Dövlətçiliyin islahat istiqamətləri...
“ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 13 iyun tarixli 641-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Ünvanlı dövlət sosial yardımı haqqında”
Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 13 iyun tarixli 638-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
B
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 76; 2007-ci il, № 10, maddə 933) 6.2-ci maddəsində “sığorta olunan şəxslərə” sözləri “sığortaolunanlara” sözü ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2008-ci il.
akı şəhəri, 24 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 13 iyun tarixli 642-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 1, maddə 9, № 8, maddə 598, № 9, maddə 668; 2007-ci il, № 4, maddə 320, № 5, maddə 446, № 7, maddə 712, № 11, maddə 1078) aşağıdakı dəyişikliklər edilsin:
1. 11.2-ci maddədə “vəzifə maaşından” sözləri “əmək haqqından” sözləri ilə əvəz edilsin.
2. 71-ci maddənin adında, 71.1-ci, 72.2-ci, 73.2-ci və 73.6-cı maddələrdə “vəzifə maaşı” sözləri “əmək haqqı” sözləri ilə əvəz edilsin.
3. 71.1-ci maddədə “əmək haqqından” və “əmək haqqına” sözləri müvafiq olaraq “vəzifə maaşından” və “vəzifə maaşına” sözləri ilə əvəz edilsin.
4. 71.2-ci maddədə “əmək haqqı” sözləri “vəzifə maaşı” sözləri ilə əvəz edilsin.
5. 71.3-cü və 71.4-cü maddələrdə “əmək haqqı” və “əmək haqqının” sözləri müvafiq olaraq “vəzifə maaşı” və “vəzifə maaşının” sözləri ilə əvəz edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 13 iyun tarixli 636-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsalı stimullaşdırmaq və onların səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin 2008-ci il aprelin 1-nə məcburi dövlət sosial sığorta haqları üzrə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna olan əsas borclarının ödənişinə (2008-ci il ərzində bu borcların ödənişini təmin etmək və cari borc yaratmamaq şərtilə) 2009-cu il yanvarın 1-dək möhlət verilsin və həmin borclara 2008-ci il aprelin 1-nə hesablanmış və ödənilməmiş penya və maliyyə sanksiyaları silinsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 15 gün müddətində:
2.1. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan müəssisələr tərəfindən müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyaların, avadanlıqların və dəstləşdirici hissələrin gömrük idxal rüsumundan və əlavə dəyər vergisindən azad edilməsi barədə qərar qəbul etsin;
2.2. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin qaz, su və elektrik enerjisinə görə 2008-ci il aprelin 1-nə olan kreditor borclarının ödənilməsinin tənzimlənməsini nəzərdə tutan tədbirlər (o cümlədən dövlətin maliyyə dəstəyi hesabına) həyata keçirsin;
2.3. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin əvvəlki illərdə yaranmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş ödənilmə müddətləri ötmüş vergi borclarının silinməsini və həmin müəssisələrin 2008-ci il aprelin 1-nə olan vergi borcları və onlara hesablanmış penya və maliyyə sanksiyalarının ödənilməsinə qanunla nəzərdə tutulmuş qaydada möhlət verilməsini təmin etsin;
2.4. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrin 2008-ci il aprelin 1-nə olan debitor borclarının ödənilməsi üçün zəruri tədbirlər görsün;
2.5. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin “Peyk” zavodu və “Azərsimtel” Azərbaycan-Türkiyə Birgə Müəssisəsi tərəfindən dövlət zəmanəti ilə alınmış kreditlər üzrə dövlət büdcəsinə olan borclarının silinməsini təmin etsin;
2.6. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
“Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikası 2008-ci il 13 iyun tarixli 639-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 2008-ci il 13 iyun tarixli 639-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.
3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalı təsis edilsin.
II. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 23, maddə 996; 1993-cü il, № 23, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 5, maddə 251; 2003-cü il, № 12, I kitab, maddə 677; 2005-ci il, № 4, maddə 291; 2006-cı il, № 10, maddə 846; 2007-ci il, № 3, maddə 213; Azərbaycan Respublikasının 2008-ci il 16 may tarixli 605-IIIQ nömrəli Qanunu) 2-ci maddəsinə aşağıdakı məzmunda on beşinci abzas əlavə edilsin:
“Azərbaycan Polisinin 90 illiyi” yubiley medalı”.
III. “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
IV. “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilsin (əlavə olunur).
V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2008-ci il.
“AZƏRBAYCAN POLİSİNİN 90 İLLİYİ” AZƏRBAYCAN RESPUBLİKASININ YUBİLEY MEDALININ TƏSVİRİ
“Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalı bilavasitə dairəvi medaldan və düzbucaqlı lövhədən ibarətdir.
Medal diametri 35 mm olan qızılı rəngli dairəvi bürünc lövhədən ibarət olmaqla içərisində iki dairə yerləşdirilmişdir. Birinci dairədə yuxarı qövs boyunca “AZƏRBAYCAN POLİSİNİN”, aşağı qövs boyunca “90 İLLİYİ” sözləri həkk olunmuş, ikinci dairədə daxili işlər orqanlarının emblemi və onun ətrafında dairə boyunca dəfnə yarpaqlarından çələng, çələngin yuxarı hissəsində birləşdiyi yerdə aypara və səkkizguşəli ulduz, emblem ilə çələng arasında dairə boyunca mərkəzdən başlayan şüalar təsvir edilmişdir.
Medalın arxa tərəfi hamar səthlidir, “AZƏRBAYCAN POLİSİ”, “90 il”, “1918-2008” sözləri həkk olunmuşdur. “90 il” sözü aşağı hissədən sünbüllərlə əhatə olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə, düzbucaqlı rəngli metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhə öndən iki hissədən ibarətdir. Üst hissə xara lentdə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun bərabər ölçüdə mavi, qırmızı və yaşıl rəngli şaquli zolaqlara bölünmüş, onların sol və sağ tərəflərində şaquli istiqamətdə 1 mm enində olan ağ rəngli zolaq təsvir edilmişdir. Lövhənin alt hissəsinə eni 6 mm olan milli ornamentli təbəqə bərkidilir, təbəqənin ortasında aypara və səkkizguşəli ulduz təsvir edilmişdir.
Medala paltara bərkidilmək üçün elementi olan, metaldan düzəldilmiş və eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə olunur.
“AZƏRBAYCAN POLİSİNİN 90 İLLİYİ” AZƏRBAYCAN RESPUBLİKASININ YUBİLEY MEDALI HAQQINDA ƏSASNAMƏ
1. “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanları əməkdaşları, veteranları, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və polisin inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.
2. “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
3. “Azərbaycan Polisinin 90 illiyi” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Sovet İttifaqı Qəhrəmanı Məlik Məlik oğlu Məhərrəmovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:
Bakı Şəhər İcra Hakimiyyəti Məlik Məlik oğlu Məhərrəmovun yaşadığı binaya (Teymur Elçin küçəsi, ev 6) xatirə lövhəsinin vurulmasını təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2008-ci ilin sentyabr ayında görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Arif Cahangir oğlu Məlikovun anadan olmasının 75 ili tamam olur.
Arif Məlikovun yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrindəndir. Onun balet və simfoniyaları, kinofilmlərə və dram tamaşalarına musiqiləri, habelə müxtəlif janrlarda yaratdığı digər əsərləri milli musiqi xəzinəmizin ayrılmaz hissəsini təşkil edir.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətlər göstərən Arif Məlikovun 75 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Arif Məlikovun 75 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2008-ci il.
Fərman və sərəncamlar
artyazar
İyul 1, 2008 8:49
Baxış sayı: 28
Şərhlər(0)

