Reklam verin!

Prezident Ensiklopediyası

İntellektual Prezident - İlham Əliyev

Daha bir Partiya İlham Əliyevin namizədliyini irəli sürdü...

SOSİAL RİFAH PARTİYASI PREZİDENT SEÇKİLƏRİNDƏ DÖVLƏTİMİZİN BAŞÇISI İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYƏCƏKDİR

İyunun 18-də Azərbaycan Sosial Rifah Partiyasının VI qurultayı keçirilmişdir.
Xarici qonaqların, o cümlədən Rusiya Duması üzvlərinin, bəzi ölkələrin Azərbaycandakı səfirlərinin və yerli siyasi partiyaların nümayəndələrinin də iştirak etdiyi qurultay nümayəndələri əvvəlcə Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı üstünə tər güllər düzülmüşdür.
Şəhidlər xiyabanına gələn partiya üzvləri Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızların məzarları üstünə güllər düzmüş, xatirələrini ehtiramla anmışlar.


Park İNN–Azərbaycan mehmanxanasında işini davam etdirən qurultayı giriş sözü ilə açan Milli Məclisin deputatı, partiyanın sədri Xanhüseyn Kazımlı hesabat dövründə görülmüş işlər barədə məlumat vermiş, partiyanın ölkənin siyasi–ictimai həyatındakı rolundan danışmışdır.
Partiya sədrinin, ali məclisin və nəzarət-təftiş komissiyasının hesabatları dinlənildikdən sonra təşkilati məsələlərə baxılmışdır. Xanhüseyn Kazımlı yenidən ASRP-nin sədri seçilmişdir.
Qurultayın işində iştirak edən İordaniyanın ölkəmizdəki səfiri Musa Braizat, Misir Ərəb Respublikasının səfiri Yusif Əhməd İbrahim əl-Şarkavi, Rusiya Dövlət Dumasında komitə sədrinin müavini, Vahid Rusiya partiyasının üzvü Natalya Karpoviç, Duma üzvü Fedot Tumasov və başqaları ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamış, qarşıdan gələn prezident seçkilərinin şəffaf və beynəlxalq normalara uyğun keçəcəyinə əminliklərini bildirmişlər.
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov qurultay nümayəndələrini bu əlamətdar gün münasibətilə təbrik edərək demişdir ki, YAP cəmiyyətdə yüksək nüfuz qazanmışdır və respublikamızın siyasi həyatında öz mövqeyi olan Sosial Rifah Partiyası ilə uzun illərdir sıx əməkdaşlıq edir.
Azərbaycanın son illər böyük iqtisadi uğurlara imza atdığını söyləyən YAP rəsmisi demişdir ki, son illər əldə olunan yüksək nailiyyətlər, ölkə əhalisinin sosial rifahının gündən-günə yaxşılaşdırılması, vətəndaş cəmiyyətinin qurulması istiqamətində görülən işlər Prezident İlham Əliyevin adı ilə sıx bağlıdır. Bu baxımdan sosial rifahçıların payızda keçiriləcək prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə qəbul etdikləri qərarı düzgün seçim hesab edirəm.
Sonda qurultay Prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə Azərbaycan xalqına müraciət qəbul etmişdir.

Bookmark and Share


Liderə sevginin qəribəlıkləri, Prezidentə dəstək
artyazar
İyun 19, 2008 21:57
Baxış sayı: 22

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog