Beynəlxalq əhəmiyyətli görüşlər, fərmanlar...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da İordaniya Haşimilər Krallığı Parlamenti sədrinin müavini Tahir əl-Masrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İordaniya Parlamenti sədrinin müavini Tahir əl-Masri İordaniya Kralı Əlahəzrət II Abdullahın salamlarını Prezident İlham Əliyevə çatdırdı. Azərbaycana səfərinin əhəmiyyətindən danışan qonaq İordaniya Haşimilər Krallığının ölkələrimiz
arasında əlaqələrə böyük önəm verdiyini qeyd etdi və əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycanla İordaniya arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev İordaniya kralı Əlahəzrət II Abdullahın ölkəmizə və özünün İordaniya Haşimilər Krallığına səfərini məmnunluqla xatırladı və həmin səfərlərin ikitərəfli münasibətlərin inkişafında əhəmiyyətli rol oynadığını qeyd etdi. Dövlət başçısı ikitərəfli münasibətlərimizin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev İordaniya Kralı Əlahəzrət II Abdullahın salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını İordaniya kralına çatdırmağı xahiş etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Rusiya Federasiya Şurası sədrinin müavini Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi, dövlət başçıları səviyyəsində keçirilən görüşlərin münasibətlərimizin daha da inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıdığı qeyd olundu. Görüşdə, həmçinin Azərbaycan və Rusiya Ali Qanunverici orqanları arasında mütəmadi görüşlərin və qarşılıqlı səfərlərin parlamentlərarası əlaqələlərin və əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyi vurğulandı və bu sahədə əlaqələrin daha da möhkəmlənəcəyinə əminlik ifadə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkmənistan Parlamentinin sədri xanım Akca Nurberdıyevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Xanım Akca Nurberdıyeva Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycan Parlamentinin 90 illik yubileyi münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik etdi. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin vacibliyini qeyd edən qonaq bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycanla Türkmənistan arasında ikitərəfli münasibətlərin dinamik olaraq inkişaf etdiyini vurğuladı. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfərinə toxunan Prezident İlham Əliyev həmin səfərin əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi işinə xidmət göstərdiyini bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistanın dövlət başçısına çatdırmağı xahiş etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Pakistan Parlamentinin sədri Muhammadmian Sumronun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə Pakistan arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirdi, siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu, iqtisadi sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yarandığını vurğuladı. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinin mövqeyini dəstəkləməsini yüksək qiymətləndirdi. Ölkələrimizin parlamentarilərinin əlaqələrinin əhəmiyyətindən danışan Prezident İlham Əliyev bu səfərin həm Ali Qanunverici orqanlar arasında əməkdaşlığın, həm də ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Azərbaycan Parlamentinin 90 illik yubiley tədbirlərində iştirak etmək üçün ölkəmizə dəvət aldığına görə, Prezident İlham Əliyevə təşəkkür edən Pakistan Parlamentinin sədri Muhammadmian Sumro ölkəsinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini bildirdi. Qonaq iqtisadi sahədə əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu söylədi. Muhammadmian Sumro Pakistanla Azərbaycan parlamentləri arasında əməkdaşlığın ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına Azərbaycan Respublikasının qoşulduğunu nəzərə alaraq və həmin Konvensiyanın müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə dördüncü dövri hesabatın hazırlanmasını və Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları Komitəsinə təqdim olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasına uyğun olaraq Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə dördüncü dövri hesabatın hazırlanması üçün aşağıdakı tərkibdə işçi qrup yaradılsın:
İşçi qrupun rəhbəri
Hicran Hüseynova - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
İşçi qrupun üzvləri
Rüstəm Usubov - Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini
İradə Hüseynova - Azərbaycan Respublikası təhsil nazirinin müavini
Sənan Kərimov - Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Sevinc Həsənova - Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini
Natiq Məmmədov - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
İntiqam Babayev - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Həmid Bağırov - - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini
Cavanşir Məmmədov - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş ictimai təhlükəsizlik idarəsinin rəisi
Murad Nəcəfbəyli - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəisi
Faiq Qurbanov - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi
2. İşçi qrupa tapşırılsın ki, 6 ay müddətində bu Sərəncamın birinci bəndində göstərilən hesabatın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın birinci bəndində göstərilən dördüncü dövri hesabatın hazırlanıb baxıldıqdan sonra 2009-cu il sentyabrın 11-dək Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları Komitəsinə təqdim olunmasını təmin etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanın qaz təsərrüfatının inkişafındakı xidmətlərinə görə Əhməd Süleyman oğlu Pənahova “Azərbaycan Respublikasının əməkdar mühəndisi” fəxri adı verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2008-ci il.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanın qaz təsərrüfatının inkişafındakı xidmətlərinə görə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı işçiləri “Tərəqqi” medalı ilə
təltif edilsinlər:
Abasov İlqar Şirməmməd oğlu
Abdullayev Vəzir Nəzir oğlu
Əhmədov Ramiz Abdulxəlil oğlu
Həsənov Hafiz Xanlar oğlu
Kazımov Vəli Təvəkgül oğlu
Qəmbərov Həsən Xeyrulla oğlu
Quliyev Süheyla İsgəndər oğlu
Mahmudova Xanım Məhəmməd qızı
Məmmədov Feyzi Allahverdi oğlu
Məmmədov Qismət Məmmədqulu oğlu
Paşayev Məzahir İsrafil oğlu
Rəsulov Zakir Qədir oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun 2008-ci il.
Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 19, 2008 22:13
Baxış sayı: 22
Şərhlər(0)

