Hərgünkü işlər, sərəncamlar
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Heydər Əliyev adına Sarayda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə binanın fasadına baxdı, burada işlərin gedişi ilə maraqlandı. Prezident İlham Əliyevə məlumat verildi ki, sarayın fasadı xüsusi mərmərlə üzlənmiş, binanın qarşı və yan tərəflərində ABŞ istehsalı olan ekran tipli şüşələr quraşdırılmışdır. Bu ekran tipli şüşələr içəridə keçiriləcək tədbirləri birbaşa sarayın xaricindən də izləməyə imkan verəcəkdir. Bu isə sarayın əsas özəlliklərindən birini təşkil edəcəkdir. Ekran tipli şüşələr şəhərin gecə görüntüsünə də xüsusi yaraşıq verəcəkdir. Onlardan monitor kimi də istifadə olunacaqdır.
Bundan əlavə, interyerdəki bütün mühəndis qurğuları dünyanın ən iri meqapolislərində istifadə olunan inşaat materiallarından hazırlanır.
Dövlətimizin başçısı sarayın istismarının da yüksək səviyyədə təşkil olunması ilə bağlı tapşırıqlarını verdi.
Bildirildi ki, artıq binada işlərin 95 faizi görülmüşdür. “Azəraqrartikinti” və “Pim Proje” Türkiyə-Azərbaycan birgə müəssisəsinin həyata keçirdiyi əsaslı təmir və yenidənqurma işləri qısa vaxtda tam başa çatdırılacaqdır. Artıq sarayın dam örtüyü dəyişdirilmiş, işıqlandırma sistemi yenidən qurulmuşdur. Binanın tavanında aparılan işlər də yekunlaşmaq üzrədir. Burada xüsusi alkapon materialdan istifadə olunub ki, bu da döşəməyə vurulan mərmərlə memarlıq baxımından vəhdət təşkil edir. Girişdə yaradılacaq su pərdəsi isə zövq oxşayacaqdır. Saraya gələn qonaqlar buradan xüsusi lazer sistemlə müxtəlif görüntüləri izləmək imkanı qazanacaqlar.
Prezident İlham Əliyev salona da baxdı. 2128 yerlik salonda tamaşaçıların rahatlığı üçün bütün şərait yaradılır. Burada modern avadanlıq quraşdırılır. Salonu işıqlandıracaq çil-çıraqlar da xüsusi özəlliyi ilə fərqlənəcəkdir. Səhnədə də işlər sürətlə aparılır. Akustikası müasir tələblərə tam cavab verəcək səhnədə işlərin mühüm hissəsi başa çatmışdır. Liftlər və eskalatorlar yeniləri ilə əvəzlənmiş, binanın daxilində həssas avtomatik yanğınsöndürmə sistemi qurulmuşdur. İndi inzibati korpusda rəngsazlıq, foyedə, banket zalı və digər yardımçı otaqlarda bəzək işləri aparılır, xidməti otaqlar hazır vəziyyətə gətirilir. Binada xüsusi havalandırma sistemi quraşdırılmışdır. İtaliyadan alınan kondisioner və xüsusi havalandırma sistemləri artıq yerləşdirilmişdir. Sarayın həyətinə 6 min kvadratmetrdən çox mərmər və qranit döşənir, ətrafda yaşıllıqlar salınacaqdır.
Dövlətimizin başçısı işlərin yüksək səviyyədə və keyfiyyətlə görülməsi üçün tapşırıq və tövsiyələrini verdi.
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №10, maddə 606; 2002-ci il, №4, I kitab, maddə 165; 2007-ci il, №7, maddə 709, №10, maddə 938) 11-ci maddəsinin 3-cü hissəsində “və rekreasiya” sözləri “, turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.
II. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 470; 2004-cü il, №2, maddə 57, №7, maddə 505, №11, maddə 902; 2007-ci il, №10, maddə 938) 12-ci maddəsinin ikinci hissəsində “istirahət (rekreasiya)” sözləri “turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.
III. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 478; 2001-ci il, №12, maddə 736; 2002-ci il, №5, maddələr 237, 241; 2003-cü il, №1, maddə 11, №6, maddə 256, №8, maddə 423; 2004-cü il, №2, maddə 59, №6, maddə 415, №10, maddə 761; 2006-cı il, №2, maddə 67, №6, maddə 478, №8, maddə 657, №11, maddə 932; 2007-ci il, №1, maddə 3, №8, maddə 745; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 588-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 18-ci maddənin 2-ci bəndinin altıncı abzasında “turizm və” sözləri “turizm və rekreasiya, habelə” sözləri ilə əvəz edilsin, “, istirahət (rekreasiya)” sözləri çıxarılsın.
2. 24-cü maddənin 1-ci bəndində və 2-ci bəndinin beşinci abzasında “istirahət (rekreasiya)” sözləri “turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.
3. 28-ci maddənin adında, 1-ci və 4-cü bəndlərində “istirahət (rekreasiya)” sözləri “turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.
4. 46-cı maddənin 1-ci bəndinin səkkizinci abzasında “istirahət (rekreasiya)” sözləri “turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.
IV. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №7, maddə 479, 2003-cü il, №1, maddə 8; 2004-cü il, №2, maddə 57, 2006-cı il, №8, maddə 657; 2007-ci il, №8, maddə 745) aşağıdakı dəyişikliklər edilsin:
1. 9-cu maddənin birinci hissəsində “istirahət (rekreasiya) və” sözləri “turizm və rekreasiya,” sözləri ilə əvəz edilsin.
2. 11-ci maddənin birinci hissəsinin yeddinci abzasında, 22-ci maddənin üçüncü abzasında, 23-cü maddənin birinci hissəsinin dördüncü abzasında və ikinci hissəsində hər iki halda, 24-cü maddənin birinci hissəsində “istirahət (rekreasiya)” sözləri “rekreasiya” sözü ilə əvəz edilsin.
3. 26-cı maddənin ikinci, üçüncü və dördüncü hissələrində “istirahət (rekreasiya) sözləri “turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.
4. 42-ci maddənin birinci hissəsində “turizm, istirahət (rekreasiya) və” sözləri “turizm və rekreasiya,” sözləri ilə, ikinci hissəsində “turizm, xidmət və istirahət (rekreasiya)” sözləri “xidmət, turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.
V. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, I kitab, maddə 584; 2001-ci il, №1, maddə 24, №3, maddə 139, №7, maddə 455, №11, maddələr 680, 698, №12, maddə 731; 2002-ci il, №1, maddə 9, №4, I kitab, maddə 165, №5, maddələr 234, 237, 239, №6, maddə 326, №8, maddə 463, № 12, maddə 692; 2003-cü il, №1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, №8, maddələr 407, 425, №12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, №1, maddələr 6, 7, 10, 13, №4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, №6, maddə 397, №8, maddələr 596, 597, №10, maddələr 762, 779, №11, maddə 900, №12, maddə 973; 2005-ci il, №1, maddələr 5, 6, №2, maddə 61, №4, maddələr 272, 273, 275, 278, №6, maddələr 462, 466, №7, maddə 576, №8, maddələr 691, 692, №10, maddələr 875, 877, 904, №11, maddələr 993, 994, 995, №12, maddələr 1083, 1085; 2006-cı il, №2, maddələr 64, 68, №3, maddələr 219, 220, 223, 225, №5, maddə 385, №6, maddə 478, №11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007-ci il, №1, maddələr 3, 4, №2, maddələr 65, 68, №5, maddələr 397, 398, 401, 440, №6, maddələr 560, 561, 562, 579, №8, maddə 757, №10, maddələr 935, 936, 938, 940, №11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, №12, maddələr 1195, 1211, 1217, 1218; 2008-ci il, №2, maddə 47, №3, maddələr 146, 152, 159; Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 574-IIIQD, 578-IIIQD nömrəli qanunları) 104.1-ci maddəsində “və rekreasiya” sözləri “, turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.
VI. “Bələdiyyələrin su təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №8, maddə 519; 2005-ci il, №4, maddə 271; 2007-ci il, №10, maddə 938) aşağıdakı dəyişikliklər edilsin:
1. 12-ci maddənin adında “istirahət (rekreasiya) sözləri “turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.
2. 12.1-ci maddədə “istirahət (rekreasiya), müalicə, turizm,” sözləri “müalicə, turizm və rekreasiya,” sözləri ilə əvəz edilsin.
VII. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №5, maddə 316; 2005-ci il, №4, maddə 272) aşağıdakı dəyişikliklər edilsin:
1. 22.2-ci maddədə “və istirahət (rekreasiya) sözləri “, turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.
2. 23.0.2-ci və 25.1.7-ci maddələrdə “istirahət (rekreasiya)” sözləri “rekreasiya” sözü ilə əvəz edilsin.
3. 25.3-cü maddədə “turizm, istirahət (rekreasiya) və” sözləri “turizm və rekreasiya,” sözləri ilə əvəz edilsin.
VIII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №4, I kitab, maddə 250; 2002-ci il, №12, maddə 709; 2003-cü il, №8, maddə 420; 2004-cü il, №3, maddə 123, №5, maddə 318, №6, maddə 415, №10, maddə 761, №11, maddə 901; 2005-ci il, №2, maddə 61, №6, maddə 466, №8, maddələr 684, 692, 693, №11, maddə 996, №12, maddə 1085; 2006-cı il, №2, maddə 68, №3, maddə 225, №5, maddə 387, №6, maddə 478, №8, maddə 657, №12, maddə 1005; 2007-ci il, №2, maddə 80, №6, maddə 560, №8, maddə 745, №10, maddə 937, № 12, maddə 1215; 2008-ci il, №3, maddə 145) aşağıdakı dəyişiklik və əlavə edilsin:
49.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“49.3. Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq və ehtiyatlı olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin iştirakçılarının tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir.”.
2. Aşağıdakı məzmunda 99.4-cü maddə əlavə edilsin:
“99.4. Açıq səhmdar cəmiyyətinə aidiyyəti olan şəxs ilə həmin cəmiyyət arasında bağlanılan hər hansı əqd, razılaşma və yaxud əlaqəli əqdlər məcmusu aidiyyəti şəxslə əqd hesab edilir. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, aidiyyəti şəxslərin siyahısı, onlarla cəmiyyət arasında əqdlərin bağlanması və belə əqdlər barədə məlumatın açıqlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 may 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında uzun müddət dövlət qulluğunda səmərəli fəaliyyət göstərən aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əliyev Arif Ədil oğlu
Məmmədov Nurumşah Əlabbas oğlu
Seyidov Mirhəşim Mirəhməd oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Abuşova Solmaz İzzət qızı
Ağadadaşov Ağa Balaqardaş oğlu
Ağayev Ağadayı Ağahüseyn oğlu
Ağayeva Rimma İbrahim qızı
Allahverdiyev Müslüm Əliqulu oğlu
Allahyarov Abbas Aslan oğlu
Aslanov Sahib Həbib oğlu
Babaşov Əmirxan Mehrəli oğlu
Bağırov Vəfadar Balaqardaş oğlu
Bayramov Paşa Əli oğlu
Bədəlov Möhübbət Havil oğlu
Bəşirova Züriyyət Seyidbəy qızı
Dadaşov Mehdi Tələt oğlu
Əbdürəhmanova Sofiya Məmməd qızı
Əfəndiyev Nemət Əmir oğlu
Ələkbərov Elxan Hilal oğlu
Ələsgərov Əli Həşim oğlu
Əliyev Famil Məmməd oğlu
Əmirov Qurban Nəriman oğlu
Əsgərov Çingiz İsgəndər oğlu
Əsgərov Şəfahət Vaqif oğlu
Hacıyev Tahir Bilal oğlu
Haxıyev Ələsgər Abdul oğlu
Həsənli Əleysan Cahangir oğlu
Həziyev Salman Tapdıq oğlu
Hümbətov Surəddin Məmmədhüseyn oğlu
İsayev Ərəstun Abasəli oğlu
İsmayılov İsmayıl Mirzə oğlu
İsmayılov Ruslan Şahbaz oğlu
İsmayılzadə Kamal Ziya oğlu
Kazımov Elxan Hüseyn oğlu
Qarayev Zahid Binnət oğlu
Qasımov Mayıl Nurəddin oğlu
Qasımov Ziyavəddin Əli oğlu
Qəribov Əli İbrahim oğlu
Quliyev Ceyhun Aydın oğlu
Quliyev Fəxri İbrahim oğlu
Quliyev Sahib Abbas oğlu
Quliyeva Minə İbadulla qızı
Qurbanov Akif Şərif oğlu
Qurbanova Anaxanım Məlik qızı
Məhərrəmov Məhərrəm Məmmədəli oğlu
Məmmədov Eldar Heydər oğlu
Məmmədov İlyas Hacı oğlu
Məmmədov Müsəddiq Əli oğlu
Məmmədov Nadir Qafur oğlu
Məmmədov Ramazan İbadulla oğlu
Məmmədov Sərdar İsa oğlu
Məmmədova Şərafət Əli Əsgər qızı
Məmmədova Zərifə Həsən qızı
Muxtarov Ramiz Məcid oğlu
Muradov Ramazan İmran oğlu
Nəcəfli Bəsti Yunis qızı
Novruzova Cəmilə Əlipolad qızı
Piriyev Əzim Səlim oğlu
Ramazanzadə Lalə Məmməd qızı
Rəhimli Səadət Qələndər qızı
Səfərov Namiq Bəhəddin oğlu
Səfixanlı Aydın Məhəmməd oğlu
Səmədov Səməd Cəlil oğlu
Sərdarlı Tuqay Cavanşir oğlu
Sultanov Rafiq Səməd oğlu
Süleymanova Familə Əbdüləziz qızı
Ümidova Nəzakət Məmməd qızı
Vəliyev Adil İsrayıl oğlu
Vəliyev Valeh Zöhrab oğlu
Zamanov Əbdülhüseyn Şahhüseyn oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :
I. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-ci il, № 6, maddə 274, № 12, I kitab, maddə 680; 2004-cü il, № 6, maddə 416, № 11, maddə 891; 2005-ci il, № 2, maddə 62, № 4, maddə 278, № 7, maddələr 576, 584, № 12, maddə 1091; 2007-ci il, № 7, maddə 712) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 8.1-ci maddədə “120” rəqəmi “75” rəqəmi ilə əvəz edilsin.
2. 8.2-ci maddə aşağıdakı redaksiyada ifadə edilsin:
“8.2. Səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur.”.
3. Aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilsin:
“Maddə 11-1. Seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxiləyə yol verilməməsi
11-1.1. Hüquqi şəxslərin, dövlət orqanlarının və bələdiyyələrin vəzifəli şəxslərinin, digər fiziki şəxslərin seçkilərin (referendumun) gedişinə qanunsuz müdaxilə etmələri qadağandır.
11-1.2. Vətəndaşların seçkidə (referendumda) iştirak hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya onun səs verməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin salınması Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.”.
4. 13.3.4-cü maddəyə aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Belə öhdəliklər 5 ildən çox xarici dövlətdə yaşamaqla bağlı əmələ gələn davamlı, möhkəm və sabit münasibətlərin mövcudluğuna səbəb olan qeydiyyat, vergi, ölkə ərazisini müəyyən müddətdən artıq tərk etməmək, habelə digər siyasi və ya hüquqi öhdəliklər də ola bilər.”.
5. 22.1-ci maddəyə aşağıdakı məzmunda cümlələr əlavə edilsin:
“Seçkilərin nəticələri rəsmi elan olunduqdan sonra qohumluq əlaqələrinə görə səlahiyyətlərinə müvəqqəti xitam verilmiş komissiya üzvlərinin səlahiyyəti bərpa olunur. Onların əvəzinə təyin edilmiş komissiya üzvünün səlahiyyət müddəti yerlərinə təyin edildikləri şəxslərin fəaliyyət göstərə bilmədikləri dövrlə məhdudlaşdırılır.”.
6. 25.2.23-cü maddə 25.2.24-cü maddə hesab edilsin.
7. Aşağıdakı məzmunda 25.2.23-cü maddə əlavə edilsin:
“exit-poll keçirən təşkilatların akkreditasiyasını həyata keçirir, həmin təşkilatların akkreditasiyadan keçmə qaydalarını müəyyən edir;”.
8. 29.6-cı maddədə “115” və “110” rəqəmləri müvafiq olaraq “70” və “65” rəqəmləri ilə əvəz edilsin.
9. 30.1-ci maddədə “90” rəqəmi “60” rəqəmi ilə əvəz edilsin.
10. 35.5-ci maddədə “xüsusi rejim” sözlərindən əvvəl “Mərkəzi Seçki Komissiyası müəyyən etdiyi hallarda” sözləri əlavə edilsin, 5-ci cümlədən sonra aşağıdakı məzmunda cümlə əlavə edilsin: “Xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular haqqında qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 5 gün qalmış qəbul edilir.”.
11. 36.6-cı maddəyə “tələb olunmur” sözlərindən sonra “və onlara bu Məcəllənin 40.7-ci maddəsində nəzərdə tutulan müvafiq lövhəciklər verilir” sözləri əlavə edilsin.
12. 42.2.3-cü maddədən “seçki bülletenlərinin qoyulması üçün zərflərin və” sözləri çıxarılsın.
13. 42.2.7-ci maddədən “seçki bülleteninin qoyulması üçün zərfə,” sözləri çıxarılsın.
14. 42.3.1-ci maddədən “seçki bülletenlərinin qoyulması üçün zərflər və” sözləri çıxarılsın.
15. 45.3-cü maddədə “46.9” rəqəmi “46.10” rəqəmi ilə əvəz edilsin.
16. 46.1-ci maddənin ikinci cümləsində “yalnız məhkəmənin qərarı əsasında” sözləri “Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada yalnız məntəqə seçki komissiyası tərəfindən” sözləri ilə əvəz edilsin və həmin cümlədən mötərizədə verilmiş “(bu halda məhkəmənin qərarı seçici siyahısına əlavə edilir)” sözləri və yeddinci cümlə çıxarılsın; “35” rəqəmi “25” rəqəmi ilə əvəz edilsin.
17. 46.6-cı maddə aşağıdakı redaksiyada ifadə edilsin:
“46.6. Hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahıları hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında məlumatı əsasında səsvermə gününə azı 25 gün qalmış məntəqə seçki komissiyaları tərəfindən dəqiqləşdirilir.”.
18. 46.9-cu maddədə “rəhbərləri” sözü çıxarılsın və “istintaq təcridxanalarının” sözlərindən sonra “və müvafiq cəzaçəkmə müəssisələrinin rəhbərləri” sözləri əlavə edilsin.
19. Aşağıdakı məzmunda 47.5-1-ci maddə əlavə edilsin:
“47.5-1. İstintaq zamanı barələrində həbs qəti imkan tədbiri seçilən və inzibati qaydada saxlanılan vətəndaşlar məntəqə seçki komissiyaları tərəfindən ayrıca seçici siyahılarına daxil edilirlər. Bu cür məlumatlar səsvermə gününə ən azı 2 gün qalmış vətəndaşın həbsi haqqında qərar çıxarmış müvafiq məhkəmələr və ya vətəndaşın inzibati qaydada saxlanılması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı tərəfindən məntəqə seçki komissiyalarına təqdim edilir. Həmin məlumatda şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin tam göstəriciləri əks edilməlidir.”.
20. 48.1-ci maddənin 3-cü cümləsi çıxarılsın.
21. 48.1-ci maddədə “65” rəqəmi “35” rəqəmi ilə əvəz edilsin.
22. 54.5.4-cü maddədə “notariat qaydasında” söz birləşməsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada” sözləri ilə əvəz edilsin.
23. 58.1-ci maddədə “105” və “70” rəqəmləri müvafiq olaraq “65” və “40” rəqəmləri ilə əvəz edilsin.
24. 58.5-ci maddə çıxarılsın.
25. 59.1-ci maddədə “düzgünlüyünü yoxlamaq hüququ var” sözləri “düzgünlüyünü yoxlayır” sözləri ilə əvəz edilsin.
26. 59.2-ci maddədə “75” rəqəmi “50” rəqəmi ilə əvəz edilsin.
27. 60.2.1-ci maddə aşağıdakı redaksiyada ifadə edilsin:
“imzaların toplanması zamanı bu Məcəllənin 57.1-ci maddəsinin tələblərinin pozulması;”.
28. 60.5-ci maddə çıxarılsın.
29. 66.2-ci maddədə “75” rəqəmi “45” rəqəmi ilə əvəz edilsin.
30. 72.2-ci maddədə “vəsiqə” sözü “lövhəcik” sözü ilə əvəz edilsin.
31. 73-1.2-ci maddədən “və bu halda qeydiyyat depoziti geri qaytarılmır” sözləri çıxarılsın.
32. 73-cü maddə 73-1-ci maddə hesab edilsin.
33. Aşağıdakı məzmunda 73-cü maddə əlavə edilsin:
“Maddə 73. Referendum üzrə təşviqat qrupunun öz statusundan imtina etməsi
73.1. Referendum üzrə təşviqat qrupunun yaradılmasının səlahiyyətli nümayəndələri referendum üzrə təşviqat qrupunun yaradılması barədə bildirişi istənilən vaxt geri götürə bilərlər. Bu haqda müvafiq vəsatət referendum üzrə təşviqat qrupunun yaradılmasının səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalıdır. Bu cür vəsatət geri götürülmür.
73.2. Qeydə alınmış referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri istənilən vaxt müvafiq seçki komissiyasına referendum üzrə təşviqat qrupunun qeydiyyatından imtina barədə ərizə ilə müraciət edə bilərlər. Bu cür ərizə referendum üzrə təşviqat qrupunun bütün səlahiyyətli nümayəndələri tərəfindən imzalanmalıdır. Daxil olmuş ərizə əsasında müvafiq seçki komissiyası referendum üzrə təşviqat qrupunun qeydiyyatının ləğvi barədə 1 gün müddətində qərar qəbul etməlidir.”.
34. 75.2-ci maddədə “60” rəqəmi “28” rəqəmi ilə əvəz edilsin.
35. 77.1-ci maddənin birinci cümləsində “Teleradio verilişləri təşkilatlarının” və “bu teleradio təşkilatları” sözləri “ictimai teleradio təşkilatları” sözləri ilə əvəz edilsin; “və ya” sözləri “və” sözü ilə əvəz edilsin; aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Dövlətə məxsus olan teleradio verilişləri təşkilatları vasitəsilə seçkiqabağı təşviqat aparılmır.”.
36. 77.3-cü, 78.3-cü, 81.2-ci, 83.6-cı, 84.1-ci maddələrdə “50” rəqəmi “35” rəqəmi ilə əvəz edilsin.
37. Aşagıdakı məzmunda 81.11-ci maddə əlavə edilsin:
“81.11. Televiziya və radioda seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması məqsədi ilə efir vaxtı reklam haqqında qanunvericiliyə uyğun olaraq ayrılır.”.
38. 87.7.-ci maddə aşağıdakı redaksiyada ifadə edilsin:
“87.7. Seçkiqabağı təşviqat materiallarının otaqlardan başqa binalarda və digər obyektlərdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə zidd yerləşdirilməsi qadağandır.”.
39. 89.3-cü maddədə “90” rəqəmi “45” rəqəmi ilə əvəz edilsin.
40. 94.1-ci və 96.5-ci maddələrdə “110” rəqəmi “70” rəqəmi ilə əvəz edilsin.
41. 96.4-cü maddədə “90” rəqəmi “65” rəqəmi ilə əvəz edilsin.
42. 97.4-cü maddədə “110” rəqəmi “65” rəqəmi ilə əvəz edilsin.
43. 100.2.2-ci və 100.2.7-ci maddəyə aşağıdakı sözlər əlavə edilsin: “(Milli Məclisə seçkilər və bələdiyyə seçkiləri istisna olmaqla)”.
44. 100.2.4-cü, 100.2.10-cu, 100.2.11-ci maddələr çıxarılsın.
45. 100.2.6-cı maddədən “seçki bülleteninin qoyulması üçün zərflərin və” sözləri çıxarılsın.
46. 100.2.12-ci maddədən “olan zərflərdə” sözləri çıxarılsın.
47. 100.8-ci maddədə “seçki bülletenlərini” sözləri “səsvermə protokollarını” sözləri ilə əvəz edilsin.
48. 101.1-ci maddənin 1-ci cümləsindən əvvəl aşağıdakı məzmunda cümlə əlavə edilsin: “Referendum və prezident seçkiləri zamanı seçicilərə vahid dairə üzrə səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verilə bilər”; “60” rəqəmi “55” rəqəmi ilə əvəz edilsin.
49. 101.2-ci maddəyə cümlə əlavə edilsin: “Bu qayda Milli Məclisə seçkilər zamanı müvafiq seçki dairəsinin ərazisində, prezident seçkiləri və referendum zamanı respublikanın bütün ərazisində, bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir.”.
50. 102-ci maddə aşağıdakı redaksiyada ifadə edilsin:
“Maddə 102. Seçicilərin barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnməsi
102.1. Məntəqə seçki komissiyası səsvermə günü seçki bülletenlərini alarkən seçicinin barmağının işarələnməsini zərərsiz, gözə görünməyən mayedən istifadə etməklə həyata keçirir.
102.2. Seçicinin sol əlinin baş barmağı çiləmə üsulu ilə işarələnir.
102.3. Seçicinin barmağının əvvəl seçki bülletenini alarkən işarələnməsini müəyyən etmək üçün ultrabənövşəyi lampadan istifadə edilir.”.
51. 103.3-cü maddədə “qoyulan zərfin” sözləri çıxarılsın.
52. 104.6-cı maddə 104.7-ci maddə hesab edilsin.
53. Aşağıdakı məzmunda 104.6-cı maddə əlavə edilsin:
“104.6. Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan maye ilə əvvəl işarələndiyini yoxlayır və içəri daxil olmağa icazə verir. Bu cür işarələnmə müəyyən edilərsə, seçiciyə seçki bülleteni verilmir. Məntəqə seçki komissiyasının digər üzvü seçicinin adının seçici siyahısında olduğunu yoxlayır və ona seçki bülleteni verir. Barmağının maye ilə işarələnməsindən imtina edən seçiciyə seçki bülleteni verilməyəcəyi izah edilir. Seçici razılaşmadıqda ondan seçki məntəqəsini tərk etmək tələb edilməlidir. Bu barədə seçici siyahısında “işarələnmədən imtina etdi” qeydi aparılır. Seçici razılaşarsa, seçicinin sol əlinin baş barmağı işarələnir.”.
54. 104.7-ci maddədən 5-ci və 6-cı cümlələr çıxarılsın.
55. 104.10-cu maddədən “məntəqə seçki komissiyasının möhürü ilə möhürlənən zərfə qoyur və” sözləri çıxarılsın.
56. 105.2-ci maddənin 1-ci cümləsindəki “2 gün qalmış” sözləri “12 saat qalmış” sözləri ilə əvəz edilsin.
57. 106.2-ci maddənin 4-cü cümləsi aşağıdakı redaksiyada ifadə edilsin: “Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır.”; 6-cı cümlə çıxarılsın; “zərflər” sözü “bülletenlər” sözü ilə əvəz edilsin.
58. 106.3-cü maddə çıxarılsın.
59. 106.7-ci maddədən “, bağlanıb möhürlənmiş zərflər,” sözləri çıxarılsın.
60. 107.4-cü maddədən “zərflərin və” sözləri çıxarılsın.
61. 108.3-cü maddədən “zərflərin və” sözləri çıxarılsın.
62. 109.1-ci maddə aşağıdakı redaksiyada ifadə edilsin:
“109.1. Seçkilərin (referendumun) ilkin nəticələri dairə seçki komissiyası səsvermənin nəticələrinə dair protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə səsvermənin nəticələrini ümumiləşdirən cədvəl şəklində dərc edilir və həmin məlumatlar Mərkəzi Seçki Komissiyasıının internet səhifəsində yerləşdirilə bilər.”.
63. 109.3-cü maddə aşağıdakı redaksiyada ifadə edilsin:
“109.3. Dairə üzrə seçkilərin (referendumun) ilkin nəticələri seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokolların dairə seçki komissiyası tərəfindən qəbul edilməsindən dərhal sonra Mərkəzi Seçki Komissiyasına, kütləvi informasiya vasitələrinə təqdim edilməlidir və ümumiləşdirilən cədvəl şəklində dərc edilməlidir.”.
64. 112.5-ci maddə aşağıdakı redaksiyada ifadə edilsin:
“112.5. Vətəndaşlar tərəfindən təqdim edilən şikayətlər aşağıdakıları əks etdirməlidir:
112.5.1. şikayətin ünvanlandığı vətəndaşların şikayətlərinə baxılması üzrə komissiyanın adı;
112.5.2. şikayəti edən subyektə şikayətin baxılmasının vaxtı haqqında bildirişin göndərilməsi üçün ünvan;
112.5.3. şikayətin obyekti olan qərar, hərəkət və ya hərəkətsizlik;
112.5.4. əgər bu qərardırsa, qərar şikayətə əlavə edilməli, mübahisə obyekti olan qərarı qəbul etmiş seçki komissiyasının və ya dövlət orqanının adı qeyd olunmalı, vəzifəli şəxs göstərilməlidir;
112.5.5. əgər bu hərəkətdirsə, qeyri-qanuni hərəkəti edən şəxsin adı (vəzifəsi), hərəkətin mahiyyəti, onun törədildiyi yer və ya vaxt aydın şəkildə göstərilməlidir;
112.5.6. əgər bu hərəkətsizlikdirsə, şikayətçi cavabsız qalmış tələbi və tələbi cavabsız qoyan orqanın və ya şəxsin adını göstərməlidir;
112.5.7. şikayət üçün əsas Seçki Məcəlləsinin, digər qanunvericilik aktlarının pozulmasının güman edilməsi ola bilər;
112.5.8. güman edilən pozuntunun dəlilləri və ya pozuntunun nədən ibarət olduğunun izahı;
112.5.9. şikayətçinin tələbi;
112.5.10. aşağı seçki komissiyasının qərarından yuxarı seçki komissiyasına şikayət edildikdə, şikayətə müvafiq seçki komissiyasının qərarı əlavə edilməlidir.
112.5.11. Şikayətçi həmin şikayəti imzalamalıdır. Əgər şikayət seçkilərdə iştirak edən siyasi partiya və ya siyasi partiyalar blokları tərəfindən verilibsə, onda şikayət səlahiyyətli nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməklə səlahiyyətli nümayəndə tərəfindən imzalanmalıdır.”.
65. 112.9-cu maddə aşağıdakı redaksiyada ifadə edilsin:
“112.9. Yuxarı seçki komissiyası aşağı seçki komissiyasının qərarını ləğv etmək, məsələnin mahiyyəti üzrə qərar qəbul etmək və ya məsələyə yenidən baxılması haqqında göstəriş vermək hüququna malikdir.”.
66. Aşağıdakı məzmunda 112-1-ci maddə əlavə edilsin:
“Maddə 112-1. Vətəndaşların seçki hüquqlarının pozulması haqqında şikayətlərin araşdırılması
112-1.1. Vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə Mərkəzi Seçki Komissiyasının nəzdində 9 nəfərdən, dairə seçki komissiyasının nəzdində isə 3 nəfərdən ibarət müvafiq ekspert qrupları yaradılır. Həmin qrupların tərkibinə hüquq təhsili olan komissiya üzvləri daxil edilə bilərlər. Ekspert qruplarının yaradılma qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.
112-1.2. Vətəndaşların şikayətlərinə baxılması qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.
112-1.3. Seçki komissiyası tərəfindən qəbul edilən şikayətlərin qeydiyyat kitabçasında qəbul etmə tarixi və ardıcıl qeydiyyat nömrəsi göstərilməklə qeydiyyat aparmalıdır.
112-1.4. Şikayət qeydə alındıqdan sonra ekspert qrupunun üzvünün aşağıdakı səlahiyyətləri vardır:
112-1.4.1. şikayət üzrə araşdırma materialları ilə birlikdə müvafiq seçki komissiyasına rəy təqdim etmək;
112-1.4.2. şikayət üzrə əlavə məlumat tələb etmək;
112-1.4.3. əlavə məlumat almaq uçun Mərkəzi Seçki Komissiyası vasitəsilə müvafiq dövlət orqanlarına müraciət etmək;
112-1.4.4. zəruri hallarda əlavə dəlillər əldə etmək (video yazılar, yazılı materiallar və s.);
112-1.4.5. Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilən digər tədbirlər görmək.
112-1.5. Vətəndaşlar tərəfindən şikayətlər təqdim edilərkən dairə seçki komissiyalarının ekspert qrupları aşağıdakı tələblərə riayət etməlidir:
112-1.5.1. şikayət şəxsən təqdim edilibsə, yazılı şikayəti qəbul etməli və onun qeydiyyatını aparmalıdır;
112-1.5.2. şikayət edən şəxsə həmin şikayətə dair qəbz verilməlidir;
112-1.5.3. şikayət bu Məcəllə ilə müəyyən edilmiş qaydaların pozulması ilə daxil olmuşdursa, şikayətin onu təqdim edən şəxsə geri göndərilməsinə dair rəy verməlidir;
112-1.5.4. şikayət həm şikayəti qəbul etmiş komissiyanın, həm də başqa orqanın səlahiyyətinə aiddirsə, onda ekspert dairə seçki komissiyasına həmin şikayətə mahiyyəti üzrə baxmağı, komissiyanın səlahiyyətlərinə aid olan məsələləri həll etməklə yanaşı digər orqanın səlahiyyətinə aid olan məsələlərin həll edilməsi üçün həmin orqana göndərilməsini təklif etməlidir;
112-1.5.5. dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olduqda bu Məcəllənin 112-1.4-cü və 112-1.11-ci maddələrinə uyğun olaraq araşdırma aparıb komissiya tərəfindən öz səlahiyyətlərinə aid olan hissədə tədbirlər görülməsi, şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gəldikdə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına məlumat verilməsinə dair əsaslandırılmış qərar qəbul edilməsi üçün dairə seçki komissiyasına rəy verməlidir (məlumata şikayətin surəti əlavə edilməlidir);
112-1.5.6. ekspert şikayəti araşdırarkən Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərin və ya ehtimalın olmasını müəyyən etməkdə çətinlik çəkərsə, dairə seçki komissiyası öz səlahiyyətlərinə aid olan hissədə bu Məcəllə ilə müəyyən edilmiş hərəkətlərin edilməsini tövsiyə etməklə yanaşı, həmin məsələ ilə əlaqədar rəy verilməsi üçün şikayətin Mərkəzi Seçki Komissiyasına göndərilməsinə dair rəy verməlidir;
112-1.5.7. dairə seçki komissiyasına seçki subyektləri tərəfindən və seçki ilə əlaqəsi olan cinayət xarakterli şikayət daxil olarsa, ekspert şikayətdə göstərilən qanun pozuntularında Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş əməllərin əlamətlərinin olduğu qənaətinə gələrsə, həmin əməllər barədə müvafiq prokurorluq orqanına dairə seçki komissiyası tərəfindən məlumat verilməsinə dair rəy verir. Məlumata şikayətin surəti əlavə edilir.
112-1.6. Mərkəzi Seçki Komissiyasının ekspert qrupu bu Məcəllənin 112-1.5-ci maddəsində göstərilənlərlə yanaşı, aşağıdakı tələblərə riayət etməlidir:
112-1.6.1. seçki komissiyalarının hərəkətləri (hərəkətsizlikləri) və qərarları ilə əlaqədar olmayan seçkilərlə bağlı digər orqanların və ya vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərinə aid şikayətlərlə əlaqədar bu Məcəllənin 60.6-cı, 68.5-ci, 87.9-cu, 88.7-ci, 88.8-ci, 113-cü, 115-ci və 116-cı maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən müvafiq qərar qəbul etməsi üçün rəy verməlidir;
112-1.6.2. müvafiq ekspert qrupunun üzvü şikayəti verən vətəndaşı qane edə biləcək tədbirlər görmürsə, qrupun üzvünün hərəkətindən (hərəkətsizliyindən) bu Məcəlləyə uyğun olaraq şikayət edilə bilər;
112-1.6.3. seçki ilə əlaqəsi olmayan cinayət xarakterli yazılı şikayət daxil olursa, həmin şikayət Mərkəzi Seçki Komissiyası tərəfindən dərhal müvafiq prokurorluq orqanına göndərilir;
112-1.6.4. dairə seçki komissiyasından daxil olmuş şikayətə baxılarkən şikayətdə göstərilmiş qanun pozuntusunun Cinayət Məcəlləsinə uyğun olaraq cinayət hesab olunub-olunmaması, habelə cinayət əməlinin ehtimal olunmasının müəyyən edilməsi üçün ekspert tərəfindən rəy hazırlanır;
112-1.6.5. ekspert bu Məcəllənin 112-1.6.4-cü maddəsində göstərilən halları müəyyən edərsə, Mərkəzi Seçki Komissiyası tərəfindən şikayətin müvafiq prokurorluq orqanına göndərilməsi haqqında rəy tərtib edir;
112-1.6.6. daxil olmuş şikayətdə bu Məcəllənin 112-1.6.4-cü maddəsində göstərilən əlamətlər və digər qanun pozuntuları aşkar edilmədikdə, şikayətin işə alınması haqqında rəy tərtib olunur;
112-1.6.7. 112.5-ci maddədə nəzərdə tutulmuş şikayətlərə baxmaqdan əsassız olaraq imtina edilərsə, Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyasının və onun ekspert qrupunun müvafiq vəzifəli şəxsinin (şəxslərinin) qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi ilə əlaqədar öz səlahiyyətləri daxilində tədbirlər görür.
112-1.7. Seçki komissiyasının şikayətlərin araşdırılması ilə bağlı iclaslarının aparılması qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. Şikayətçi ərizəsində iclasda iştirak etmək barədə öz arzusunu bildirmişsə, iclasdan bir gün əvvəl şikayətçi şəxsən, telefon və ya poçt vasitəsilə iclasın yeri və vaxtı barədə xəbərdar edilir.
112-1.8. İclas zamanı ekspert şikayətlə bağlı məlumat verir. Əgər şikayətçi və ya onun səlahiyyətli nümayəndəsi iclasda iştirak edirsə, o, öz şikayətini izah edə bilər. Qərarı müzakirə olunan dairə seçki komissiyasının nümayəndəsi də Mərkəzi Seçki Komissiyasının iclasına dəvət oluna bilər və o, verilən qərarı əsaslandırmaq hüququna malikdir.
112-1.9. Şikayətçinin sənədlər və ekspert vasitəsilə yeni dəlillər təqdim etmək hüququ vardır.
112-1.10. Şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, müvafiq seçki komissiyası bu barədə qərar qəbul edə bilər. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, səsvermə günü isə dərhal qəbul edilməlidir.
112-1.11. Şikayətlərə baxan ekspert qruplarının üzvləri aşağıdakı rəyləri verə bilərlər:
112-1.11.1. aşağı seçki komissiyasının qərarının ləğv edilməsi barədə;
112-1.11.2. Seçki Məcəlləsinin 113.1-ci maddəsinə əsasən seçki subyektinə xəbərdarlıq edilməsi barədə;
112-1.11.3. Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda namizədin qeydə alınmasından imtina edilməsi barədə;
112-1.11.4. Seçki Məcəlləsinin 113.2-ci maddəsində nəzərdə tutulmuş hallarda qeydə alınmış namizədin qeydiyyatının ləğv olunması üçün məhkəməyə müraciət edilməsi barədə;
112-1.11.5. şikayətçinin qaldırdığı məsələnin müvafiq seçki komissiyasında yenidən baxılması haqqında.
112-1.12. Əgər şikayət ona baxan ekspert qrupunun səlahiyyətlərinə aid deyilsə, şikayətin aidiyyəti üzrə göndərilməsi barədə müvafiq seçki komissiyası qərar qəbul edir.
112-1.13. Ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 24 saatdan gec olmayaraq dərc olunur (internet səhifəsində yerləşdirilir) və şikayətçiyə çatdırılır və ya göndərilir.
112-1.14. Ekspert qrupunun üzvü rəy çıxararkən aşağıdakıları rəhbər tutmalıdır:
112-1.14.1. şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır;
112-1.14.2. şikayətlər buna hüququ olan şəxs tərəfindən (Seçki Məcəlləsinin 112.1-ci maddəsinə əsasən seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum üzrə təşviqat qrupları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları) verilməlidir.”.
67. 113.1-ci maddədə “qeydiyyatının ləğv edilməsi barədə məhkəməyə müraciət edilməsi barədə” sözləri “bu Məcəllənin 73-cü və 73-1-ci maddələrində nəzərdə tutulmuş hallarda qeydiyyatın ləğv edilməsi barədə” sözləri ilə əvəz edilsin.
68. 113.2-ci maddə aşağıdakı redaksiyada ifadə edilsin:
“113.2. Namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyatı aşağıda göstərilən hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qanuni qüvvəyə minmiş cinayət işi üzrə hökmü və ya inzibati xəta üzrə qərarı əsasında ləğv olunur.”.
69. 113.2.1-ci maddə çıxarılsın.
70. Aşağıdakı məzmunda 113-1.1-ci maddə əlavə edilsin:
“113-1.1. Seçki komissiyası namizədin, referendum üzrə təşviqat qrupunun qeydiyyata alınmasından onlar tərəfindən bu Məcəlləyə uyğun təqdim etdikləri məlumatlar həqiqi olmadıqda və ya onların etibarsızlığı əhəmiyyətli xarakter daşıdıqda (bu Məcəllənin 60.3-cü maddəsində göstərilən hallar istisna olmaqla) imtina edə bilər.”.
71. 127.2-ci, 155.2-ci, 189.2-ci və 224.2-ci maddələrdə aşağıdakı məzmunda cümlə əlavə edilsin: “Bu cür tədbirlərin keçirilməsi qaydaları Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.”.
72. 127.3-cü maddədə “72.2” rəqəmi “77.2” rəqəmi ilə əvəz edilsin.
73. 128.2.1-ci maddə aşağıdakı redaksiyada ifadə edilsin:
“128.2.1. 5000 manatdan çox olmamaq şərti ilə referendum üzrə təşviqat qruplarının xüsusi vəsaitləri;”.
74. 128.2.3-cü maddə aşağıdakı redaksiyada ifadə edilsin:
“128.2.3. Vətəndaş üçün 1000 manatdan və hüquqi şəxlər üçün 10 min manatdan çox olmamaq şərti ilə könüllü ianələr.”.
75. 128.3-cü maddədən “referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin” sözləri çıxarılsın, “mislindən” sözü “manatdan” sözü ilə, “25” rəqəmi “50” rəqəmi ilə, “250 min” sözləri “bir milyon” sözləri ilə, “500 min” sözləri “beş milyon” sözləri ilə əvəz edilsin.
76. 130-cu maddənin mətnində “mislindən” sözü “manatdan” sözü ilə əvəz edilsin, 130.1.1-130.1.3-cü maddələrdən “referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin” sözləri çıxarılsın.
77. 148.5-ci, 182.3-cü, 216.5-ci maddələrdə “55” rəqəmi “25” rəqəmi ilə əvəz edilsin.
78. 156-cı maddənin mətnində “mislindən” sözü “manatdan” sözü ilə əvəz edilsin, 156.1-ci maddədən “seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə müəyyənləşdirilən şərti maliyyə vahidinin” sözləri, 156.2.1-ci, 156.2.2-ci, 156.2.4-cü, 156.4.1-ci və 156.4.3-cü maddələrdən “seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin” sözləri çıxarılsın.
79. 156.1-ci maddədə “75” rəqəmi “500” rəqəmi ilə, 156.2.1-ci maddədə “10” rəqəmi “500” rəqəmi ilə, 156.2.2-ci maddədə “25” rəqəmi “150” rəqəmi ilə, 156.2.4-cü maddədə “500” rəqəmi “3000” rəqəmi ilə, “10” rəqəmi “50” rəqəmi ilə, 156.4.1-ci maddədə “50” rəqəmi “500” rəqəmi ilə, 156.4.3-cü maddədə “150” rəqəmi “3000” rəqəmi ilə, “25” rəqəmi “50” rəqəmi ilə əvəz edilsin.
80. 159-cu maddənin mətnində “mislindən” sözü “manatdan” sözü ilə əvəz edilsin, 159.1.1-159.1.3-cü və 159.2.1-159.2.3-cü maddələrdə “seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin” sözləri çıxarılsın.
81. Aşağıdakı məzmunda 170.3-cü maddə əlavə edilsin:
“170.3. Birmandatlı seçki dairəsi üzrə seçkilər səsvermə bülletenlərinin düzgün sayılmaması nəticəsində etibarsız sayıldıqda, Mərkəzi Seçki Komissiyası səslərin yenidən sayılması haqqında qərar qəbul edir. Bu zaman səslərin yenidən sayılması Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada müvafiq dairə seçki komissiyası tərəfindən təmin edilir.”.
82. 181.1-ci maddədə “45” rəqəmi “40” rəqəmi ilə əvəz edilsin.
83. 189.2-ci maddədə “vaxtının ümumi həcminin 1/3 hissəsi” sözləri “vaxtı” sözü ilə əvəz edilsin.
84. 191-ci maddənin mətnində “mislindən” sözü “manatdan” sözü ilə əvəz edilsin, 191.1-ci, 191.2.1-ci və 191.2.3-cü maddələrdən “seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin” sözləri çıxarılsın.
85. 191.1-ci maddədə “1” rəqəmi “10” rəqəmi ilə, 191.2.1-ci maddədə “25” rəqəmi “250” rəqəmi ilə, 191.2.3-cü maddədə “1500” rəqəmi “3000” rəqəmi ilə, “10” rəqəmi “50” rəqəmi ilə əvəz edilsin.
86. 192-ci maddənin mətnində “mislindən” sözü “manatdan” sözü ilə əvəz edilsin, 192.1.1-ci maddədə “seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan” və “şərti maliyyə vahidinin” sözləri, 192.1.2-ci və 192.1.3-cü maddələrdə “seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin” sözləri çıxarılsın.
87. 209.2-ci maddədə mötərizədə verilmiş “yeni manat miqyasında” sözləri çıxarılsın.
88. 225-ci maddənin mətnində “mislindən” sözü “manatdan” sözü ilə əvəz edilsin, 225.1.1-ci, 225.1.2-ci, 225.1.4-cü, 225.1.5-ci, 225.2-ci, 225.5.1-ci, 225.5.3-cü, 225.6-cı maddələrdən “seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin” sözləri çıxarılsın.
89. 228-ci maddənin mətnində “mislindən” sözü “manatdan” sözü ilə əvəz edilsin, 228.1.1-ci, 228.1.2-ci, 228.1.3-cü, 228.2.1-ci, 228.2.2-ci və 228.2.3-cü maddələrdən “seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan şərti maliyyə vahidinin” sözləri çıxarılsın.
90. 240.2.1-ci maddə aşağıdakı redaksiyada ifadə edilsin:
“240.2.1. Bələdiyyə üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin bələdiyyənin ərazisində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində seçicilərin sayı bələdiyyə üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən coxunu təşkil etsin.”.
91. Secki Məcəlləsinin 1A, 2A və 3A saylı əlavələrində imza toplandıqdan sonra imza vərəqələrinin imzalanması üçün nəzərdə tutulan sətirdə “namizəd” sözü müvafiq olaraq “namizədin, siyasi partiyaların, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi” sözləri ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyun 2008-ci il.
Fərman və sərəncamlar, Virtual gündəlik
artyazar
İyul 1, 2008 8:15
Baxış sayı: 23
Şərhlər(0)

