Reklam verin!

Prezident Ensiklopediyası

İntellektual Prezident - İlham Əliyev

Beynəlxalq görüşlər, qlobal əlaqələr: Azərbaycan naminə...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YUNESKO-NUN BAŞ DİREKTORU KOİŞİRO MATSUURANI QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Prezident sarayında YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı qəbul etmişdir. Görüşdə Azərbaycanla YUNESKO arasında əlaqələrin yüksək səviyyədə olduğu, ölkəmizdə bu təşkilatın xətti ilə keçirilən uğurlu tədbirlərin əməkdaşlığın daha da genişlənməsinə töhfə verdiyi bildirildi. Cənab Koişiro Matsuura ilə Azərbaycan Prezidenti arasında keçirilən səmərəli görüşlərin əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti vurğulandı və əməkdaşlığın bundan sonra da dərinləşəcəyinə əminlik ifadə olundu.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV UKRAYNANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Prezident sarayında Ukraynanın ölkəmizdə yeni təyin olunmuş səfiri Boris Klimçukun etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Boris Klimçuk etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi, əlaqələrimizin daha da genişlənəcəyinə əminliyini söylədi. Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, onun ölkəmizdə diplomatik fəaliyyəti qarşılıqlı münasibətlərin daha da inkişafına xidmət edəcəkdir.
Səfir Boris Klimçuk dövlətimizin başçısını əmin etdi ki, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəkdir.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERASİYASININ XARİCİ İŞLƏR NAZİRLİYİNİN STATS-KATİBİ, NAZİR MÜAVİNİ QRİQORİ KARASİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Prezident sarayında Rusiya Federasiyasının xarici işlər nazirliyinin stats-katibi, nazir müavini Qriqori Karasini qəbul etmişdir.
Qriqori Karasin ölkələrimiz arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Qonaq bildirdi ki, Rusiya rəhbərliyi ikitərəfli münasibətlərin daha da genişlənməsinə böyük önəm verir.
Prezident İlham Əliyev Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirdi və ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyini söylədi.

“AVROPADA SUBREGİONAL ÇƏRÇİVƏDƏ SAVADLILIQ PROBLEMLƏRİNƏ BAXIŞ: TƏRƏFDAŞLIQ ƏLAQƏLƏRİNİN QURULMASI VƏ İNNOVATİV YANAŞMALARIN TƏTBİQİNƏ DƏSTƏK” MÖVZUSUNDA YUNESKO-NUN REGİONAL KONFRANSINA

Hörmətli konfrans iştirakçıları!
Sizin hamınızı səmimi qəlbdən salamlayır, hər birinizə uzun ömür, cansağlığı və konfransınızın işinə uğurlar arzu edirəm.
Qloballaşma proseslərinin getdikcə dərinləşdiyi müasir dünyada təhsilin vahid ölkə çərçivəsindən çıxaraq, ümumbəşəri dəyərə çevrildiyi bir şəraitdə sizin savadlılıq problemi ətrafında müzakirələr aparmağınız təqdirəlayiqdir. İnformasiya cəmiyyətinin qurulması yolunda uğurlu addımlar atan Azərbaycan rastlaşdığı yeni tipli problemləri həll etməyə çalışır. Məhz bu baxımdan Bakıda belə bir konfransın keçirilməsi böyük əhəmiyyət kəsb edir və bizə Avropa ölkələrinin müsbət təcrübəsindən bəhrələnmək üçün geniş imkanlar yaradır. Əminəm ki, konfrans YUNESKO ilə əməkdaşlığımızın daha da genişləndirilməsinə öz töhfəsini verəcəkdir.
Bu gün ölkəmizdə savadsızlıq probleminin hələ əlli il bundan əvvəl öz həllini tapdığını düşünənlər əksəriyyət təşkil edir. Sizin konfransınız qloballaşan dünyada savadlılıq anlayışının yeni mənasını açıqlayır və hər bir insanın yaxın gələcəkdə istər əmək bazarında, istərsə də cəmiyyətdə ciddi problemlərlə üzləşə biləcəyindən xəbər verir. Digər tərəfdən, konfransda qoyulan məsələlər vətəndaş cəmiyyətinin bütün strukturları üçün geniş fəaliyyət dairəsi açır və insanların bütün ömür boyu təhsil almalarının zəruriliyini xüsusi vurğulayır.
Sürətli iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanda cəmiyyət həyatının strateji sahələrindən olan təhsilə qayğı gündən-günə artırılır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma torpaqlarından qovulmuş bir milyondan artıq qaçqın və məcburi köçkünün təhsil problemləri isə daim diqqət mərkəzindədir. Ümidvaram ki, onların təhsili ilə bağlı məsələlər də konfransınızın müzakirə obyektinə çevriləcəkdir.
Sözsüz ki, sizin konfrans Avropada savadlılıq səviyyəsinin artırılması istiqamətində atılmış ciddi addım olacaq və YUNESKO-nun təhsillə əlaqədar strateji sənədlərində bəyan etdiyi məqsədlərə çatmaq istiqamətində yeni mərhələ təşkil edəcəkdir.
Dərin hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 may 2008-ci il.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSRAİLİN KƏND TƏSƏRRÜFATI VƏ KƏND RAYONLARININ İNKİŞAFI NAZİRİ ŞALOM SİMHONU QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də İsrailin kənd təsərrüfatı və kənd rayonlarının inkişafı naziri Şalom Simhonu qəbul etmişdir.
Görüşdə Azərbaycanla İsrail arasında iqtisadi sahədə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın mümkün perspektivləri barədə fikir mübadiləsi aparıldı, İsrail nazirinin səfərinin azərbaycanlı həmkarları ilə bu sahədə müzakirələrin aparılması üçün yaxşı imkan yaratdığı vurğulandı.


Bookmark and Share


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
May 15, 2008 17:01
Baxış sayı: 30

Şərhlər(0)


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog