Avropadan rəsmi qonaq var: İSVEÇRƏ KONFEDERASİYASININ PREZİDENTİ
Mayın 10-da İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen Azərbaycana rəsmi səfərə gəlmişdir.
Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Paskal Kuşpeni və xanımını təyyarənin pilləkəni yanında Azərbaycanın Baş naziri Artur Rasizadə və digər rəsmi şəxslər qarşıladılar.
Qarşılanma mərasimindən sonra hava limanının ali qonaqlar üçün salonunda Prezident Paskal Kuşpen və Baş nazir Artur Rasizadə arasında qısa protokol söhbəti oldu.
Azərbaycanda rəsmi səfərdə olan İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen və onu müşayiət edən nümayəndə heyəti mayın 11-də Səngəçal neft terminalında olmuşdur.
Xəzər Enerji Mərkəzindən başlanmış tanışlıq zamanı “Əsrin müqaviləsi”nə əsasən, neft-qaz layihələrinin qovuşduğu neft terminalının rəhbərləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə qonaqlara mərkəz barədə ətraflı məlumat verdilər, enerji layihələri haqqında slaydlar nümayiş etdirildi.
Qonaqlara bildirildi ki, inşasına 2001-ci ildən başlanmış terminalda tutumu 880 min barrel olan 3 xam neft çəni, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi vardır. Buraya fiberoptik rabitə kabelləri, sahildən 187 kilometr aralıda yerləşən dəniz yataqlarından sualtı neft və qaz kəmərləri çəkilmişdir.
Sonra isveçrəli qonaqlar avtobusla terminalın ərazisini gəzdilər. Onlara buradakı texnoloji proseslər barədə də ətraflı məlumat verildi.

AzərTAc xəbər verir ki, İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen mayın 11-də Qobustan Dövlət tarixi-bədii qoruğunda olmuşdur.
Qonaqlara məlumat verildi ki, Bakıdan 65 kilometr məsafədə yerləşən Qobustan Azərbaycanın qədim tarixinin yadigarlarından biridir. O, Üst Paleolit və Mezolit dövrlərinin ilk ovçu qəbilələrinin, Neolit dövrünün ilk maldarlarının məskəni olmasını sübut edən abidədir. Ərazidə aparılmış tədqiqatlar nəticəsində mindən çox qayanın üzərində altı mindən artıq təsvir qeydə alınmışdır. Burada 40-dan artıq kurqan aşkar olunmuş və 105 mindən çox maddi mədəniyyət nümunəsi tapılmışdır.
4 min hektardan artıq ərazidə yerləşən və 6 min qayaüstü rəsmin qorunduğu Qobustanın YUNESKO-nun Dünya mədəni irsi siyahısına daxil edilməsi barədə məlumatı ali qonaq və nümayəndə heyətinin üzvləri maraqla qarşıladılar.
İsveçrə rəhbərinə Prezident İlham Əliyevin göstərişinə müvafiq olaraq, ətraf yolların, su kəmərlərinin bərpasına, yeni binanın tikintisinə hazırlıq işlərinin aparıldığı barədə də məlumat verildi.
Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan İsveçrə Prezidenti Paskal Kuşpen ərazidə aparılmış tədqiqat işləri ilə, tarixi eksponatlarla maraqlandı. Ali qonaq Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu bildiyini, Qobustana səfərdən və qayaüstü rəsmlərlə tanışlıqdan sonra bunu bir daha yəqin etdiyini vurğuladı.
İsveçrə Prezidenti qoruğun Xatirə kitabına ürək sözlərini yazdı.
Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
May 12, 2008 8:13
Baxış sayı: 34
Şərhlər(0)