Reklam verin!
 Prezident Ensiklopediyası : PREZİDENTİMİZ FÜZULİ RAYONUNDA MÜASİR TİBB MƏRKƏZİ TİKDİRİR

Navigation


RSS: Yazılar


PREZİDENTİMİZ FÜZULİ RAYONUNDA MÜASİR TİBB MƏRKƏZİ TİKDİRİR

Aprel 20, 2008 14:00, Virtual gündəlik, Prezidentə dəstək, Qarabağın xilaskarı, artyazar, Şərhlər(0)

 Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Füzuli rayonunda Tibb mərkəzinin təməlinin qoyulması mərasimində iştirak etmişdir.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına məlumat verdi ki, mərkəz 2 hektarlıq sahədə yerləşəcəkdir. Üç korpusdan ibarət mərkəzdə qəbul otağı, stasionar şöbə, rentgen kabineti, laboratoriya, inzibati şöbə, əməliyyat bloku, reanimasiya və doğum şöbələri olacaqdır. Yeni tibb ocağında ətraf bölgələrdən gələnlərə də tibbi xidmət göstəriləcəkdir.

 Tibb mərkəzində yardımçı otaqlar, mətbəx, yeməkxana, daimi elektrik enerjisi təchizatı olacaq, qazanxana, camaşırxana tikiləcəkdir. Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikiləcək səhiyyə ocağı ən müasir tibb avadanlığı ilə təchiz ediləcəkdir.
Prezident İlham Əliyev gilizi təmələ qoydu və beton qarışığı tökdü.

FÜZULİ RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI NƏBİ MUXTAROVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!
İcazə verin, bütün füzulililər adından Sizə ən səmimi salamlarımızı çatdırım. Bu gün rayonumuzun hər bir guşəsində bayramdır. Erməni işğalçıları ilə üz-üzə dayanan, yaşayan və mübarizə aparan füzulililərin qəlbinə Siz gəlişinizlə hərarət gətirdiniz, onlara əlavə güc verdiniz, onların gələcəyə inamını artırdınız.
Möhtərəm cənab Prezident!
1993-cü ilin oktyabr ayında Füzuli rayonu öz içimizdə olan xəyanətkarların köməyi ilə tam işğala məruz qaldı. Həmin çətin vaxtlarda cəbhə xəttində yaranmış vəziyyətlə bağlı ulu öndərin xalqa müraciəti və döyüş bölgəsinə gəlməsi orduda böyük ruh yüksəkliyi, cəbhədə dönüş yaratdı. Məhz ulu öndərin qətiyyətli addımları, böyük sərkərdəlik məharəti nəticəsində 1994-cü ilin yanvar ayında, Horadiz də daxil olmaqla, rayonun 22 yaşayış məntəqəsi, təxminən 500 kvadratkilometr ərazisi düşməndən azad edildi. 1994-cü ilin aprel ayının 9-da ulu öndər Haramıda, ön xətdə yerləşən hərbi hissələrdə oldu. “Çadırlarda yaşayan məcburi köçkünlərin üzərinə yağan yağış, qar belə, hesab edirəm ki, mənim üzərimə yağır” – ulu öndərimizin ürək ağrısı ilə dediyi bu sözlər məcburi köçkünlər üçün sabaha inam yaradan bir stimul oldu. Çətin şəraitdə yaşayan insanların dözümlülüyünə dözüm qatdı. Haradasa ümidi zəifləmiş insanlara onların problemlərinin daim ölkə başçısının diqqətində olduğunu göstərdi.
Ulu öndərimizin qaçqın və məcburi köçkünlərə gündəlik qayğısı bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdiniz ki, Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaqdır. Siz verdiyiniz sözə hətta bir il də tez əməl etdiniz. Yeni salınmış qəsəbələrlə, Horadizə şəhər statusunun verilməsi ilə Füzuli rayonuna yeni nəfəs, yeni həyat bəxş etdiniz. Hazırda şəhərin yenidən qurulması üçün əməli tədbirlər görülür, abadlıq işləri aparılır. Horadiz şəhərində Heydər Əliyev adına park salınmış, muzey inşa olunmuşdur. Sizin tapşırığınızla 2006-2007-ci illərdə ayrılmış iki milyon manat vəsait hesabına Horadiz şəhərinin parkı, məhəllələri, daxili yolları abadlaşdırılmış, küçələrdə işıqlandırma sistemi qurulmuş, kəndarası yollar, su təchizatı və kanalizasiya sisteminin bir hissəsi, təbii fəlakətdən zərər çəkmiş Horadiz şəhər, Alxanlı, Aşağı Yağlıvənd kənd orta məktəbləri, Horadiz və Böyük Bəhmənli mədəniyyət sarayları əsaslı təmir olunmuşdur.
Bir sözlə, Horadiz günü-gündən gözəlləşərək, müasir şəhər görkəmi alır. Nəinki Horadiz, rayonun ucqar kəndləri də abadlaşır, insanların sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Elə Zobucuqda yerləşən bu qəsəbələr, ən yüksək standartlara cavab verən yol, yeni körpü də Sizin Füzuliyə göstərdiyiniz qayğının bir nümunəsidir.
Cənab Prezident, ötən ilin sonunda imzaladığınız Sərəncama əsasən, Füzuli rayonu ərazisinə təbii qazın verilməsi, yeni içməli su xəttinin çəkilməsi, 1500 evin bərpa edilməsi, orta ixtisas məktəbinin açılması, 30 ədəd subartezian quyusunun qazılması, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalının artırılması istiqamətində bir çox tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Sabaha olan inamın, ölkəmizin bugünkü qüdrətinin təzahürüdür ki, cəbhə bölgəsi olan Füzulidə artıq ən yüksək standartlara cavab verən tibb mərkəzinin və müasir su elektrik stansiyasının tikilməsi barədə tapşırıq vermisiniz. Cənab Prezident, bütün bunlara görə füzulililər Sizə minnətdardırlar.
Füzulidə məcburi köçkünlər üçün ulu öndərin və şəxsən Sizin tapşırığınızla hər cür şəraiti olan 4211 ailəlik 16 qəsəbə salınmış, 9 məktəb binası və 8 tibb müəssisəsi tikilmiş, 21 məktəb binası və 11 tibb müəssisəsi bərpa olunmuşdur. İşğal dövründə dağıdılmış və yandırılmış 4 minə yaxın ev bərpa olunaraq istifadəyə verilmişdir. Ərazidə məskunlaşan əhalinin içməli su təchizatı və suvarma suyuna, elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün bütün tədbirlər əsasən həyata keçirilmişdir.
Yaratdığınız şərait və göstərdiyiniz kömək nəticəsində ələbaxımlığa son qoyulmuş, əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə 5250 ailəyə torpaq payı verilmiş, 300-dən artıq kəndli-fermer təsərrüfatı yaradılmışdır. Hazırda ərazimizdə olan torpaqlarda 21 min başdan çox qaramal, 70 min başa yaxın davar saxlanılır, bostan-tərəvəz məhsulları becərilir, 25 min tona qədər taxıl yığılır. Bu il isə 50 min ton taxıl məhsulu gözlənilir.
2005-ci ilin iyul ayında keçirilən toplantıda verdiyiniz tapşırığa əsasən, Yuxarı Mil kanalının davamı kimi 4,2 kilometr məsafədə suvarma kanalı çəkilmişdir. Minnətdarlıqla bildiririk ki, rayonun iqtisadiyyatı üçün önəmli olan üzümçülüyün inkişafına geniş diqqət yetirilir. 12500 hektara yaxın sahənin üzüm əkilməsi üçün ayrılması böyük hadisədir. Həmin ərazidə yeni qəsəbələrin salınması, suvarma suyu və içməli su ilə təmin edilməsi, faktik olaraq, rayon iqtisadiyyatının bərpasını, yaxın üç ildə 20 min nəfərə qədər əhalinin daimi iş yeri ilə təmin olunmasını, həyat şəraitinin daha da yüksəlməsini təmin edəcəkdir.
Bu gün Füzulinin mədəni həyatı da öz ahənginə qayıdır. Mədəniyyət sarayları əsaslı təmirdən sonra yenidən fəaliyyətə başlayır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xalqımızın tarixinə, mədəniyyətinə, xalq musiqisinə, xüsusilə hər bir qarabağlı üçün əziz olan muğam sənətinə göstərdiyi qayğı, onu dünya miqyasında tanıtması füzulililərin ürəyincədir. Bütün bunlara görə füzulililər Mehriban xanıma dərin təşəkkürlərini bildirirlər.
Möhtərəm cənab Prezident!
Siz dəfələrlə vurğulamısınız ki, torpaqlarımızın itirilməsi ilə heç vaxt barışa bilmərik. Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına heç vaxt yol verilməyəcəkdir. Dağlıq Qarabağ işğaldan azad olunacaq, orada yaşayan azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar. Düşmənlə üz-üzə dayanan Füzuli rayonu Sizin rəhbərliyiniz altında heç bir qorxu hiss etmədən yaşayır, sürətlə inkişaf edir, abadlaşır.
Sizə məruzə edirəm, yüksək diqqət və qayğınızın nəticəsidir ki, Füzuli camaatı öz doğma yurdlarına qayıdır, burada yeni həyat qururlar. Hazırda rayonun işğaldan azad olunmuş ərazisində 65 min nəfərə qədər əhali yaşayır. İlin sonuna qədər onların sayı 70 min nəfəri keçəcəkdir. Bu, ümumi əhalimizin 65 faizinə bərabərdir. Cənab Prezident, atəşkəsin tez-tez pozulduğu, döyüşlərin getdiyi bir şəraitdə insanların cəbhə bölgəsi olan Füzuliyə qayıtması onların Sizə və yalnız Sizə inanmasından və güvənməsindən irəli gəlir. Sizin şəxsinizdə hər bir füzulili sanki uca bir dağa söykənmişdir. Onlar Sizə arxalanır və torpaqlarımızın tezliklə azad olunacağına əmindirlər.
Cənab Prezident, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Fürsətdən istifadə edərək, Füzuli seçicilərinin qəlbindən keçən və bu gün hər birinin Sizə söyləmək istədiyi fikri çatdırmaq istəyirəm: Füzulililər daim onlara göstərdiyiniz yüksək diqqət və qayğını hiss edir. Bütün ümidlərini, gələcəyə olan inamlarını, Sizinlə, yalnız Sizinlə bağlayırlar.

X X X

Sonra Prezident İlham Əliyev dedi ki, mən qeyd etdim, bu gün yaxşı tədbirlər olacaq, həm yeni tibb mərkəzinin, həm də elektrik stansiyasının təməli qoyulacaqdır. Səhər icra hakimiyyətinin başçısı mənə müraciət etmişdi ki, Füzulidə yaxşı, gözəl Olimpiya kompleksi tikilsin. Mən ona dedim ki, bunu çıxışında deyərsən. Amma yəqin utandı, demədi. Mən özüm bunu demək istəyirəm, elə buradan hökumətə, Maliyyə Nazirliyinə göstəriş verirəm ki, bu yaxınlarda büdcənin dürüstləşməsi zamanı Füzulidə Olimpiya kompleksinin tikintisini nəzərə alsınlar.

X X X

Rayon sakinləri bu xoş xəbəri alqışlarla qarşıladılar.

ZOBUCUQ QƏSƏBƏSİNDƏ ORTA MƏKTƏB BİNASININ AÇILIŞI

AzərTAc xəbər verir ki, aprelin 18-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Fondunun vəsaiti hesabına Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbəsində olmuşdur.
Burada dövlətimizin başçısını hərarətlə qarşıladılar. Dövlətqaçqınkomun sədri Əli Həsənov yeni qəsəbə barədə Prezidentə məlumat verərək bildirdi ki, burada yaşayış üçün bütün infrastruktur yaradılmışdır.
Prezident İlham Əliyev həmin ərazinin tikintidən əvvəlki, inşaat işlərinin gedişini və hazırkı vəziyyətini əks etdirən fotostendə baxdı, burada BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin başçısı Vilyam Tol ilə ayaqüstü görüşdü.
Zobucuq adlanan ərazidə beş qəsəbə salınmışdır. Hər qəsəbədə 200 ev vardır. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik burada 2,25 min hektar sahəni minalardan tamamilə təmizləmişdir.
Sonra qəsəbədəki 27 nömrəli orta məktəbə gələn Prezident İlham Əliyevi muğam üçlüyünün ifasında Bəhram Nəsibovun “Qarabağ” mahnısı ilə qarşıladılar.
İkimərtəbəli məktəb binasında 15 sinif otağı vardır. Burada “Qalaqayın” qəsəbəsindən köçürülmüş ailələrdən olan 360 şagird təhsil alır. Məktəbdə “Qan yaddaşı”, “Milli Qəhrəmanlar”, habelə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya həsr olunmuş xüsusi guşələr vardır.
Dövlətimizin başçısı idman salonunda gənc idmançıların nümunəvi çıxışlarını izlədi, kompyuter otağı ilə tanış oldu, tikinti zamanı aşkar edilmiş və 5 min il yaşı olan tapıntılara baxdı, məktəbin eyvanından qəsəbəni seyr etdi.
Sonra Prezident İlham Əliyev məktəbin açılışına toplaşmış rayon ictimaiyyətinin nümayəndələri qarşısında nitq söylədi.

X X X

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarov çıxış etdi.

QURUÇAY ÜZƏRİNDƏ YENİ KÖRPÜ SALINMIŞDIR

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də Horadiz-Füzuli magistralını Zobucuq ərazisində yeni salınmış qəsəbələrlə birləşdirən 15 kilometrlik avtomobil yolunun və Quruçay üzərində tikilmiş körpünün açılışında iştirak etmişdir.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov, “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin sədri Ağalar Vəliyev dövlətimizin başçısına məlumat verərək bildirdilər ki, körpünün uzunluğu 24,1 metr, eni 9 metrdir. Yeni yolun çəkilməsi zamanı 27 ədəd dəmir-beton suötürücü bəndlər quraşdırılmışdır.
Prezident İlham Əliyev körpünün açılışını bildirən rəmzi qırmızı lenti kəsdi, görülən işləri yüksək qiymətləndirdi.
Ətrafdakı beş qəsəbədə 375 ev tikmiş “Azəraqrartikinti” magistral yoldan bu qəsəbələrə 3,2 kilometrlik yollar da çəkmişdir. Yeni yol və körpü Dövlət Neft Fondunun vəsaiti hesabına salınmışdır.
Dövlətimizin başçısı sonra avtomobilin sükanı arxasına keçərək, Zobucuq qəsəbəsində 27 nömrəli orta məktəbin binasının açılış mərasiminə yola düşdü.


Baxış sayı: 71
Açar sözlər:
Bookmark and Share





Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha