Azərbaycana açılan dünya qapıları...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Prezident sarayında Kubanın ölkəmizdəki səfiri Marti Martines Xorxeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğu vurğulandı, bu əlaqələrin müxtəlif sahələrdə daha da genişlənəcəyinə əminlik ifadə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Prezident sarayında Rusiya Federasiyası Dövlət Dumasının sədri Boris Qrızlovu qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, parlamentlərarası əlaqələrin genişlənməsinin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət etdiyi bildirildi.
Söhbət zamanı ali qanunverici orqanlar arasında əməkdaşlığın perspektivləri, eləcə də ikitərəfli əlaqələrin müxtəlif sahələrinə dair fikir mübadiləsi də aparıldı, əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Prezident sarayında YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı qəbul etmişdir.
Görüşdə Azərbaycanla YUNESKO arasında əlaqələrin yüksək səviyyədə olduğu, ölkəmizdə bu təşkilatın xətti ilə keçirilən uğurlu tədbirlərin əməkdaşlığın daha da genişlənməsinə töhfə verdiyi bildirildi. Cənab Koişiro Matsuura ilə Azərbaycan Prezidenti arasında keçirilən səmərəli görüşlərin əlaqələrin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti vurğulandı və əməkdaşlığın bundan sonra da dərinləşəcəyinə əminlik ifadə olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Prezident sarayında Ukraynanın ölkəmizdə yeni təyin olunmuş səfiri Boris Klimçukun etimadnaməsini qəbul etmişdir.
Səfir Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Boris Klimçuk etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə söhbət etdi. Dövlətimizin başçısı Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi, əlaqələrimizin daha da genişlənəcəyinə əminliyini söylədi. Səfirə fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, onun ölkəmizdə diplomatik fəaliyyəti qarşılıqlı münasibətlərin daha da inkişafına xidmət edəcəkdir.
Səfir Boris Klimçuk dövlətimizin başçısını əmin etdi ki, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Prezident sarayında Rusiya Federasiyasının xarici işlər nazirliyinin stats-katibi, nazir müavini Qriqori Karasini qəbul etmişdir.
Qriqori Karasin ölkələrimiz arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Qonaq bildirdi ki, Rusiya rəhbərliyi ikitərəfli münasibətlərin daha da genişlənməsinə böyük önəm verir.
Prezident İlham Əliyev Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini bildirdi və ölkələrimiz arasında əməkdaşlığın bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcəyinə əminliyini söylədi.
Hörmətli cənab Sədr,
Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni son dərəcə kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar dərdinizə şərik çıxır, bu dəhşətli təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayır, xəsarət alanlara şəfa diləyirəm.
Bu ağır anlarda Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 may 2008-ci il.
Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
May 14, 2008 17:41
Baxış sayı: 32
Şərhlər(0)

