Ərzaq təhlüksizliyi tədbirləri (III)
2008-2015-Cİ İLLƏRDƏ AZƏRBAYCAN RESPUBLİKASINDA ƏHALİNİN ƏRZAQ MƏHSULLARI İLƏ ETİBARLI TƏMİNATINA DAİR
DÖVLƏT PROQRAMI
DÖVLƏT PROQRAMI
III HİSSƏ
5.8. Ərzaq məhsullarının təhlükəsizliyi və keyfiyyətinə nəzarətin gücləndirilməsi tədbirləri
5.7. Dövlət fitosanitar nəzarətinin səmərəliliyinin artırılması tədbirləri
5.7.1. | Fitosanitar nəzarəti üzrə qanunvericiliyin beynəlxalq standartların, qaydaların və tövsiyələrin tələblərinə uyğun təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi | Kənd Təsərrüfatı Nazirliyi, Ədliyyə Nazirliyi | 2008-2015 |
5.7.2. | Bitki mühafizəsi və karantini üzrə ölkə və regional əhəmiyyətli texnoloji reqlament tədbirlərinin və proqramların həyata keçirilməsi | Kənd Təsərrüfatı Nazirliyi | 2008-2015 |
5.7.3. | Özəl fitosanitar xidmətinin fəaliyyətinin dəstəklənməsi | Kənd Təsərrüfatı Nazirliyi | 2008-2015 |
5.7.4. | Fitosanitar vəziyyəti əks etdirən informasiya-məsləhət sisteminin yaradılması | Kənd Təsərrüfatı Nazirliyi | 2008-2015 |
5.7.5. | Fitosanitar nəzarəti sahəsində mobil səyyar avtolaboratoriyalarla və digər texniki vasitələrlə təchizat tədbirlərinin görülməsi | Kənd Təsərrüfatı Nazirliyi | 2008-2015 |
5.7.6. | İnteqrir və bioloji üsulla mübarizə tədbirləri sisteminin yaradılması və tətbiqinin genişləndirilməsi | Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası | 2008-2015 |
5.7.7. | Pestisidlərin dövriyyəsinin bütün mərhələlərində onların keyfiyyətinə və tətbiqinə dövlət nəzarətinin gücləndirilməsi | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Dövlət Gömrük Komitəsi | 2008-2015 |
5.7.8. | Sərhəd-keçid və rayonlararası bitkilərin karantini məntəqələrinin maddi-texniki bazasının gücləndirilməsi | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi | 2008-2010 |
5.7.9. | Cəngi pestisidlər poliqonunun rekonstruksiyasının tamamlanması | Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi | 2008-2009 |
5.7.10. | Respublika Nəzarət-Toksikologiya və Respublika Bitkilərin Karantin Ekspertizası laboratoriyalarının müasir avadanlıqla təmin olunması | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi | 2008-2010 |
5.7.11. | Bitki mühafizə mərkəzlərinin maddi-texniki bazasının yaxşılaşdırılması | Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi | 2008-2015 |
5.8.1. | Yeyinti məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sahəsində paralelçiliyin aradan qaldırılması və qanunvericilik bazasında zəruri dəyişikliklərin həyata keçirilməsi | İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ədliyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi | 2008-2010 |
5.8.2. | Azərbaycanın Codeks Alimentarius Komissiyasına qoşulması ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılması | İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Xarici İşlər Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi | 2008 |
5.8.3. | Yeyinti məhsullarına dair Codeks Alimentarius, İSO, HACCP, Avropa İttifaqı standartlarının milli standartlar sisteminə daxil edilməsi | Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi | 2008-2010 |
5.8.4. | Standartlar bazasını özündə cəmləşdirən məlumat-xidmət mərkəzinin yaradılması | Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi | 2008-2010 |
5.8.5. | Yeyinti məhsullarının sertifikatlaşdırılması sisteminin beynəlxalq təcrübəyə, o cümlədən Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılmasının başa çatdırılması | İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyi | 2008-2012 |
5.8.6. | Qida təhlükəsizliyinin idarə edilməsi sistemləri tətbiq olunan və sertifikatlaşdırılan müəssisə və təşkilatların, eləcə də istehsal olunan məhsulların təşviqinin aparılması | Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi | 2008-2015 |
5.8.7. | Yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət üzrə beynəlxalq standartlara uyğun mərkəzi qida laboratoriyasının yaradılması | İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi | 2008-2009 |
5.8.8. | Genetik modifikasiya olunmuş orqanizmlərin və onların törəmələrinin dövriyyəsinə nəzarətin gücləndirilməsi | Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi | 2008-2015 |
5.8.9. | Uşaq qidalarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi | İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi | 2008-2015 |
5.8.10. | Ərzaq məhsullarının təhlükəsizliyinin beynəlxalq tələblərə uyğunlaşdırılması üçün sanitar-epidemioloji nəzarət orqanlarının maddi-texniki bazasının gücləndirilməsi | Səhiyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi | 2008-2011 |
5.8.11. | Dövlət sərhədinin bütün buraxılış məntəqələrində sanitariya və karantin mühafizəsi üzrə tədbirlərin müasir tələblər səviyyəsində təşkili | Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi | 2008-2011 |
5.8.12. | Gömrük laboratoriyaları şəbəkəsinin genişləndirilməsi | Dövlət Gömrük Komitəsi | 2008-2010 |
5.8.13. | Yeyinti məhsullarının istehsalı, emalı, daşınması, saxlanması və satılması zamanı məhsulların keyfiyyəti ilə bağlı müvafiq qanunvericiliyin pozulması hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi | İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Ədliyyə Nazirliyi | 2008-2015 |
5.9. Fövqəladə vəziyyətə hazırlıq və dövlət ərzaq ehtiyatının yaradılması tədbirləri
5.9.1. | Taxıl və digər əsas ərzaq məhsulları üzrə dövlət ehtiyatının yaradılması və idarə olunması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi | Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi | 2008-2010 |
5.9.2. | Mövcud elevatorların və taxıl anbarlarının reyestrinin tərtib edilməsi | Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi | 2008-2009 |
5.9.3. | Ölkənin mövcud və perspektiv tələbatı nəzərə alınmaqla, yeni elevatorların və taxıl anbarlarının tikilməsi planının hazırlanması və həyata keçirilməsi | Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi | 2008-2010 |
5.9.4. | Dövlət büdcəsinin tərtibi prosesində Dövlət Taxıl Fonduna tədarük olunacaq taxıl məhsullarının illik maliyyə tələbatının nəzərə alınması | Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi | 2008-2015 |
5.9.5. | Dövlət ərzaq ehtiyatlarının formalaşdırılması üçün ehtiyatların çeşid və həcmlərinin müəyyən edilməsi | Fövqəladə Hallar Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | 2008-2015 |
5.9.6. | Ərzaq ehtiyatları saxlanılan müəssisələrdə mövcud anbarların və digər mühəndis-texniki qurğularının əsaslı təmiri və ya yeni anbar binalarının tikintisi | Fövqəladə Hallar Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | 2008-2015 |
5.9.7. | Kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalında, saxlanılmasında yanğından mühafizə işlərinin təkmilləşdirilməsi | Fövqəladə Hallar Nazirliyi | 2008-2015 |
5.10. Ərzaq məhsulları istehsalına maliyyə dəstəyinin göstərilməsi tədbirləri
5.10.1. | Kəndli təsərrüfatlarına və aqrar-sənaye müəssisələrinə kompleks maliyyə xidmətlərini göstərən universal özəl aqrar bankın yaradılması | Milli Bank, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | 2009-2010 |
5.10.2. | Sahibkarlığa Kömək Milli Fondunun, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin və digər təşkilatların vəsaitləri hesabına sahibkarlara, o cümlədən kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı ilə məşğul olan iş adamlarına güzəştli kreditlərin verilməsi siyasətinin davam etdirilməsi | İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi | 2008-2015 |
5.10.3. | Banklar tərəfindən mikrokreditlərin verilməsinin dəstəklənməsi | Milli Bank | 2008-2015 |
5.10.4. | Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin hüquqi çərçivəsinin yaradılması | Milli Bank | 2008-2009 |
5.10.5. | Aqrar maliyyə xidmətlərinin transaksiya xərclərinin azaldılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi | Milli Bank | 2008-2009 |
5.10.6. | Sığortalanmasına maliyyə yardımı göstərilən kənd təsərrüfatı əmlakının və sığorta hadisələrinin növlərinin siyahısının təkmilləşdirilməsi | Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi | 2009-2010 |
5.10.7. | Taxıl istehsalındakı risklərin qismən dövlət tərəfindən sığortalanması qaydalarının təkmilləşdirilməsi | Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi | 2008-2009 |
5.10.8. | Xarici ölkələrin kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində istifadə etdikləri mütərəqqi sığorta təcrübəsinin tətbiqi | Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi | 2009-2011 |
5.10.9. | Taxıl istehsalçılarına maliyyə stimulları mexanizminin təkmilləşdirilməsi | İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi | 2008-2010 |
5.10.10. | Kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrənin güzəştli şərtlərlə verilməsi qaydalarının təkmilləşdirilməsi | Kənd Təsərrüfatı Nazirliyi | 2009-2010 |
5.10.11. | Yanacaq və motor yağlarına görə dövlət büdcəsi hesabına yardımın davam etdirilməsi | Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | 2008-2015 |
5.11. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirləri
5.11.1. | Ərzaq məhsullarının istehsalı sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi | Ədliyyə Nazirliyi, müvafiq dövlət orqanları | 2008-2015 |
5.11.2. | Ölkədə biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi | İqtisadi İnkişaf Nazirliyi və digər dövlət qurumları | 2008-2015 |
5.11.3. | Xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin, biznes-inkubatorların yaradılması ilə bağlı tədbirlərin davam etdirilməsi | İqtisadi İnkişaf Nazirliyi | 2008-2015 |
5.11.4. | Ərzaq məhsullarının istehsalında, kənd təsərrüfatında sahibkarlığın inkişafı və rəqabətin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsi | İqtisadi İnkişaf Nazirliyi | 2008-2015 |
5.11.5. | Keyfiyyətli ərzaq məhsulları üzrə bazara giriş-çıxış maneələrinin aradan qaldırılması | İqtisadi İnkişaf Nazirliyi | 2008-2015 |
5.11.6. | Daxili istehsalda sağlam rəqabət mühitinin yaradılması | İqtisadi İnkişaf Nazirliyi | 2008-2015 |
5.11.7. | Ərzaq məhsullarının satışı zamanı yalan reklam hallarının qarşısının alınması | İqtisadi İnkişaf Nazirliyi | 2008-2015 |
5.11.8. | Ərzaq məhsullarının əmtəə nişanlarının saxtalaşdırılması hallarının aradan qaldırılması məqsədilə monitorinqlərin təşkil edilməsi | İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi | 2008-2015 |
5.11.9. | Ərzaq məhsulları bazarında inhisarçı subyektlərin sui-istifadə hallarının qarşısının alınması və aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi | İqtisadi İnkişaf Nazirliyi | 2008-2015 |
5.11.10. | Əsas kənd təsərrüfatı məhsullarının qiymətləri, idxalı, topdan və pərakəndə satış bazarları barədə və digər zəruri məlumatları müntəzəm olaraq kənd təsərrüfatı istehsalçılarına çatdıracaq informasiya sisteminin yaradılması | Kənd Təsərrüfatı Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası | 2009-2010 |
5.11.11. | Kənd təsərrüfatı və ərzaq istehsalı sahəsində fəaliyyət göstərən iş adamları üçün məsləhət-informasiya, peşə hazırlığı və digər növ xidmətləri həyata keçirən biznes tədris mərkəzləri şəbəkəsinin genişləndirilməsi və işinin səmərəli şəkildə qurulması | İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi | 2008-2015 |
5.11.12. | Əmtəə birjalarının fəaliyyətinin səmərəliliyinin artırılmasının, birja fəaliyyətinin genişləndirilməsinin dəstəklənməsi | İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi | 2008-2015 |
5.11.13. | “Aqrolizinq” ASC-nin rayon aqroservis şəbəkələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, texnoloji avadanlıqların, emal xətlərinin, istixanaların lizinq yolu ilə satışı | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, “Aqrolizinq” ASC | 2008-2015 |
5.11.14. | Mövcud müəssisələrdə kənd təsərrüfatı texnikasının istehsalının və təmirinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsi, bu sahədə yeni müəssisələrin yaradılmasının dəstəklənməsi | Sənaye və Energetika Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi, İqtisadi İnkişaf Nazirliyi | 2008-2015 |
5.11.15. | Özəl aqroservis müəssisələrinin yaradılmasının dəstəklənməsi | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | 2008-2015 |
5.11.16. | Uşaq qidası istehsal edən müəssisələrin yaradılmasının dəstəklənməsi | İqtisadi İnkişaf Nazirliyi, Səhiyyə Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi | 2008-2015 |
5.11.17. | Ərzaq məhsullarının satış tədarük bazalarının və satış mərkəzlərinin, anbarların, soyuducu kameraların, qablaşdırma müəssisələrinin yaradılmasının dəstəklənməsi | İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyəti və bələdiyyə orqanları | 2008-2015 |
5.12. Aqrar sahənin elmi təminatının yaxşılaşdırılması və kadr potensialının yüksəldilməsi tədbirləri
5.12.1. | Kənd Təsərrüfatı Nazirliyi nəzdində elmi tədqiqat institutlarının restrukturizasiyası və əsas elmi araşdırmaların istiqamətlərinin müəyyən edilməsi | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası | 2008-2009 |
5.12.2. | Elmi tədqiqat institutlarının və regional aqrar-elm mərkəzlərinin modernləşdirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi | Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | 2009-2010 |
5.12.3. | Torpaqların münbitliyinin yaxşılaşdırılması, şoran, şorakət və eroziyaya uğramış torpaqların əkin dövriyyəsinə qaytarılmasının elmi əsaslarının hazırlanması və tətbiqi | Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC | 2009-2015 |
5.12.4. | Suvarma suyunun idarə olunması, suya qənaətedici texnika və texnologiyaların işlənməsi və tətbiqi | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Kənd Təsərrüfatı Nazirliyi | 2009-2015 |
5.12.5. | Biomüxtəlifliyin qorunması, saxlanması və istifadəsi, milli genetik bankın zənginləşdirilməsi | Azərbaycan Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi | 2009-2015 |
5.12.6. | Xarici mühitin əlverişsiz amillərinə, xəstəlik və zərərvericilərə qarşı davamlı, yeni yüksək məhsuldar bitki sortlarının və heyvan cinslərinin yaradılması | Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası | 2009-2015 |
5.12.7. | Bitkilərin xəstəlik, zərərverici və alaq otlarından səmərəli mühafizəsi sahəsində inteqrir bitki mühafizəsi sisteminin elmi əsaslarının hazırlanması və tətbiqi | Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası | 2009-2015 |
5.12.8. | Ərzaq məhsullarının mikrobioloji təsirə davamlılıq müddətinin artırılması üsullarının hazırlanması və tətbiqi | Azərbaycan Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi | 2008-2015 |
5.12.9. | Elmin müasir sahələrinin, xüsusilə biotexnologiyanın, gen mühəndisliyinin və s. inkişaf etdirilməsi, bu sahədə elmi kadrların hazırlanması | Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası | 2009-2015 |
5.12.10. | Ərzaq məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin öyrənilməsi, qidalanmanın elmi prinsiplərinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı elmi tədqiqat işlərinin genişləndirilməsi | Səhiyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | 2008-2015 |
5.12.11. | Dövlət maşın sınaq və sort sınaq stansiyalarının işlərinin yeni şəraitə uyğun təkmilləşdirilməsi | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi | 2009-2010 |
5.12.12. | Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında ixtisasların strukturunun beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, onun maddi-texniki bazasının gücləndirilməsi | Kənd Təsərrüfatı Nazirliyi, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi | 2009-2012 |
5.12.13. | Zoobaytarlıq mütəxəssislərinin ixtisaslarının artırılması kurslarının təşkili | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi | 2009 |
5.12.14. | Meliorasiya və su təsərrüfatı sahəsinin layihə və elmi təminatının gücləndirilməsi, kadr peşəkarlığının artırılması | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi | 2009-2015 |
5.12.15. | Qida təhlükəsizliyinin idarə edilməsi sistemlərinin tətbiqi və sertifikatlaşdırılması sahəsində yüksək ixtisaslı kadrların hazırlanması | Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi | 2008-2015 |
5.12.16. | Fitosanitar tədbirlərin elmi əsaslarla həyata keçirilməsinin təmin edilməsi, bu məqsədlə kadr hazırlığı və ixtisasartırma ilə bağlı zəruri tədbirlərin görülməsi | Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası | 2008-2015 |
5.12.17. | Regionlarda kənd təsərrüfatı üzrə ixtisaslaşmış texniki peşə təhsili müəssisələrinin bazasında müasir standartlar səviyyəsində və yeni ixtisaslar üzrə peşə hazırlığı məktəblərinin yaradılması | Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi | 2008-2011 |
5.12.18. | Elmi tədqiqat və kadr hazırlığı mərkəzlərinin xarici elmi-tədris mərkəzləri ilə əlaqələrinin genişləndirilməsi, birgə elmi araşdırmaların həyata keçirilməsi | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası | 2008-2015 |
Baxış sayı: 56
Açar sözlər:

