İLƏ İŞÇİ NAHARI OLMUŞDUR

Aprelin 3-də Buxarestin Parlament binasında NATO-nun sammiti çərçivəsində Avratlantik Tərəfdaşlıq Şurası dövlət və hökumət başçılarının NATO-nun baş katibi Yaap de Hoop Sxefferin rəhbərliyi ilə işçi naharı olmuşdur.
Tədbiri NATO-nun baş katibi Yaap de Hoop Sxeffer açdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi.


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 4, 2008 8:37
Baxış sayı: 45

Şərhlər(0)

Görüçlər, fərmanlar, sərəncamlar: xalqın Prezidenti...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT-İN BAKI OFİSİNİN BAŞÇISI XOSE LUİS HERRERO ANSOLANI QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Prezident sarayında ATƏT-in Bakı ofisinin başçısı Xose Luis Herrero Ansolanı qəbul etmişdir.
Görüşdə Azərbaycan-ATƏT arasında əməkdaşlığın müxtəlif sahələrinə dair fikir mübadiləsi aparıldı.



Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Aprel 1, 2008 19:57
Baxış sayı: 41

Şərhlər(0)


  Yazılar cəmi: 50   
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com