İki oğuz birləşəndə...
AZƏRBAYCAN VƏ TÜRKMƏNİSTAN PREZİDENTLƏRİNİN TƏKBƏTƏK GÖRÜŞÜ
Mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan-Türkmənistan münasibətlərinin inkişaf perspektivləri və bu prosesin fəallaşmasında dövlət başçılarının görüşlərinin rolu vurğulandı. Türkmənistanın dövlət başçısının Azərbaycana bu rəsmi səfərinin ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik bildirildi.
Prezidentlər beynəlxalq həyat və regional əməkdaşlıqla bağlı məsələləri də müzakirə etdilər.
HAVA LİMANINDA QARŞILANMA
AzərTAc xəbər verir ki, mayın 19-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkmənistan Prezidentini Azərbaycanın Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar ali qonağa gül dəstələri təqdim etdilər.
Qarşılanma mərasimindən sonra hava limanının ali qonaqlar üçün salonunda Prezident Qurbanqulu Berdiməhəmmədov və Baş nazir Artur Rasizadə arasında qısa protokol söhbəti oldu.
AzərTAc xəbər verir ki, mayın 19-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Prezident İlham Əliyev Prezident Qurbanqulu Berdiməhəmmədovu səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkmənistanın və Azərbaycanın dövlət himnləri səsləndi.
Prezidentlər İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.
Prezidentlər rəsmi foto çəkdirdilər.
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Unitar dövlətin elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Kamerun münasibətlərinin inkişafı xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 may 2008-ci il.
Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
May 19, 2008 19:17
Baxış sayı: 30
Şərhlər(0)

