AZƏRBAYCAN PARLAMENTİNİN 90 İLLİK YUBİLEYİ
Azərbaycan Parlamentinin 90 illik yubileyi ilə əlaqədar təntənəli yığıncaqda iştirak etmək üçün Bakıda səfərdə olan xarici ölkələrin parlament sədrləri, parlament nümayəndə heyətlərinin üzvləri, Milli Məclisin rəhbərləri, deputatlar, səfirlər və digər qonaqlar iyunun 19-da Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.
X X X
Şəhidlər xiyabanını da ziyarət edən qonaqlar Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın məzarları üzərinə güllər düzmüş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar.
Milli Məclisin sədri Oqtay Əsədov qonaqlara Şəhidlər xiyabanının salınma tarixi barədə məlumat vermişdir.
Qonaqlar paytaxtın yüksək nöqtəsindən Bakının mənzərəsini maraqla seyr etmişlər.
Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti, dünyanın görkəmli siyasətçilərindən biri Süleyman Dəmirəl AzərTAc-ın xüsusi müxbirinə məxsusi müsahibə vermişdir. O, Azərbaycanın dövlət başçısı haqqında düşüncələrini bölüşərək demişdir:
-Prezident İlham Əliyev atasının ona əmanət qoyduğu Azərbaycanı və xalqın ona göstərdiyi etimadı çox böyük səylə və ciddiyyətlə qoruyur. Ölkə Prezidenti kimi ötən müddət ərzində xalqına olduqca böyük xidmətlər göstərmiş, dahi siyasətçi Heydər Əliyevin mirası olan Azərbaycanı daha da inkişaf etdirmişdir. Dövlət xadimi kimi də beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.
İnanıram ki, bu gənc siyasətçi çox dəyərli, yetkin, siyasətin mahir bilicisi, dünya siyasətinə bələd olan, Azərbaycanın tarixini, keçmişini dərindən təhlil edən, bugünkü dünya siyasətindəki güc nisbətini gözəl dəyərləndirən, gələcəyə inamla baxan dövlət başçısı kimi hələ uzun illər Azərbaycan xalqının etimadı ilə ölkəsinə xidmət edəcəkdir.
“İlham Əliyev dəyərli dövlət xadimi kimi Heydər Əliyevin müasir Azərbaycanın bir dünya dövlətinə çevrilməsi prosesini tamamlamaq üzrədir”- fikrini vurğulayan Süleyman Dəmirəl bildirmişdir ki, ən başlıcası, o, müasir dünya şərtlərini nəzərə alaraq, Azərbaycanın açıq siyasət yürütdüyünü bəyan edərək beynəlxalq aləmə inteqrasiya və qonşu dövlətlərlə birgə irimiqyaslı layihələrin həyata keçirilməsi istiqamətində inamlı addımlar atmışdır.
İlham Əliyev Azərbaycan xalqının istək və arzularını ən mükəmməl şəkildə gerçəkləşdirir. Eyni zamanda, dövlət xadimi kimi, düşünülmüş və soyuqqanlı siyasət yürütməkdədir. Onun gördüyü işləri bəyənərək diqqətlə izləyirəm və hər bir uğurundan qürur hissi keçirirəm. Çünki, mən onu həm də qardaşımın oğlu sayıram.
Liderə sevginin qəribəlıkləri, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 19, 2008 22:06
Baxış sayı: 22
Şərhlər(0)

