Reklam verin!
Yuma Ailə Jurnalı
 Prezident Ensiklopediyası : Hər şey Vətənin inkişafına xidmət etməlidir...

Navigation


RSS: Yazılar


Hər şey Vətənin inkişafına xidmət etməlidir...

İyul 29, 2008 13:00, Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, artyazar, Şərhlər(0)

BAKIDA MÜASİR TİPLİ DAHA BİR YOLÖTÜRÜCÜ VƏ TUNEL İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2006-cı il 2 fevral tarixli Sərəncamına uyğun olaraq, paytaxtda inşa edilən 9 yol qovşağından daha biri - “Excelsior” mehmanxanası dairəsində müxtəlif səviyyəli yol qovşağının ilkin mərhələsi iyulun 10-da istifadəyə verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Yolötürücünün və tunelin açılışına toplaşan inşaatçılar Prezident İlham Əliyevi böyük hörmət və ehtiramla qarşıladılar.
Dövlətimizin başçısı yol qovşağı kompleksinin layihəsinə və sxemlərinə baxdı.


Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, 2006-cı il avqustun 4-də Prezident İlham Əliyevin təməlini qoyduğu yol qovşağı kompleksini Nəqliyyat Nazirliyinin sifarişi ilə “Akkord” şirkətlər qrupu inşa edir. Kompleksə 4 yolötürücü ilə bərabər, 2 tunel daxildir. Eyni zamanda, həmin ərazidən keçən dəmir yolu körpüsü yenisi ilə əvəz edilir.
İstifadəyə verilən yolötürücünün aşırım hissəsinin uzunluğu 340 metr, eni 11,7 metr, yanaşma yolları ilə birlikdə ümumi uzunluğu 540 metrdir. Tunelin uzunluğu isə 220 metr, eni 11 metr, iki istiqamətdə yan yolların ümumi uzunluğu 2600 metrdir. Respublikamızda ilk dəfə olaraq bu yolötürücüdə avtomatik istilik sistemi quraşdırılmışdır. Temperatur mənfi 1 dərəcəyə enən kimi istilik sistemi avtomatik işə düşür, müsbət 6 dərəcəyə çatanda sistem dayanır. Yolötürücünün və tunelin giriş–çıxışlarında təzyiqlə vurulan suyun fırlatdığı 8 qranit kürə qoyulmuşdur.
Ərazidə 20 min kvadratmetr yaşıllaşdırma-abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmiş, 15 min kvadratmetr sahəyə asfalt döşənmişdir. Yolötürücüdə paslanmayan materialdan hazırlanmış 1560 metr məhəccər, 24 işıqlandırma dirəyi qoyulmuşdur. Tunelin və yolötürücünün inşasında qranit plitələrdən istifadə olunmuşdur. Tikinti zamanı 600 yerli mütəxəssis üç növbədə çalışmışdır.
Dövlətimizin başçısı yolötürücünün açılışını bildirən rəmzi lenti kəsdi, inşaatçıları təbrik etdi.
Prezident İlham Əliyev yolötürücünü və tuneli gəzdi, işin keyfiyyəti ilə maraqlandı.
Dövlətimizin başçısı kompleksin qalan hissəsinin yüksək səviyyədə inşası ilə bağlı tapşırıqlarını verdi.
Azərbaycan Prezidenti İlham Əliyevə yolötürücünün açılışından xatirə olaraq hədiyyə təqdim edildi.

MONQOLUSTANIN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB NAMBARIN ENXBAYARA

Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Xalq inqilabı günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 4 iyul 2008-ci il.

M.İ.MƏMMƏDOVA “AZƏRBAYCAN RESPUBLİKASININ ƏMƏKDAR JURNALİSTİ” FƏXRİ ADININ VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Mais İsmayıl oğlu Məmmədova “Azərbaycan Respublikasının əməkdar jurnalisti” fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2008-ci il.

AZƏRBAYCAN RESPUBLİKASINDA TELEVİZİYA YAYIMININ GENİŞLƏNDİRİLMƏSİ VƏ EFİR MƏKANINDA İNFORMASİYA TƏHLÜKƏSİZLİYİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNƏ DAİR ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Son illərdə Azərbaycan Respublikasında elektron kütləvi informasiya vasitələrinin sürətli inkişafı və geniş miqyaslı tətbiqi ölkəmizdə yeni informasiya sistemlərinin yaradılmasına və radio-televiziya yayım texnologiyalarının yeniləşdirilməsinə əlverişli zəmin yaratmışdır. Bu sahədə görülən işlərin daha da sürətləndirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, ölkə ərazisində radio və televiziya verilişlərinin yüksək keyfiyyətli yayımının təmin edilməsi, mövcud yerüstü televiziya yayım sistemlərinin dünya standartlarına uyğunlaşdırılması, eləcə də efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədi ilə qərara alıram:
1. Ölkədə efir televiziya yayımının əhatə dairəsinin genişləndirilməsi və efir məkanının informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə 2.5 milyon (iki milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ödənilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2008-ci il.
“KONSTİTUSİYA MƏHKƏMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r:
I. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №1, maddə 9, №8, maddə 598, №9, maddə 668; 2007-ci il, №4, maddə 320, №5, maddə 446, №7, maddə 712, №11, maddə 1078; Azərbaycan Respublikasının 2008-ci il 13 iyun tarixli 636-IIIQD nömrəli Qanunu) 79.1-ci maddəsinə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:
“Bu Qanunun qüvvəyə minməsindən əvvəl təyin edilmiş Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddətinin bitdiyi gün Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunmadıqda, onlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Bu halda onların səlahiyyət müddəti Konstitusiya Məhkəməsinə yeni hakimlərin (sayından asılı olmayaraq) təyin olunduğu gündən bitmiş hesab olunur.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 iyul 2008-ci il.

“KONSTİTUSİYA MƏHKƏMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL 4 İYUL TARİXLİ 664-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 4 iyul tarixli 664-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2008-ci il.

“BİOMETRİK İNFORMASİYA HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Biometrik informasiya haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Biometrik informasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. biometrik informasiya xidmətlərinin sahələr üzrə fəaliyyətinin təşkili və tənzimlənməsi qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. öz səlahiyyətləri daxilində “Biometrik informasiya haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2008-ci il.

“MƏHKƏMƏLƏR VƏ HAKİMLƏR HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİK EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL 4 İYUL TARİXLİ 665-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 4 iyul tarixli 665-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2008-ci il.

«AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL 13 İYUN TARİXLİ 647-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2008-ci il 13 iyun tarixli 647-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2008-ci il 13 iyun tarixli 647-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2008-ci il 13 iyun tarixli 647-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, III kitab, maddə 612; 2001-ci il, №7, maddə 462, №10, maddə 640, №12, maddə 755; 2002-ci il, №1, maddə 49, №5, maddələr 260, 275, №8, maddələr 478, 484, 486; 2003-cü il, №6, maddə 299, №8, maddə 434, №9, maddə 478, №10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, №1, maddələr 19, 26, №3, maddələr 138, 141, №4, maddə 235, №5, maddələr 340, 341, 343, 345, 346, №8, maddələr 607, 608, №11, maddə 909, №12, maddə 1005; 2005-ci il, №2, maddələr 67, 69, №4, maddələr 299, 303, №8, maddə 702, №9, maddələr 801, 802, №12, maddə 1101; 2006-cı il, №2, maddə 83, №4, maddələr 321, 322, №5, maddə 407, №7, maddə 590, №8, maddələr 662, 663, 674, 675, 679, №9, maddə 743, №11, maddələr 942, 945; 2007-ci il, №1, maddə 11, №2, maddə 87, №3, maddə 230, № 7, maddə 715, № 8, maddələr 767, 769, №11, maddələr 1110, 1116, 1120, №12, maddə 1227; 2008-ci il, №1, maddə 7) 2.17-ci bəndində «və 324-1-ci» sözləri «,324-1-ci və 324-6-cı» sözləri ilə əvəz edilsin.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2008-ci il.

“AZƏRBAYCAN RESPUBLİKASININ CƏZALARIN İCRASI MƏCƏLLƏSİNƏ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT-PROSESSUAL MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL 24 İYUN TARİXLİ 657-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 657-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 657-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 657-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 109.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.
3. “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8 (III kitab), maddə 611; 2002-ci il, № 8, maddə 478; 2008-ci il, № 3, maddə 170) 3-cü bəndində aşağıdakı əlavə və dəyişiklik edilsin:
3.1. üçüncü abzasda “103.5” rəqəmindən sonra “, 109.2” rəqəmi əlavə edilsin;
3.2. on beşinci abzasda “89.2-ci” rəqəmi “89.2 və 109.2-ci” rəqəmləri ilə əvəz edilsin.
4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2008-ci il.

“AZƏRBAYCAN RESPUBLİKASININ CİNAYƏT-PROSESSUAL MƏCƏLLƏSİNƏ DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏ EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL 24 İYUN TARİXLİ 656-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 656-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2008-ci il.

“XİDMƏTİ VƏ MÜLKİ SİLAH HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 1998-Cİ İL 21 FEVRAL TARİXLİ 679 NÖMRƏLİ FƏRMANININ İCRASININ TƏMİN EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2002-Cİ İL 24 AVQUST TARİXLİ 769 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 489; 2004-cü il, № 8, maddə 616; 2005-ci il, № 1, maddələr 15, 19; 2006-cı il, № 9, maddə 743) 2-ci bəndində “xüsusi dövlət mühafizə xidməti” sözlərindən sonra “, feldyeger rabitəsi” sözləri əlavə edilsin.
2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2008-ci il.

“XİDMƏTİ VƏ MÜLKİ SİLAH HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 1998-Cİ İL 21 FEVRAL TARİXLİ 679 NÖMRƏLİ FƏRMANININ İCRASININ TƏMİN EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2002-Cİ İL 24 AVQUST TARİXLİ 769 NÖMRƏLİ FƏRMANINA ƏLAVƏ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

1. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 8, maddə 489; 2004-cü il, № 8, maddə 616; 2005-ci il, № 1, maddələr 15, 19; 2006-cı il, № 9, maddə 743) 2-ci bəndində “xüsusi dövlət mühafizə xidməti” sözlərindən sonra “, feldyeger rabitəsi” sözləri əlavə edilsin.
2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2008-ci il.

AZƏRBAYCAN ETNOQRAFİYA MUZEYİNİN YARADILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan etnoqrafik baxımdan rəngarəngliyi ilə səciyyələnən qədim bir diyardır. Ölkəmizdə indiyədək qorunub saxlanaraq yaşadılan el sənəti sahələri, maddi və mənəvi mədəniyyət nümunələri tarixi inkişaf prosesinin ayrı-ayrı mərhələlərini aydın əks etdirir. Əlverişli təbii şərait və coğrafi mühitin müxtəlifliyi bəşər sivilizasiyasının ilk ocaqlarından hesab edilən bu ərazidə ənənəvi mədəniyyətin komponentlərinin hərtərəfli inkişafı üçün zəmin yaratmış, yurdumuzu etnoqrafik incilər xəzinəsinə çevirmişdir. Azərbaycanın özünəməxsus koloriti ilə seçilən tarixi-etnoqrafik bölgələri əsrlər boyu qarşılıqlı vəhdətdə unikal milli mədəniyyətin formalaşmasına təsir göstərmişdir.
Bütün bunlar yerli əhalinin keçmişini və bugününü özündə yaşatmaqla onun milli simasını müəyyən edən xarakterik həyat tərzinin, məişət və mərasim xüsusiyyətlərinin, həmçinin xalq yaradıcılığı formalarının dolğun mənzərəsini canlandıran Azərbaycan Etnoqrafiya Muzeyinin təşkili zərurətini meydana çıxarır.
Milli mədəniyyətin gənc nəslin yüksək vətənpərvərlik, adət-ənənələrə bağlılıq və tarixi-mədəni dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasında müstəsna əhəmiyyətini nəzərə alaraq, Azərbaycan xalqının zəngin etnoqrafiyasının layiqincə təbliğ edilməsi məqsədi ilə qərara alıram:
1. Bakı şəhəri yaxınlığında açıq səma altında Azərbaycan Etnoqrafiya Muzeyi yaradılsın.
2. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Etnoqrafiya Muzeyinin etnoqrafiyanın və muzeyşünaslığın müasir tələblərinə uyğun fəaliyyətinə dair təkliflərini dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə, bölgələrin tarixən təşəkkül tapmış etnoqrafik xüsusiyyətləri nəzərə alınmaqla, Azərbaycan Etnoqrafiya Muzeyinin kolleksiyalarla və ekspozisiya üçün zəruri olan digər materiallarla təchizatını təmin etsin.
4. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birlikdə Azərbaycan Etnoqrafiya Muzeyinin təşkili üçün müvafiq sahənin ayrılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2008-ci il.

HEYDƏR HÜSEYNOVUN 100 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2008-ci ildə Azərbaycanın görkəmli filosof alimi, SSRİ Dövlət mükafatı laureatı, akademik Heydər Nəcəf oğlu Hüseynovun anadan olmasının 100 ili tamam olur.
Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən biri kimi Heydər Hüseynovun ölkəmizdə ictimai və humanitar elmlərin, xüsusilə fəl­sə­fənin inkişafında müstəsna rolu vardır. Milli mədəniyyətimizin böyük nümayəndələrinin fəlsəfi irsini sistemli araşdıran alim xalqımızın fəlsəfi fikir tarixinin başlıca təkamül mərhələlərini müəyyənləşdirmişdir. O, özünün zəngin fəaliyyəti ilə ictimai-siyasi fikrin öyrənilməsinə istiqamət verərək bu sahədə yeni tədqiqatların vüsət almasına əlverişli zəmin hazırlamışdır.
Azərbaycan elmi-fəlsəfi fikrinin daha da inkişaf etdirilməsində təqdirəlayiq xidmətlər göstərən akademik Heydər Hüseynovun 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Heydər Hüseynovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2008-ci il.

TAHİR SALAHOVUN 80 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

2008-ci ilin noyabr ayında görkəmli Azərbaycan rəssamı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, SSRİ xalq rəssamı Tahir Teymur oğlu Salahovun anadan olmasının 80 ili tamam olur.
Tahir Salahov parlaq ənənələrə malik müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindəndir. Onun mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyi ilə seçilən rəsm əsərləri milli sənət xəzinəmizin qızıl fonduna daxil olmuşdur. Yaratdığı tablolardan ibarət sərgilər rəssama ölkəmizin hüdudlarından uzaqlarda da şöhrət qazandırmışdır. Sənətkarın dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılan əsərləri Azərbaycan mədəniyyətinin geniş təbliğində mühüm əhəmiyyət kəsb edir. Tahir Salahov öz pedaqoji fəaliyyəti və təşkilatçılıq bacarığı ilə gənc rəssamlar nəslinin yetişdirilməsinə və milli rəssamlığın inkişafına sanballı töhfələr vermişdir.
Azərbaycan incəsənətinin inkişafında və təbliğində təqdirəlayiq xidmətlər göstərən Tahir Salahovun 80 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təklifləri nəzərə alınmaqla, Tahir Salahovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2008-ci il.


Baxış sayı: 41
Açar sözlər:
Bookmark and Share





Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha