Hər gün görüşlər, yeni rəsmi sənədlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Küveyt Dövləti Əmiri Aparatının rəhbəri Şeyx Nasir Sabah əl-Əhməd əl-Sabahın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Küveyt Əmiri Aparatının rəhbəri Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın xalqımızın ümummilli lideri Heydər Əliyevlə keçirdiyi görüşləri daim böyük ehtiramla xatırladığını dedi.
Dövlətimizin başçısı ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğunu bildirdi. Prezident İlham Əliyev siyasi əlaqələrimizin uğurla inkişaf etdiyini vurğulayaraq, iqtisadi əməkdaşlığımızın da genişlənəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Şeyx Nasir Sabah əl-Əhməd əl-Sabahın Azərbaycana bu səfəri də ikitərəfli münasibətlərimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəkdir.
Prezident İlham Əliyev Küveyt Əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın və Baş nazir Nasir Məhəmməd əl-Əhməd əl-Sabahın salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Küveyt Əmirinə və Baş nazirə çatdırmağı xahiş etdi.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2008-ci il 2 iyun tarixli 615-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 5 iyun tarixli 374-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikası Prezidentinin aşağıdakı fərmanlarında dəyişikliklər edilsin:
2.1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 531 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 468) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli parklarının ümumi Əsasnaməsi”nin 3.1.2-ci, 4.1.3-cü bəndlərində və 4.2-ci bəndində hər iki halda “istirahət (rekreasiya)” sözləri “rekreasiya” sözü ilə əvəz edilsin.
2.2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 580; 2006-cı il, № 7, maddə 590) ilə təsdiq edilmiş “Radioaktiv xammalın çıxarılması və radioaktiv tullantıların, zərərli maddələrin basdırılması üçün yerin təkindən istifadə olunması Qaydaları”nın 2.4-cü bəndində “meşə və rekreasiya” sözləri “meşə, turizm və rekreasiya” sözləri ilə əvəz edilsin.
2.3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 24 aprel tarixli 57 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 237; 2007-ci il, № 11, maddə 1110) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Hirkan Milli Parkı haqqında Əsasnamə”nin 1.5-ci, 2.1.2-ci, 3.1.3-cü və 3.3-cü bəndlərində “istirahət (rekreasiya)” sözləri “rekreasiya” sözü ilə əvəz edilsin.
2.4. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 106 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddələr 614, 625; 2005-ci il, № 8, maddə 715; 2007-ci il, № 11, maddə 1110) ilə təsdiq edilmiş:
2.4.1. “Akademik Həsən Əliyev adına Azərbaycan Respublikasının Ordubad Milli Parkı haqqında Əsasnamə”nin 1.6-cı, 2.1.2-ci, 3.1.3-cü bəndlərində və 3.3-cü bəndində hər iki halda “istirahət (rekreasiya)” sözləri “rekreasiya” sözü ilə əvəz edilsin;
2.4.2. “Azərbaycan Respublikasının Şirvan Milli Parkı haqqında Əsasnamə”nin 1.6-cı, 2.1.2-ci, 3.1.3-cü bəndlərində və 3.3-cü bəndində hər iki halda “istirahət (rekreasiya)” sözləri “rekreasiya” sözü ilə əvəz edilsin;
2.4.3. “Azərbaycan Respublikasının Ağgöl Milli Parkı haqqında Əsasnamə”nin 1.6-cı, 2.1.2-ci, 3.1.3-cü bəndlərində və 3.3-cü bəndində hər iki halda “istirahət (rekreasiya)” sözləri “rekreasiya” sözü ilə əvəz edilsin.
2.5. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 noyabr tarixli 147 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 11, maddə 911; 2007-ci il, № 11, maddə 1110) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Altıağac Milli Parkı haqqında Əsasnamə”nin 1.6-cı, 2.1.2-ci, 3.1.3-cü bəndlərində və 3.3-cü bəndində hər iki halda “istirahət (rekreasiya)” sözləri “rekreasiya” sözü ilə əvəz edilsin.
2.6. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 27 aprel tarixli 227 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 302; 2007-ci il, № 11, maddə 1110) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Abşeron Milli Parkı haqqında Əsasnamə”nin 1.6-cı, 2.1.2-ci, 3.1.3-cü bəndlərində və 3.3-cü bəndində hər iki halda “istirahət (rekreasiya)” sözləri “rekreasiya” sözü ilə əvəz edilsin.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Azərbaycan Respublikasının Lerik rayonunun Lerik qəsəbəsinə şəhər statusu verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının Lerik rayonunun Lerik qəsəbəsinə şəhər statusu verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasının Lerik rayonunun Lerik qəsəbəsinə şəhər statusu verilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :
I. Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
Nəbiağalı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Nəbiağalı qəsəbəsi Samux qəsəbəsi adlandırılsın, Nəbiağalı qəsəbə inzibati ərazi dairəsi Samux qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.
Kolayır kənd inzibati ərazi dairəsi tərkibindəki Kolayır kəndi Samux qəsəbəsi ilə birləşdirilsin, Kolayır kəndi və Kolayır kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarılsın.
Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Samux qəsəbəsinə şəhər statusu verilsin, Samux qəsəbə inzibati ərazi dairəsi Samux şəhər inzibati ərazi dairəsi hesab edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :
I. Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:
Nəbiağalı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Nəbiağalı qəsəbəsi Samux qəsəbəsi adlandırılsın, Nəbiağalı qəsəbə inzibati ərazi dairəsi Samux qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.
Kolayır kənd inzibati ərazi dairəsi tərkibindəki Kolayır kəndi Samux qəsəbəsi ilə birləşdirilsin, Kolayır kəndi və Kolayır kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrindən çıxarılsın.
Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Samux qəsəbəsinə şəhər statusu verilsin, Samux qəsəbə inzibati ərazi dairəsi Samux şəhər inzibati ərazi dairəsi hesab edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2008-ci il.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Bolqarıstanın ölkəmizdəki səfiri İvan Palçevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Dövlətimizin başçısı son illər Azərbaycan ilə Bolqarıstan arasında əlqələrin müxtəlif sahələrdə genişləndiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanda diplomatik fəaliyyəti dövründə səfirin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə öz töhfəsini verdiyini qeyd etdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.
İvan Palçev diplomatik fəaliyyəti dövründə səfirliyin işinə göstərilən yüksək diqqətə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. O, ölkələrimiz arasında əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini dedi, münasibətlərimizin bundan sonra daha da inkişaf edəcəyinə əmin olduğunu bildirdi.
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, №4, maddə 79; 1993-cü il, №5, maddə 132; Azərbaycan Respublikasının 1995-ci il 2 may tarixli, 1030 nömrəli Qanunu; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №5, maddə 378; 1998-ci il, №1, maddələr 15, 16; 1999-cu il, №4, maddə 228, №5, maddə 286; 2001-ci il, №6, maddələr 362, 363, №11, maddə 694, №12, maddələr 731, 736; 2004-cü il, №2, maddə 57, №3, maddə 133, №4, maddələr 199, 212, №7, maddə 507, №8, maddə 596; 2005-ci il, №10, maddə 871, №12, maddə 1093; 2006-cı il, №4, maddə 312, №11, maddə 933; Azərbaycan Respublikasının 2007-ci il 17 aprel tarixli 317-IIIQD nömrəli, 16 iyun tarixli, 389-IIIQD nömrəli, 19 oktyabr tarixli 462-IIIQD nömrəli qanunları) 10-cu maddəsinin 2-ci bəndinin ikinci abzası çıxarılsın.
II. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №1, maddə 1, №3, maddə 131; 2002-ci il, №12, maddə 693; 2003-cü il, №1, maddə 16; 2004-cü il, №1, maddə 10, №4, maddə 199, №5, maddə 321, №8, maddə 597, №11, maddə 884; 2005-ci il, №6, maddələr 463, 475, №10, maddə 874; 2006-cı il, №5, maddə 386, №6, maddə 479, №8, maddə 657, №12, maddələr 1005, 1014; 2007-ci il, №2, maddə 83, №5, maddə 434; Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli, 356-IIIQD nömrəli Qanunu) 2.6-cı maddəsi çıxarılsın.
III. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №7, maddə 586) aşağıdakı dəyişikliklər edilsin:
1. 3.3-cü maddə çıxarılsın.
2. 25.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Ədliyyə orqanları işçilərinin vəzifə maaşının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
3. 37.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Penitensiar xidmətin xüsusi rütbəsi olan əməkdaşlarının vəzifə və xüsusi rütbəyə görə maaşların məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən, pul təminatının digər növlərinin ödənilməsi qaydaları isə qanunvericiliklə müəyyən edilir.”.
IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №1, maddə 1, №3, maddə 131; 2002-ci il, №12, maddə 693; 2003-cü il, №1, maddə 16; 2004-cü il, №1, maddə 10, №4, maddə 199, №5, maddə 321, №8, maddə 597, №11, maddə 884; 2005-ci il, №6, maddələr 463, 475, №10, maddə 874; 2006-cı il, №5, maddə 386, №6, maddə 479, №8, maddə 657, №11, maddə 927, №12, maddələr 1005, 1014; 2007-ci il, №2, maddə 83, №5, maddə 434, №7, maddə 711; №10, maddə 934, №11, maddələr 1049, 1074, 1078, №12, maddələr 1213, 1219; 2008-ci il, №3, maddə 153; Azərbaycan Respublikasının 2008-ci il 12 fevral tarixli 546-IIIQD nömrəli, 1 aprel tarixli 579-IIIQD nömrəli qanunları) aşağıdakı əlavələr edilsin:
1. 8.1.4-cü maddədə “Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi,” sözlərindən sonra “Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə,” sözləri əlavə edilsin;
2. 8.1.7-ci maddədə “hərbi məhkəmələr” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq hərbi məhkəmə istisna olmaqla)” sözləri əlavə edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №11, maddə 1005) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. 8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur.”.
2. 9.0.6-cı maddədə “əcnəbilər” sözündən sonra “(Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla)” sözləri əlavə edilsin.
3. 10.2-ci maddənin ikinci cümləsində “yardımın” sözündən sonra “təyin olunmamasına,” sözləri əlavə edilsin və həmin cümlədə “2 il” sözləri “1 il” sözləri ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
«Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 578-IIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8, III kitab, maddə 612; 2001-ci il, №7, maddə 462, №10, maddə 640, №12, maddə 755; 2002-ci il, №1, maddə 49, №5, maddələr 260, 275, №8, maddələr 478, 484, 486; 2003-cü il, №6, maddə 299, №8, maddə 434, №9, maddə 478, №10, maddələr 546, 547, 560, 571, 582; 2004-cü il, №1, maddələr 19, 26, №3, maddələr 138, 141, №4, maddə 235, №5, maddələr 340, 341, 343, 345, 346, №8, maddələr 607, 608, №11, maddə 909, №12, maddə 1005; 2005-ci il, №2, maddələr 67, 69, №4, maddələr 299, 303, №8, maddə 702, №9, maddələr 801, 802, №12, maddə 1101; 2006-cı il, №2, maddə 83, №4, maddələr 321, 322, №5, maddə 407, №7, maddə 590, №8, maddələr 662, 663, 674, 675, 679, №9, maddə 743, №11, maddələr 942, 945; 2007-ci il, №1, maddə 11, №2, maddə 87, №3, maddə 230, № 7, maddə 715, № 8, maddələr 767, 769, №11, maddələr 1110, 1116, 1120, №12, maddə 1227; 2008-ci il, №1, maddə 7, №3, maddə 186) 3.9-cu bəndində «119-121-ci» rəqəmləri «119-cu, 119-1.1-ci, 119-1.3-cü, 120-ci, 121-ci» rəqəmləri ilə əvəz edilsin.
2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2008-ci il.
Fərman və sərəncamlar, Virtual gündəlik
artyazar
İyul 1, 2008 8:41
Baxış sayı: 22
Şərhlər(0)

