Asiyadan və Avropadan rəsmi qonaqlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Koreya Respublikasının Baş naziri Han Sın Sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla və sürətlə inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev son illər Azərbaycanla Cənubi Koreya arasında səmərəli əməkdaşlığa nail olunduğunu qeyd etdi. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, Koreya Respublikası Baş nazirinin ölkəmizə səfəri və imzalanan mühüm sənədlər əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəkdir.
Baş nazir Han Sın Su Koreya Respublikasının Prezidenti Li Men Bakın ən xoş arzularını və səmimi salamlarını dövlətimizin başçısına çatdırdı.
Qonaq Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sürətli iqtisadi inkişafın getdiyinin şahidi olduqlarını vurğuladı. Qarşılıqlı əməkdaşlığımızın uğurla inkişaf etdiyini deyən Han Sın Su bildirdi ki, imzalanmış sənədlər Azərbaycan-Cənubi Koreya münasibətlərinin yaxşı göstəricisidir. O, ticarət sahəsində əlaqələrin son bir neçə ildə sürətlə genişləndiyini və bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini vurğuladı.
Dövlətimizin başçısı Koreya Respublikasının Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını ona çatdırmağı xahiş etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkeli və Yevgeniya Jivkovanı qəbul etmişdir.
Görüşdə Azərbaycanla AŞPA arasında əməkdaşlığa və həmməruzəçilərin ölkəmizə səfəri ilə bağlı müxtəlif məsələlərə dair fikir mübadiləsi aparıldı.
Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
May 19, 2008 19:24
Baxış sayı: 28
Şərhlər(0)

