Reklam verin!

Prezident Ensiklopediyası

İntellektual Prezident - İlham Əliyev

Beynəlxalq imicimizin ünvanı...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ-IN HARVARD UNİVERSİTETİNİN PROFESSORU COZEF NAYI QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da ABŞ-ın Harvard Universitetinin professoru Cozef Nayı qəbul etmişdir.
Ölkəmizə ilk dəfə səfər etdiyini deyən professor Cozef Nay bildirdi ki, səfərinin əsas məqsədi Azərbaycandakı proseslərlə yaxından tanış olmaq və ölkəmizlə bağlı daha geniş informasiya əldə etməkdir. O, Azərbaycanın ABŞ üçün əhəmiyyətli ölkə olduğunu, əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyini bildirdi.


Dövlətimizin başçısı Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu dedi. Dövlətimizin başçısı əmin olduğunu bildirdi ki, Cozef Nayın ölkəmizə səfəri onun Azərbaycanla yaxından tanış olması üçün yaxşı imkan yaradacaqdır.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV CƏNUBİ KOREYANIN “KOLON” ŞİRKƏTİNİN SƏDRİ VUNQ YUL LİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Prezident sarayında Cənubi Koreyanın “Kolon” şirkətinin sədri Vunq Yul Lini qəbul etmişdir.
Görüşdə Cənubi Koreya şirkətlərinin uzun illər Azərbaycanda səmərəli fəaliyyət göstərdiyi və bunun ölkələrimiz arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin daha da genişlənməsinə xidmət etdiyi vurğulandı və “Kolon” şirkətinin də Azərbaycanda uğurlu iş quracağına əminlik ifadə olundu.

NORVEÇİN KRALI ƏLAHƏZRƏT V HARALDA

Əlahəzrət,
Milli bayramınız – Konstitusiya günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Norveç arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 may 2008-ci il.


Bookmark and Share


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
May 18, 2008 8:36
Baxış sayı: 28

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog