Reklam verin!

Prezident Ensiklopediyası

İntellektual Prezident - İlham Əliyev

Dünya standartları, Avropa dəyərləri...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BEYNƏLXALQ ANTİKORRUPSİYA ORQANLARI ASSOSİASİYASI İCRAİYYƏ KOMİTƏSİNİN BAKIDA KEÇİRİLƏN İCLASININ İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev martın 31-də Prezident sarayında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilən iclasının iştirakçılarını qəbul etmişdir.
Dövlətimizin başçısı İLHAM ƏLİYEV qonaqlara müraciətlə dedi:
-Hörmətli qonaqlar, mən sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram, ölkəmizə “Xoş gəlmisiniz!”.

Davamı...


Bölməsiz
artyazar
Mart 31, 2008 21:44
Baxış sayı: 43

Şərhlər(0)

Qurucu İLHAM - YARADAN Prezident...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DÖVLƏT FİLARMONİYASININ YERLƏŞDİYİ BAĞDA VƏ DƏNİZKƏNARI MİLLİ PARKDA HƏYATA KEÇİRİLƏN BƏRPA VƏ YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR
Azərbaycan Prezidenti İlham Əliyev martın 30-da Dövlət filarmoniyasının yerləşdiyi bağda və dənizkənarı Milli Parkda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə filarmoniyanın yerləşdiyi bağa gəldilər. Bakının ilk yaşıllıq zolaqlarından olan bu bağın əsası 1830-cu ildə qoyulmuş, 1859–cu ildə onun ərazisi genişləndirilmişdir.

Davamı...


Bölməsiz
artyazar
Mart 30, 2008 20:36
Baxış sayı: 41

Şərhlər(0)

AR MTN-lə bağlı iki tarixi fərman

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNİN ƏMƏKDAŞLARINA ALİ HƏRBİ RÜTBƏLƏRİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASİ PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin aşağıdakı əməkdaşlarına general-mayor hərbi rütbəsi verilsin:

Ələsgərov Vəli Məmiş oğlu - Naxçıvan Muxtar Respublikasının
milli təhlükəsizlik naziri


Davamı...


Fərman və sərəncamlar
artyazar
Mart 30, 2008 20:33
Baxış sayı: 51

Şərhlər(0)

31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA MÜRACİƏT

Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Hər il olduğu kimi, bu il də sizə bütün dünya azərbaycanlılarının kədər və hüznlə qeyd etdiyi soyqırımı qurbanlarını anma günü – 31 Mart münasibətilə müraciət edirəm.
Təcavüzkar erməni millətçiləri xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirmişdir. Azərbaycanlıları tarixi torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji, hərbi və mədəni təcavüzünə məruz qalmışdır. Xalqımızın tarixi kobud surətdə saxtalaşdırılmış, mədəniyyətimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir.
Soyqırımı siyasəti müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilmiş, kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunmuşdur. XIX əsrin birinci yarısında İrandan və Osmanlı imperiyasından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, 1905 və 1918-ci illərdə azərbaycanlı


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Qarabağın xilaskarı, İntellektual nitq və çıxışlar
artyazar
Mart 30, 2008 20:30
Baxış sayı: 46

Şərhlər(0)

Görüşlər, görüşlər...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BEYNƏLXALQ KANOE FEDERASİYASININ PREZİDENTİ ULRİX FELDHOFU QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 29–da Prezident sarayında Beynəlxalq Kanoe Federasiyasının prezidenti Ulrix Feldhofu qəbul etmişdir.
Görüşdə Azərbaycanda idmana göstərilən yüksək dövlət qayğısından danışılmış, ölkəmizdə idmanın bütün sahələrinin, o cümlədən kanoe idman növünün də inkişaf etdirildiyi qeyd olunmuşdur. Mingəçevirdəki avarçəkmə təlim-məşq bazasının dünya standartlarına uyğun şəkildə yenidən qurulmasının əhəmiyyəti vurğulanmış, orada bir sıra beynəlxalq yarışların və təlim-məşq toplanışlarının keçirilməsi üçün yaxşı imkanların yaradılacağına əminlik ifadə olunmuşdur.




Azәrbaycanın Beynәlxalq imici
artyazar
Mart 30, 2008 20:27
Baxış sayı: 41

Şərhlər(0)

BMT-nin qətnaməsi - Azərbaycanın qlobal qələbəsi

BMT-DƏ QƏBUL OLUNMUŞ QƏTNAMƏ AZƏRBAYCAN DİPLOMATİYASINININ ƏN BÖYÜK QƏLƏBƏSİ, ERMƏNİSTANIN CİDDİ MƏĞLUBİYYƏTİDİR
XARİCİ POLİTOLOQ VƏ EKSPERTLƏR BU QƏNAƏTDƏDİRLƏR

AzərTAc xəbər verir ki, BMT Baş Məclisinin 62-ci sessiyası çərçivəsində qəbul olunmuş “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnaməni əksər xarici ekspertlər Azərbaycan diplomasiyasının son illər əldə etdiyi ən böyük uğurlardan biri kimi qiymətləndirirlər.
Ekspertlərin fikruincə, qətnamə göctərdi ki, Ermənistan bu məsələdə tamamilə təklənmişdir.
Rusiyanın tanınmış politoloq və ekspertləri BMT-də qəbul olunmuş qətnaməni Azərbaycanın ən böyük uğuru hesab edirlər. Kremlin aparıcı analitikklərindən biri, Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov hesab edir ki,


Davamı...


Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici, Ali sərkərdə, Qarabağın xilaskarı
artyazar
Mart 26, 2008 0:15
Baxış sayı: 45

Şərhlər(0)

I Xanım MEHRİBAN ƏLİYEVANIN "AZƏRTAC" İA-ya MÜSAHİBƏSİ

XEYRİYYƏÇİLİK FƏALİYYƏTİ İNSANLARA MƏHƏBBƏTDƏN, BƏŞƏRİ DƏYƏRLƏRƏ HÖRMƏTDƏN DOĞMALIDIR
HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ, YUNESKO-NUN VƏ İSESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ, MİLLİ MƏCLİSİN DEPUTATI MEHRİBAN ƏLİYEVANIN AZƏRTAC-A MÜSAHİBƏSİ
Son illərdə Azərbaycanda xeyriyyəçilik institutu intensiv şəkildə dirçəlməyə, fəal inkişaf etməyə başlamışdır. Bu isə xeyli dərəcədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox böyük səyləri və şəxsi təşəbbüskarlığı sayəsində mümkün olur.
Mehriban xanımın bu sahədə çoxcəhətli və yorulmaz fəaliyyəti yaxşı məlumdur və təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks-səda doğurmuşdur. İki nüfuzlu beynəlxalq mükafata - “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun ən yüksək mükafatı olan “Yaqut xaç” ordeninə və geniş miqyaslı xeyriyyəçilik fəaliyyətinə görə “Qızıl ürək” mükafatına layiq görülməsi onun bu sahədəki işlərinin yüksək qiymətləndirilməsini sübut edir.

Davamı...


Prezidentə dəstək
artyazar
Mart 25, 2008 1:17
Baxış sayı: 31

Şərhlər(0)

NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN XALQINA TƏBRİK

Hörmətli həmvətənlər!
Sizi xalqımızın sevimli Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və bütün işlərinizdə uğurlar diləyirəm.
Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günü yurdumuza qədəm qoyur. Qədim əcdadlarımızın bizə misilsiz yadigarı kimi Yaz bayramının gəlişi Odlar diyarında yüzillərdən bəri xüsusi mərasimlərlə qarşılanır, təntənəli el şənlikləri ilə müşayiət olunur.

Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Mart 25, 2008 1:02
Baxış sayı: 43

Şərhlər(0)

İlhamlı Novruz Bayramı...

BAKIDA NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ ÜMUMXALQ ŞƏNLİYİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞƏNLİKDƏ İŞTİRAK ETMİŞDİR

Martın 20-də yurdumuza baharın gəlişi münasibətilə ən izdihamlı bayram şənlikləri ölkəmizin paytaxtı Bakıda keçirilmişdir. Qədim İçərişəhərin darvazaları qarşısında - Gənclər meydanında bayram münasibətilə böyük mərasim təşkil olunmuş, ətrafdakı binalar, əsrlərin şahidi olan qədim qala divarları al-əlvan plakatlarla bəzədilmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak etmək üçün Gənclər meydanına gəldilər.


Davamı...


Virtual gündəlik, Mədəniyyətimizin hamisi
artyazar
Mart 25, 2008 0:58
Baxış sayı: 43

Şərhlər(0)

İlhamlı Azərbaycan - İnamlı Azərbaycan...

ANATOLİ RAXANSKİ: İLHAM ƏLİYEV AVROPADA TANINMIŞ PREZİDENTLƏRDƏN BİRİ SAYILMIŞDIR

Ölkəsinin hüdudlarından çox-çox uzaqlarda tanınan Anatoli Raxanskini hörmətlə Ukrayna siyasətinin ağsaqqalı adlandırırlar. Ukraynanın bir neçə çağırış xalq deputatı, Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri doktoru...
Lakin onun bütün titul və mükafatlarını sadalamaq mümkün deyildir.


Davamı...


Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi
artyazar
Mart 15, 2008 19:00
Baxış sayı: 49

Şərhlər(0)

İşgüzar görüş ve fərman

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜRCÜSTANIN BAŞ NAZİRİ VLADİMİR QURGENİDZENİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13–də Prezident sarayında Gürcüstanın Baş naziri Vladimir Qurgenidzeni qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət göstərdiyi vurğulanmış, ikitərəfli münasibətlərin, iqtisadi sahədə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunmuşdur.


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Mart 14, 2008 17:30
Baxış sayı: 38

Şərhlər(0)

AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN SƏDRİ, XALQ YAZIÇISI ANARA

Hörmətli sədr!

Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı və işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
Müxtəlif janrlarda yaratdığınız və taleyüklü problemlərə həsr etdiyiniz əsərlərinizlə Siz respublikamızda ədəbi prosesin inkişafına layiqli töhfələr vermisiniz. Qələminizin məhsulu olan, öz həyatiliyi, təbiiliyi, dilinin rəvanlığı və üslub rəngarəngliyi ilə fərqlənən yaradıcılığınız müasir Azərbaycan oxucusunun bədii-estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynamışdır.

Davamı...


Mədəniyyətimizin hamisi
artyazar
Mart 14, 2008 16:35
Baxış sayı: 46

Şərhlər(0)

VATİKANIN DÖVLƏT KATİBİ, KARDİNAL TARÇİZİO BERTONE HEYDƏR ƏLİYEV FONDUNDA

Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertonenin başçılıq etdiyi nümayəndə heyəti martın 7-də Heydər Əliyev Fondunda olmuşdur.
Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılmış Fondun məqsədləri, ulu öndərin şəxsi arxivindən götürülmüş eksponatlar haqqında ətraflı məlumat verildi.

 


Davamı...


Prezidentə dəstək
artyazar
Mart 14, 2008 16:23
Baxış sayı: 51

Şərhlər(0)

DİN-İN POLİS AKADEMİYASININ BAYRAĞI HAQQINDA ƏSASNAMƏ TƏSDİQ EDİLMİŞDİR

 Prezident İlham Əliyev martın 6-da “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bayrağı haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının bayrağının təsviri”nin təsdiq edilməsi haqqında Fərman imzalamışdır.
Əsasnamədə göstərilmişdir ki, bayraq Polis Akademiyasına Azərbaycan Respublikasının Prezidenti adından təqdim edilir və orada həmişəlik qalır.


Davamı...


Fərman və sərəncamlar
artyazar
Mart 14, 2008 16:19
Baxış sayı: 47

Şərhlər(0)

Sərəncamlar, təbriklər, rəsmi sənədlər...

BAKI SLAVYAN UNİVERSİTETİNİN MADDİ-TEXNİKİ BAZASININ YAXŞILAŞDIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının bir çox ölkələrlə tədris-mədəni əlaqələrinin genişlənməsi, azərbaycanşünaslığın inkişafı, ölkəmizin qazandığı nailiyyətlərin beynəlxalq aləmdə nümayiş etdirilməsi istiqamətində böyük xidmətləri olan Bakı Slavyan Universitetinin elmi-metodik potensialının daha da artırılması, tədris prosesinin keyfiyyətinin yaxşılaşdırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə qərara alıram:
1. Bakı Slavyan Universiteti binasının əsaslı təmir olunması və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Slavyan Universitetinə 1,0 milyon (bir milyon) manat məbləğində vəsait ayrılsın.


Davamı...


Fərman və sərəncamlar
artyazar
Mart 11, 2008 16:27
Baxış sayı: 45

Şərhlər(0)

Avropa üzünü Azərbaycana tutur...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MÜQƏDDƏS TAXT-TACIN DÖVLƏT KATİBİ, KARDİNAL TARÇİZİO BERTONENİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Prezident sarayında Müqəddəs Taxt-Tacın dövlət katibi, kardinal Tarçizio Bertoneni qəbul etmişdir.
Prezident İLHAM ƏLİYEV hörmətli qonağa müraciətlə dedi: Mən çox şadam ki, siz Azərbaycana səfər edirsiniz və bilirəm ki, çox böyük və maraqlı proqramınız var. Yəqin ki, proqramın əsas hissəsi bu günə düşür. Biz birlikdə Roma katolik kilsəsinin açılışında iştirak edəcəyik.


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
Mart 11, 2008 16:24
Baxış sayı: 44

Şərhlər(0)

Gün var Yüzilliyi əvəzləyir...

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzəni qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Prezident sarayında ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Mətyu Brayzəni qəbul etmişdir.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti, Azərbaycanla ABŞ arasında enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Qarabağın xilaskarı
artyazar
Mart 6, 2008 14:47
Baxış sayı: 58

Şərhlər(0)

Azərbaycanın Qərb bölgəsinə növbəti səfər

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN SAMUX VƏ XANLAR RAYONLARINA SƏFƏRİ
“SAMUX ŞƏHİDLƏRİ” ABİDƏ KOMPLEKSİNİ VƏ HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİ ZİYARƏT

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Naftalan şəhərindən Samux rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyev parkına gələrək, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş samuxluların xatirəsinə tikilmiş “Samux şəhidləri” abidə kompleksinin önünə gül dəstəsi qoydu. Əbədi məşəlin alovlandığı kompleksdə qara mərmər üzərində 106 şəhidin adı həkk olunmuşdur.


Davamı...


Virtual gündəlik, Qarabağın xilaskarı
artyazar
Mart 6, 2008 14:36
Baxış sayı: 59

Şərhlər(0)


  Yazılar cəmi: 20   
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com