Reklam verin!
Yuma Ailə Jurnalı
 Prezident Ensiklopediyası : Prezidentin ağır günü...

Navigation


RSS: Yazılar


Prezidentin ağır günü...

Avqust 26, 2008 12:00, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ SENATININ XARİCİ ƏLAQƏLƏR KOMİTƏSİNİN ÜZVÜ RİÇARD LUQARIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də ABŞ Senatının xarici əlaqələr komitəsinin üzvü, senator Riçard Luqarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, regional, beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

İRAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MAHMUD ƏHMƏDİNEJADA

Hörmətli cənab Prezident,
Bişkek yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 avqust 2008-ci il.

QIRĞIZISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KURMANBEK BAKİYEVƏ

Hörmətli Kurmanbek Saliyeviç,
Bişkek yaxınlığında aviasiya qəzası nəticəsində çoxsaylı insan tələfatı barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Qırğızıstan xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 avqust 2008-ci il.

MİNİMUM AYLIQ ƏMƏKHAQQININ ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasında əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:

1. Minimum aylıq əməkhaqqının məbləği 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli 2577 nömrəli Sərəncamı (3-cü bənd istisna olmaqla) qüvvədən düşmüş hesab edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 avqust 2008-ci il.

ƏMƏK PENSİYALARININ BAZA HİSSƏSİNİN ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə uyğun olaraq və pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2008-ci il sentyabrın 1-dən 25 faiz artırılaraq 75 manat müəyyən edilsin.
2. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, qanunvericiliklə müəyyən olunmuş hallarda Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğinin bu Sərəncamın 1-ci bəndinə uyğun olaraq artırılaraq yenidən hesablanmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 avqust 2008-ci il.

A.K.ƏMİRASLANOVUN AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İCRA APARATININ AQRAR SİYASƏT MƏSƏLƏLƏRİ ŞÖBƏSİNİN MÜDİRİ TƏYİN EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azər Kamal oğlu Əmiraslanov Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Aqrar siyasət məsələləri şöbəsinin müdiri təyin edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 avqust 2008-ci il.


Baxış sayı: 32
Açar sözlər:
Bookmark and Share





Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha