Reklam verin!

Prezident:millətin simvolu

İntellektual Prezident - İlham Əliyev

İskəndər qüdrətli Ali Baş Komandanımız: əmrinizə müntəzirik...

BU GÜN AZƏRBAYCAN ORDUSU BÖLGƏNİN ƏN GÜCLÜ ORDUSUDUR

AZƏRBAYCAN PREZİDENTİ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI İLHAM ƏLİYEVİN MİLLİ ORDUNUN 90 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ BAKIDA KEÇİRİLƏN TƏNTƏNƏLİ HƏRBİ PARADDA NİTQİ
- Əziz əsgərlər, zabitlər, generallar!
Əziz hərbçilər!
Xanımlar və cənablar!
Mən sizi və bütün Azərbaycan xalqını Azərbaycan Ordusunun 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik, yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan Milli Ordusunun yaranması bizim tariximizdə çox əlamətdar və tarixi bir hadisə idi. 1918-ci ildə müsəlman aləmində ilk dəfə demokratik respublikanın yaranması çox böyük tarixi hadisə idi. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Azərbaycan dünya aləminə qovuşurdu. Biz bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyini böyük təntənə ilə və çox geniş şəkildə qeyd etdik.

Davamı...


Virtual gündəlik, Prezidentə dəstək, Ali sərkərdə, Qarabağın xilaskarı, İntellektual nitq və çıxışlar
artyazar
İyul 4, 2008 9:38
Baxış sayı: 0

Şərhlər(0)

Dövlətçiliyin islahat istiqamətləri...

“ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 13 iyun tarixli 641-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Ünvanlı dövlət sosial yardımı haqqında”


Davamı...


Fərman və sərəncamlar
artyazar
İyul 1, 2008 8:49
Baxış sayı: 4

Şərhlər(0)

Hər gün görüşlər, yeni rəsmi sənədlər

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV KÜVEYT ƏMİRİ APARATININ RƏHBƏRİ ŞEYX NASİR SABAH ƏL-ƏHMƏD ƏL-SABAHIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Küveyt Dövləti Əmiri Aparatının rəhbəri Şeyx Nasir Sabah əl-Əhməd əl-Sabahın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Küveyt Əmiri Aparatının rəhbəri Küveyt Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əl-Sabahın xalqımızın ümummilli lideri Heydər Əliyevlə keçirdiyi görüşləri daim böyük ehtiramla xatırladığını dedi.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik
artyazar
İyul 1, 2008 8:41
Baxış sayı: 0

Şərhlər(0)

Sərəncam, qanun və başqa rəsmi sənədlər

“MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİNİN İŞTİRAKÇISI OLAN DÖVLƏTLƏRİN HUMANİTAR ƏMƏKDAŞLIQ ÜZRƏ ŞURASI HAQQINDA” SAZİŞİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :
I. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin humanitar əməkdaşlıq üzrə Şurası haqqında” 2006-cı il noyabrın 28-də Minsk şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 iyun 2008-ci il.


Davamı...


Fərman və sərəncamlar
artyazar
İyul 1, 2008 8:29
Baxış sayı: 0

Şərhlər(0)

Hərgünkü işlər, sərəncamlar

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV HEYDƏR ƏLİYEV ADINA SARAYDA APARILAN ƏSASLI TƏMİR VƏ YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Heydər Əliyev adına Sarayda aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə binanın fasadına baxdı, burada işlərin gedişi ilə maraqlandı. Prezident İlham Əliyevə məlumat verildi ki, sarayın fasadı xüsusi mərmərlə üzlənmiş, binanın qarşı və yan tərəflərində ABŞ istehsalı olan ekran tipli şüşələr quraşdırılmışdır. Bu ekran tipli şüşələr içəridə keçiriləcək tədbirləri birbaşa sarayın xaricindən də izləməyə imkan verəcəkdir. Bu isə sarayın əsas özəlliklərindən birini təşkil edəcəkdir. Ekran tipli şüşələr şəhərin gecə görüntüsünə də xüsusi yaraşıq verəcəkdir. Onlardan monitor kimi də istifadə olunacaqdır.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik
artyazar
İyul 1, 2008 8:15
Baxış sayı: 2

Şərhlər(0)

Beynəlxalq əhəmiyyətli görüşlər, fərmanlar...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İORDANİYA HAŞİMİLƏR KRALLIĞI PARLAMENTİ SƏDRİNİN MÜAVİNİ TAHİR ƏL-MASRİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da İordaniya Haşimilər Krallığı Parlamenti sədrinin müavini Tahir əl-Masrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İordaniya Parlamenti sədrinin müavini Tahir əl-Masri İordaniya Kralı Əlahəzrət II Abdullahın salamlarını Prezident İlham Əliyevə çatdırdı. Azərbaycana səfərinin əhəmiyyətindən danışan qonaq İordaniya Haşimilər Krallığının ölkələrimiz


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 19, 2008 22:13
Baxış sayı: 7

Şərhlər(0)

PREZİDENT İLHAM ƏLİYEV VƏ AZƏRBAYCAN MİLLİ MƏCLİSİ

PREZİDENT İLHAM ƏLİYEVİN MİLLİ MƏCLİSİN AZƏRBAYCAN PARLAMENTİNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YIĞINCAĞINDA NİTQİ

-Hörmətli xanımlar və cənablar!
Hörmətli deputatlar, əziz qonaqlar!
Mən sizin hamınızı bu gün bu gözəl gündə ürəkdən salamlayıram. Bütün qonaqlara xoş gəlmisiniz deyirəm.
Bu gün Azərbaycanın tarixində çox əlamətdar bir gündür. Biz Azərbaycan Parlamentinin 90 illik yubileyini təntənəli şəkildə qeyd edirik. Bu, həqiqətən də çox əlamətdar və tarixi hadisə olmuşdur. Biz keçən ay Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyini geniş şəkildə qeyd etmişik. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünya miqyasında tarixi bir hadisə idi. Çünki ilk dəfə müsəlman aləmində, bütövlükdə Şərqdə demokratik respublika yaranmışdır.


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar
artyazar
İyun 19, 2008 22:08
Baxış sayı: 5

Şərhlər(0)

AZƏRBAYCAN PARLAMENTİNİN 90 İLLİK YUBİLEYİ

AZƏRBAYCAN PARLAMENTİNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YIĞINCAĞIN İŞTİRAKÇILARI ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT ETMİŞLƏR

 Azərbaycan Parlamentinin 90 illik yubileyi ilə əlaqədar təntənəli yığıncaqda iştirak etmək üçün Bakıda səfərdə olan xarici ölkələrin parlament sədrləri, parlament nümayəndə heyətlərinin üzvləri, Milli Məclisin rəhbərləri, deputatlar, səfirlər və digər qonaqlar iyunun 19-da Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.


Davamı...


Liderə sevginin qəribəlıkləri, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 19, 2008 22:06
Baxış sayı: 6

Şərhlər(0)

Daha bir Partiya İlham Əliyevin namizədliyini irəli sürdü...

SOSİAL RİFAH PARTİYASI PREZİDENT SEÇKİLƏRİNDƏ DÖVLƏTİMİZİN BAŞÇISI İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYƏCƏKDİR

İyunun 18-də Azərbaycan Sosial Rifah Partiyasının VI qurultayı keçirilmişdir.
Xarici qonaqların, o cümlədən Rusiya Duması üzvlərinin, bəzi ölkələrin Azərbaycandakı səfirlərinin və yerli siyasi partiyaların nümayəndələrinin də iştirak etdiyi qurultay nümayəndələri əvvəlcə Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı üstünə tər güllər düzülmüşdür.
Şəhidlər xiyabanına gələn partiya üzvləri Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızların məzarları üstünə güllər düzmüş, xatirələrini ehtiramla anmışlar.


Davamı...


Liderə sevginin qəribəlıkləri, Prezidentə dəstək
artyazar
İyun 19, 2008 21:57
Baxış sayı: 4

Şərhlər(0)

Dünyanın maraq mərkəzi - Azərbaycan və onun Prezidenti...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV OMBUDSMANLARIN VI BAKI BEYNƏLXALQ KONFRANSININ İŞTİRAKÇILARINI QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Ombudsmanların VI Bakı Beynəlxalq konfransının iştirakçılarını qəbul etmişdir.
Dövlətimizin başçısı İLHAM ƏLİYEV qonaqlara müraciətlə dedi:
-Hörmətli qonaqlar, mən sizin hamınızı Azərbaycanda ürəkdən salamlayıram. Ölkəmizə xoş gəlmisiniz.
Bildiyiniz kimi, bu gün Azərbaycanda insan hüquqları günü qeyd edilir. Mən bir il bundan əvvəl


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar
artyazar
İyun 19, 2008 21:54
Baxış sayı: 6

Şərhlər(0)

Hər yerdə birinci...

BEYNƏLXALQ SORĞUNUN NƏTİCƏLƏRİNƏ GÖRƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YAXIN ŞƏRQ REGİONUNUN LİDERİ OLMUŞDUR

“Ümumdünya ictimai rəy” (World Public Opinion) beynəlxalq layihəsinin keçirdiyi sorğunun nəticələrinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyev Yaxın Şərq regionunun lideri olmuşdur. Respondentlərin 77 faizi Azərbaycan Prezidentinin xarici siyasətini bəyəndiyini bildirmişdir.
Dünya əhalisinin təxminən 60 faizinin yaşadığı 20 ölkədə, o cümlədən Misir, Rusiya, ABŞ, Hindistan, Çin, İndoneziya, Böyük Britaniya, Fransa, Türkiyə və digər ölkələrdə keçirilən sorğuda 20 minə yaxın adam iştirak etmişdir.


Davamı...


Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 17, 2008 22:53
Baxış sayı: 6

Şərhlər(0)

Hər şeyi və hamını düşünən PREZİDENT

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ KÖKSAL TOPTANIN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı dost və qardaş ölkə olan Azərbaycanla Türkiyə arasında əlaqələrin bütün sahələrdə uğurla və sürətlə inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev dedi ki, ölkələrimiz arasında elə bir sahə yoxdur ki orada işbirliyi olmasın. İkitərəfli münasibətlərimizdə parlamentlərarası əlaqələrin böyük əhəmiyyət


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 17, 2008 22:45
Baxış sayı: 7

Şərhlər(0)

TİBB İCTİMAİYYƏTİ SEÇKİLƏRDƏ İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYİR

AZƏRBAYCANIN TİBB İCTİMAİYYƏTİ PREZİDENT SEÇKİLƏRİNDƏ YALNIZ İLHAM ƏLİYEVİN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏMƏKLƏ GƏLƏCƏK XOŞBƏXTLİYƏ QOVUŞACAQLARINA İNANIRLAR

AzərTAc xəbər verir ki, iyunun 13-də Azərbaycan Tibb Universitetində səhiyyə işçilərinin növbəti seçkilərdə Prezident İlham Əliyevin namizədliyinin dəstəkləməsi ilə bağlı toplantı keçirilmişdir.
Toplantını səhiyyə naziri Oqtay Şirəliyev açaraq növbəti prezident seçkilərində irəli sürülmüş namizədin kimliyinin əsas məsələ olduğunu vurğulamış, bu seçkilərdə səhiyyə işçiləri tərəfindən dəstəklənəcək namizədin - dövlətimizin başçısı İlham Əliyevin cəmiyyətdə çox yüksək nüfuza malik olduğunu demişdir.


Davamı...


Virtual gündəlik, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 17, 2008 22:36
Baxış sayı: 6

Şərhlər(0)

Hər gün uğurlu inkişaf anları...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BELÇİKANIN DÖVLƏT NAZİRİ, AVROPA PARLAMENTİNİN ÜZVÜ, SABİQ BAŞ NAZİR JAN-LUK DEHAENİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Belçikanın dövlət naziri, Avropa Parlamentinin üzvü, sabiq Baş nazir Jan-Luk Dehaeni qəbul etmişdir.
Jan-Luk Dehaen Azərbaycana 1998-ci ildə səfər etdiyini və xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü böyük məmnunluqla xatırladı. Qonaq ölkəmizdə gedən inkişaf prosesləri ilə yaxından tanış olmaq üçün bu səfərin yaxşı imkan yaratdığını qeyd etdi.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 17, 2008 22:27
Baxış sayı: 6

Şərhlər(0)

Beynəlxalq görüşlər, fərmanlar...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İSLAM İNKİŞAF BANKININ PREZİDENTİ, ÖZƏL SEKTORUN İNKİŞAFI ÜZRƏ İSLAM KORPORASİYASI DİREKTORLAR ŞURASININ SƏDRİ ƏHMƏD MƏHƏMMƏD ƏLİNİN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də İslam İnkişaf Bankının prezidenti, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Direktorlar Şurasının sədri Əhməd Məhəmməd Əlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İslam İnkişaf Bankının prezidenti, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Direktorlar Şurasının sədri Əhməd Məhəmməd Əli nümayəndə heyətinə göstərilən yüksək


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 17, 2008 22:19
Baxış sayı: 4

Şərhlər(0)

Görüşlər, fərmanlar...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “SİVİLİZASİYALARIN DİALOQU” DÜNYA İCTİMAİ FORUMUNUN BEYNƏLXALQ ƏLAQƏLƏNDİRMƏ KOMİTƏSİNİN SƏDRİ, AVROPA ŞURASININ KEÇMİŞ BAŞ KATİBİ VALTER ŞVİMMERİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 11-də “Sivilizasiyaların dialoqu” Dünya İctimai Forumunun Beynəlxalq Əlaqələndirmə Komitəsinin sədri, Avropa Şurasının keçmiş Baş katibi Valter Şvimmeri qəbul etmişdir.
Valter Şvimmer Avropa Şurasının Baş katibi vəzifəsində çalışdığı zaman Prezident İlham Əliyevlə səmərəli görüşlər keçirdiyini vurğulayaraq Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi onun həmin dövrdəki fəaliyyətini yüksək qiymətləndirdi. O, “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forumun Azərbaycanda keçirilməsinin mühüm əhəmiyyət daşıdığını vurğuladı. Valter Şvimmer həmçinin səfəri zamanı ölkəmizdə böyük inkişafın şahidi olduğunu da qeyd etdi.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 11, 2008 18:53
Baxış sayı: 9

Şərhlər(0)

“MƏDƏNİYYƏTLƏRARASI DİALOQDA QADINLARIN ROLUNUN GENİŞLƏNDİRİLMƏSİ”...

BAKIDA “MƏDƏNİYYƏTLƏRARASI DİALOQDA QADINLARIN ROLUNUN GENİŞLƏNDİRİLMƏSİ” MÖVZUSUNDA BEYNƏLXALQ FORUM İŞƏ BAŞLAMIŞDIR
İyunun 10-da Bakıdakı “Gülüstan” sarayında “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq forum işə başlamışdır.
Heydər Əliyev Fondunun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak edirlər.
Beynəlxalq forumun iştirakçısı olan yüksək səviyyəli qonaqlar “Gülüstan” sarayına

Davamı...


Bölməsiz
artyazar
İyun 11, 2008 18:43
Baxış sayı: 7

Şərhlər(0)

Mədəniyyətlərin dialoquna çalışan Prezident...

BEYNƏLXALQ BAKI FORUMUNDA İŞTİRAK EDƏN XARİCİ ÖLKƏLƏRİN BİRİNCİ XANIMLARININ VƏ DİGƏR YÜKSƏK SƏVİYYƏLİ QONAQLARIN ŞƏRƏFİNƏ

İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq forumda iştirak edən xarici ölkələrin birinci xanımlarının və digər yüksək səviyyəli qonaqların şərəfinə ziyafət verilmişdir.
Dövlətimizin başçısı İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qonaqları səmimiyyətlə salamladılar.

Prezident İlham Əliyev mərasimdə çıxış etdi.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 11, 2008 18:35
Baxış sayı: 9

Şərhlər(0)

Gərgin iş, yüksək nəticələr...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERASİYASININ MÜLKİ MÜDAFİƏ, FÖVQƏLADƏ HALLAR VƏ FƏLAKƏTLƏRİN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI ÜZRƏ NAZİRİ SERGEY ŞOYQUNU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da Rusiya Federasiyasının Mülki müdafiə, fövqəladə hallar və fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Sergey Şoyqunu qəbul etmişdir.
Sergey Şoyqu Azərbaycan Prezidenti ilə ötən görüşündən keçən dövr ərzində Rusiya ilə Azərbaycanın Fövqəladə Hallar Nazirlikləri arasında əməkdaşlığa dair konkret layihələrin həyata keçirildiyini qeyd etdi və bu istiqamətdə aparılan işlərin əməkdaşlığımızın daha da genişlənəcəyinə xidmət etdiyini vurğuladı.

Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 11, 2008 18:25
Baxış sayı: 8

Şərhlər(0)

Dünyanın diqqətində yenə Azərbaycandır...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ RUSİYA PREZİDENTİ DMİTRİ MEDVEDEVİN GÖRÜŞÜ
İyunun 6-da Sankt-Peterburqdakı Konstantinov sarayında Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Dmitri Medvedevin görüşü olmuşdur.
Rusiya dövlətinin başçısı DMİTRİ MEDVEDEV Azərbaycan Prezidentini salamlayaraq dedi:
- Hörmətli İlham Heydər oğlu, Peterburqda yenidən görüşməyimizə şadam. Bizim görüşlərimiz üçün kifayət qədər əsas, çoxlu maraqlı layihələr var, hətta əmtəə dövriyyəsinin strukturunda da bir sıra göstəricilər yaxşılaşır. Bunlar, bəlkə də, formal şeylərdir, lakin

Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik
artyazar
İyun 11, 2008 18:14
Baxış sayı: 10

Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYA SƏFƏRİ. FƏRMANLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərinə yola düşmüşdür.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.

Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 11, 2008 17:51
Baxış sayı: 8

Şərhlər(0)

Naxçıvan - Azərbaycanın əzəli torpağı...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRİ CULFA RAYON MƏRKƏZİ XƏSTƏXANASININ AÇILIŞ MƏRASİMİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyunun 3-də Culfa rayon mərkəzi xəstəxanasının açılış mərasimində iştirak etmişlər.
Prezident İlham Əliyev xəstəxananın açılışını bildirən rəmzi qırmızı lenti kəsdi, yeni müalicə ocağı ilə tanış oldu. Dövlətimizin başçısı burada yaradılmış şəraiti yüksək qiymətləndirdi.


Davamı...


Virtual gündəlik, Prezidentə dəstək, İntellektual nitq və çıxışlar
artyazar
İyun 5, 2008 13:29
Baxış sayı: 12

Şərhlər(0)

Türk Dünyasının qoşa sütünları birləşir...

ULU ÖNDƏRİN ABİDƏSİNİ ZİYARƏT
AzərTAc-ın müxbiri xəbər verir ki, iyunun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək, gül dəstələri qoymuşlar.
Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan da abidənin önünə gül qoydular.
Türkiyə nümayəndə heyətinin üzvləri də ulu öndərin abidəsi önünə güllər düzdülər.

Davamı...


Virtual gündəlik, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 5, 2008 13:25
Baxış sayı: 10

Şərhlər(0)

Beynəlxalq görüşlər, qardaş qarşılanması...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BÖYÜK BRİTANİYANIN TİCARƏT VƏ İNVESTİSİYALAR NAZİRİ DİQBİ CONSU QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də Böyük Britaniyanın ticarət və investisiyalar naziri Diqbi Consu qəbul etmişdir.
Görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi, Britaniya şirkətlərinin uzun illərdir Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində səmərəli fəaliyyət göstərdiyi vurğulandı. Söhbət zamanı Bakıda keçirilən XV Beynəlxalq Xəzər neft-qaz


Davamı...


Virtual gündəlik, Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 5, 2008 13:22
Baxış sayı: 9

Şərhlər(0)

Prezidentə inanırıq!!!

GƏNCƏLİ GƏNCLƏR RESPUBLİKA PREZİDENTİ İLHAM ƏLİYEVİN DAXİLİ VƏ XARİCİ SİYASƏTİNİ DƏSTƏKLƏYİR VƏ ONU YENİDƏN PREZİDENT GÖRMƏK İSTƏYİRLƏR

AzərTAc-ın müxbiri xəbər verir ki, Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı gənclər birliyinin 1-ci konfransı keçirilmişdir.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra konfransı giriş sözü ilə YAP Gəncə Şəhər Təşkilatının sədri İsrafil İsmayılov açaraq əlamətdar gün münasibətilə konfrans iştirakçılarını təbrik etmiş və gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Sonra YAP Gəncə Şəhər Təşkilatı gənclər birliyinin sədri Natiq İmanquliyevin hesabat məruzəsi dinlənilərək müzakirə edilmişdir. Müzakirələrdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyası YAP gənclər birliyinin sədri Rufin Quliyev, Azərbaycan Texnologiya Universiteti YAP gənclər birliyinin sədri Samir Bağırov, Gəncə Dövlət Universiteti YAP gənclər birliyinin sədri Elnur Həsənov, Gəncə Şəhər Gənclər və İdman baş idarəsi YAP


Davamı...


Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 5, 2008 13:02
Baxış sayı: 11

Şərhlər(0)

PREZİDENT İLHAM ƏLİYEVİN NAXÇIVANA NÖVBƏTİ SƏFƏRİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NAXÇIVAN MUXTAR RESPUBLİKASINA SƏFƏRİ
 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.
Dövlətimizin başçısının şərəfinə Naxçıvan hava limanında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov ehtiramla qarşıladı.

Davamı...


Virtual gündəlik, Liderə sevginin qəribəlıkləri, Prezidentə dəstək, Ali sərkərdə, İntellektual nitq və çıxışlar
artyazar
İyun 5, 2008 12:58
Baxış sayı: 28

Şərhlər(0)

BAKIDA XV BEYNƏLXALQ XƏZƏR SƏRGİ VƏ KONFRANSINDA İŞTİRAK VƏ NİTQ

BAKIDA XV BEYNƏLXALQ XƏZƏR NEFT, QAZ, NEFTAYIRMA, NEFT KİMYASI SƏRGİ VƏ KONFRANSI İŞƏ BAŞLAMIŞDIR AZƏRBAYCAN PREZİDENTI İLHAM ƏLİYEV AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR
AzərTAc xəbər verir ki, iyunun 3-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində XV Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransı işə başlamışdır.
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Yubiley sərgi və konfransını açan İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud Prezident İlham Əliyevi, sərgi və konfransın iştirakçılarını salamladı. Azərbaycanda sabitlik və inkişafın

Davamı...


Virtual gündəlik, İntellektual nitq və çıxışlar
artyazar
İyun 5, 2008 12:52
Baxış sayı: 9

Şərhlər(0)

Rəsmi dövlət sənədləri...

YOL HƏRƏKƏTİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №9, maddə 564; 2001-ci il, №5, maddə 298, №11, maddələr 676, 698; 2002-ci il, №1, maddə 9, №8, maddə 463; 2003-cü il, №8, maddə 424; 2004-cü il, №2, maddə 57, №11, maddə 901; 2005-ci il, №4, maddə 277, №10, maddə 874, №11, maddə 993; 2006-cı il, №12, maddə 1027; 2007-ci il, №6, maddə 560, №11, maddələr 1053, 1091; 2008-ci il, №2, maddə 49) aşağıdakı dəyişiklik və əlavələr edilsin:
1. 27-ci maddənin XIII hissəsində «vəkalətnamə və ya digər əsaslarla» sözləri «etibarnamə əsasında» sözləri ilə əvəz edilsin;


Davamı...


Fərman və sərəncamlar
artyazar
İyun 5, 2008 12:50
Baxış sayı: 14

Şərhlər(0)

Dünya Prezidentləri və Kralları Ulham Əliyevə yazırlar...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

Hörmətli cənab Prezident,
Bakıda 15-ci Beynəlxalq Xəzər neft və qaz sərgi və konfransının açılışı münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm.
Azərbaycanın enerji sektorundakı liderliyi və strateji uzaqgörənliyi Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəmərlərinin timsalında Şərq-Qərb enerji dəhlizinin yaranmasını mümkün etmişdir. Azərbaycanın aparıcı beynəlxalq enerji şirkətləri ilə birgə öz karbohidrogen sektorunu inkişaf etdirməsi həm Xəzər regionunun iqtisadi tərəqqisini təmin etdi, həm də qlobal enerji təhlükəsizliyini artırdı.
Azərbaycan dünya bazarlarının neft təchizatının artırılmasına başladığından, Amerika Birləşmiş Ştatları və onun avropalı tərəfdaşları Azərbaycanda həm də qaz hasilatının genişləndiriləcəyinə ümid edir. İnanırıq ki, bu, Azərbaycanın strateji əhəmiyyətini


Davamı...


Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 5, 2008 12:45
Baxış sayı: 11

Şərhlər(0)

Dünya İlham Əliyevə görə Azərbaycana axışır...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV NORVEÇİN DÖVLƏT KATİBİ, NEFT SƏNAYESİ VƏ ENERGETİKA NAZİRİNİN MÜAVİNİ XANIM LİV MONİKA STABHOLDTUN BAŞÇILIQ ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Norveçin dövlət katibi, neft sənayesi və energetika nazirinin müavini xanım Liv Monika Stabholdtun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
15-ci Beynəlxalq Xəzər neft və qaz sərgisində iştirak etmək üçün Bakıya səfər etdiyini bildirən Liv Monika Stabholdt Azərbaycanın istər regional baxımdan, istərsə də iqtisadi potensialına görə çox önəmli bir ölkə olduğunu vurğuladı.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 2, 2008 21:56
Baxış sayı: 11

Şərhlər(0)

Təbriklər, təltiflər, təbriklər: Hamını düşünən Prezident...

İTALİYA RESPUBLİKASI NAZİRLƏR ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB SİLVİO BERLUSKONİYƏ

Hörmətli cənab Sədr,
Milli bayramınız – Respublika elan edilməsi günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Biz Azərbaycan-İtaliya dövlətlərarası münasibətlərinin, dostluq əlaqələrimizin daim inkişafına və genişlənməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və Avropa strukturları çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da əzmlə davam etdirəcəyik.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
İyun 2, 2008 21:45
Baxış sayı: 14

Şərhlər(0)

İlham Əliyevin Avropada - Finlandiyada tarixi çıxışları

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FİNLANDİYAYA RƏSMİ SƏFƏRİ
PREZİDENTLƏRİN BİRGƏ MƏTBUAT KONFRANSI

Mayın 29-da Helsinkidə, Prezident sarayında Azərbaycan və Finlandiyanın dövlət başçılarının hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşündən sonra prezidentlər birgə mətbuat konfransı keçirmişlər.
Dövlət başçıları əvvəlcə jurnalistlər qarşısında bəyanatlarla çıxış etdilər.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
-Xanım Prezident, təşəkkür edirəm!
Hörmətli xanımlar və cənablar!


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar
artyazar
May 31, 2008 21:21
Baxış sayı: 13

Şərhlər(0)

Qərb Dünyasının da seçimi İlham Əliyevdir...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ DÖVLƏT KATİBİNİN CƏNUBİ VƏ MƏRKƏZİ ASİYA MƏSƏLƏLƏRİ ÜZRƏ MÜAVİNİ RİÇARD BAUÇERİ VƏ DÖVLƏT KATİBİNİN AVROPA VƏ AVRASİYA MƏSƏLƏLƏRİ ÜZRƏ MÜŞAVİRİ DEVİD MERKELİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə müavini Riçard Bauçeri və dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Devid Merkeli qəbul etmişdir.
Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin siyasi, iqtisadi və digər sahələrdə inkişafından məmnunluq ifadə olundu,

Davamı...


Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
May 31, 2008 21:18
Baxış sayı: 10

Şərhlər(0)

İlham Əliyevə - Prezidentimizə Beynəlxalq dəstək...

SERGEY LEBEDEV: “İLHAM ƏLİYEV AZƏRBAYCANDA VƏ MDB-DƏ NÜFUZA MALİK LAYİQLİ NAMİZƏDDİR”

“İlham Heydər oğlu Əliyevin Azərbaycan əhalisi arasında necə böyük nüfuzu və hörməti olduğunu bilirəm. Onun təkcə öz ölkəsində deyil, həm də bütün MDB məkanında böyük nüfuzu vardır. Hesab edirəm ki, o, prezidentliyə layiqli namizəddir, ancaq bu məsələni həll etmək və düzgün seçim etmək xalqın öhdəsindədir”. Bunu MDB-nin İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedev AzərTAc-ın xüsusi müxbirinə məxsusi müsahibəsində bildirmişdir. Onun sözlərinə görə, MDB-nin müşahidəçi missiyası bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün Azərbaycana gəlməyə hazırlaşır.
“Azərbaycanın MDB-də rolu və fəallığı bizi sevindirir”, – deyən S.Lebedev əlavə etmişdir ki, bu yaxınlarda respublikanın Baş naziri Artur Rasizadə ilə MDB hökumət başçılarının Minskdə keçirilən iclasında səmərəli görüşü olmuşdur.


Davamı...


Prezidentə dəstək
artyazar
May 31, 2008 21:11
Baxış sayı: 12

Şərhlər(0)

MEHRİBAN ƏLİYEVA HELSİNKİDƏ İNCƏSƏNƏT MUZEYİNDƏ

AZƏRBAYCANIN BİRİNCİ XANIMI MEHRİBAN ƏLİYEVA HELSİNKİDƏ İNCƏSƏNƏT MUZEYİ İLƏ TANIŞ OLMUŞDUR
Mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Finlandiyaya rəsmi səfəri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Finlandiya Prezidentinin həyat yoldaşı Pentti Arayarvinin müşayiəti ilə Helsinkidəki incəsənət muzeyində olmuşdur.

Davamı...


Prezidentə dəstək
artyazar
May 31, 2008 20:47
Baxış sayı: 14

Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FİNLANDİYAYA RƏSMİ SƏFƏRİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FİNLANDİYAYA RƏSMİ SƏFƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Finlandiya Respublikasına rəsmi səfərə yola düşmüşdür.
Azərbaycan Prezidentini Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.




Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
May 31, 2008 20:43
Baxış sayı: 12

Şərhlər(0)

Dünyanın siyasi elitası Azərbaycanı - İlham Əliyevi təbrik edir...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

Hörmətli cənab Prezident,
Mayın 28-də Respublika gününü qeyd etməyiniz münasibətilə Amerika xalqı adından Sizi və Azərbaycan xalqını təbrik etmək istəyirəm.
Biz Dağlıq Qarabağ münaqişəsinin ədalətli və uzunmüddətli həllinin təmin edilməsində və Azərbaycanın Avratlantik birliyi ilə əlaqələrinin, o cümlədən demokratik təsisatları inkişaf etdirmək yolu ilə, gücləndirilməsində həlledici tərəfdaş kimi Azərbaycanla işləməyə hazırıq. Biz həmçinin Azərbaycanın Əfqanıstana dəstəyini artırmaq üçün göstərdiyi son səyləri yüksək qiymətləndiririk. İkitərəfli tərəfdaşlığımızın davamlı şəkildə inkişaf edəcəyinə ümidvaram.
Səmimiyyətlə,
Corc Buş
Amerika Birləşmiş Ştatlarının Prezidenti


Davamı...


Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
May 28, 2008 22:24
Baxış sayı: 11

Şərhlər(0)

Azərbaycan Demokratik Respublikası intellektual liderlə irəliləməkdədir...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ
-Hörmətli xanımlar və cənablar!
Mən sizi və bütün Azərbaycan xalqını Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm, bütün Azərbaycan xalqına xoşbəxtlik və yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dünya miqyasında bir tarixi hadisə idi. İlk dəfə olaraq Şərqdə, müsəlman aləmində demokratik respublika yaranmışdı. Azərbaycan xalqı üçün isə bu, xüsusi əhəmiyyətli hadisə idi. Azərbaycan xalqı öz müstəqil dövlətini yaratmışdı. Əsrlər boyu müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı, nəhayət, öz müstəqil dövlətinə sahib olmuşdu.

Davamı...


Virtual gündəlik, Prezidentə dəstək, İntellektual nitq və çıxışlar
artyazar
May 28, 2008 22:13
Baxış sayı: 12

Şərhlər(0)

Günlərə tarix ağırlığı verən lider...

PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN ŞƏRƏFİNƏ UCALDILMIŞ ABİDƏNİ ZİYARƏT ETMİŞDİR
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmişdir.
Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
May 28, 2008 22:11
Baxış sayı: 13

Şərhlər(0)

İLHAM ƏLİYEV: Dövlət Mədəniyyət siyasətinin lideri

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV DÖVLƏT RUS DRAM TEATRI BİNASININ BƏRPA VƏ YENİDƏNQURMA İŞLƏRİNDƏN SONRA AÇILIŞ MƏRASİMİNDƏ İŞTİRAK ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva mayın 26-da Azərbaycan Dövlət Rus Dram Teatrı binasının bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimində iştirak etmişlər.
Dövlətimizin başçısına məlumat verildi ki, ölkəmizin teatr tarixində özünəməxsus yer tutan Azərbaycan Dövlət Rus Dram Teatrının binasında bərpa və yenidənqurma işlərinə 2006-cı ilin oktyabrında başlanılmışdı. Əsaslı bərpa işləri ilə yanaşı, binada ən müasir avadanlıq da quraşdırılıb və bunlar ən yüksək standartlar səviyyəsindədir. Əvvəllər 40-dək projektorla təchiz edilmiş səhnə-işıq sistemi hazırda müasir tipli 147 ədəd profil, səpələyici, linzalı və izləyici projektorlarla, eləcə də xüsusi işıq effektləri verən 10 ədəd


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, Mədəniyyətimizin hamisi
artyazar
May 26, 2008 21:24
Baxış sayı: 14

Şərhlər(0)

ABÇ-da HEYDƏR ƏLİYEVİN YUBİLEYİ İLƏ BAĞLI BƏYANAT

ABŞ KONQRESMENİ QREŞAM BARRETT ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN YUBİLEYİ İLƏ BAĞLI BƏYANATLA ÇIXIŞ ETMİŞDİR

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, ABŞ konqresmeni Qreşam Barrett Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi ilə bağlı Nümayəndələr palatasında bəyanatla çıxış etmişdir.


Davamı...


Prezidentə dəstək, Azәrbaycanın Beynәlxalq imici
artyazar
May 26, 2008 21:19
Baxış sayı: 12

Şərhlər(0)

Görüşlər, beynəlxalq yazışmalar...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də ABŞ Konqresinin üzvləri Adam Şif, Elison Şvarts və Ueyn Gilkrestdən ibarət nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ölkəmizdə sürətli inkişaf proseslərinin getdiyini vurğulayaraq əmin olduğunu bildirdi ki, ABŞ nümayəndə heyətinin səfəri qonaqlara bu proseslərlə yaxından tanış olmaq üçün yaxşı imkan yaradacaqdır.
Qonaqlar ölkəmizə səfərindən və Prezident İlham Əliyevlə görüşlərindən məmnun olduqlarını söylədilər. Bildirdilər ki, səfərin əsas məqsədi Azərbaycanda və regionda gedən proseslərlə yaxından tanış olmaqdan ibarətdir.


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
May 24, 2008 20:43
Baxış sayı: 12

Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN UKRAYNAYA RƏSMİ SƏFƏRİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN UKRAYNAYA RƏSMİ SƏFƏRİ
KİYEVDƏ RƏSMİ QARŞILANMA MƏRASİMİ
Mayın 22-də Kiyevdə, Ukrayna Prezidenti Katibliyinin binası qarşısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Ukrayna Prezidenti Viktor Yuşşenko Azərbaycan Prezidenti İlham Əliyevi böyük hörmət va ehtiramla qarşıladı.

Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
May 23, 2008 20:45
Baxış sayı: 15

Şərhlər(0)

Ukrayna İlham Əliyevi fərqləndirir və dəstəkləyir...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ TARAS ŞEVÇENKO ADINA KİYEV MİLLİ UNİVERSİTETİNİN FƏXRİ DOKTORU DİPLOMU TƏQDİM OLUNMUŞDUR

AzərTAc-ın xüsusi müxbirləri xəbər verirlər ki, mayın 22-də Taras Şevçenko adına Kiyev Milli Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bu təhsil ocağının fəxri doktoru adı verilməsi münasibətilə mərasim keçirilmişdir.
Mərasimə toplaşanlar Azərbaycan dövlətinin başçısını səmimiyyətlə qarşıladılar.
Universitetin rektor əvəzi akademik Leonid Quberski mərasimi açaraq, Azəraycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verdi.


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
May 23, 2008 20:42
Baxış sayı: 12

Şərhlər(0)

Rəsmi sənədlər: tarixçınaslığa gərək olar...

V.A.YUŞŞENKONUN “HEYDƏR ƏLİYEV” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə Ukrayna Prezidenti Viktor Andreyeviç Yuşşenko “Heydər Əliyev” ordeni ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 21 may 2008-ci il.


Davamı...


Fərman və sərəncamlar
artyazar
May 23, 2008 20:35
Baxış sayı: 13

Şərhlər(0)

Hamımız Prezidentimizə Dəstəyik...

MEHRİBAN XANIM ƏLİYEVA: YUNESKO-AZƏRBAYCAN ƏLAQƏLƏRİ UĞURLA İNKİŞAF EDİR

Ölkəmizin mədəniyyət və incəsənətini Avropada tanıtmaq sahəsində səmərəli fəaliyyət göstərən Heydər Əliyev Fondunun dəstəyi ilə mayın 20-də Parisdə YUNESKO-nun qərargahında xoşməramlı səfirlərin illik yığıncağı çərçivəsində azərbaycanlı gənc istedadların “Xoşməramlı mələklər” konsert proqramı təqdim edilmişdir.
Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva və YUNESKO-nun baş direktoru Koişiro Matsuura konsertdə olmuşlar.
Konsertdən əvvəl baş direktor Koişiro Matsuura çıxış edərək, onun təşkilinə görə Mehriban xanım Əliyevaya təşəkkür etdi. Xoşməramlı səfirlərin YUNESKO ailəsinin ən fəal üzvləri olduğunu və bu sırada Mehriban xanımın xidmətlərini xüsusi vurğulayan baş direktor Azərbaycanın və onun paytaxtı Bakının gözəlliklərindən, ölkəmizin qədim tarixindən, zəngin mədəni irsindən danışdı.


Davamı...


Liderə sevginin qəribəlıkləri, Prezidentə dəstək
artyazar
May 21, 2008 19:27
Baxış sayı: 13

Şərhlər(0)

TÜRKMƏNİSTAN PREZİDENTİ AZƏRBAYCANDA

TÜRKMƏNİSTAN PREZİDENTİ HEYDƏR ƏLİYEV FONDUNDA OLMUŞDUR

AzərTAc xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov mayın 20-də Heydər Əliyev Fondunda olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev burada Türkmənistan Prezidentini səmimiyyətlə qarşıladı.
Ali qonağı Fonddakı eksponatlarla tanış edən Azərbaycanın dövlət başçısı ulu öndər Heydər Əliyevin fəaliyyəti haqqında məlumat verdi.


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici
artyazar
May 21, 2008 19:25
Baxış sayı: 22

Şərhlər(0)

İşgüzar görüşlər, rəsmi sənədlər...

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN JANDARMA QÜV-
VƏLƏRİNİN BAŞ QƏRARGAH RƏİSİ İBRAHİM AÇIQ MEŞƏNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də Türkiyənin Jandarma Qüvvələrinin Baş Qərargah rəisi İbrahim Açıq Meşəni qəbul etmişdir.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Ölkəmizin müvafiq qurumları ilə Türkiyənin Jandarma Qüvvələri arasında əməkdaşlığın da yüksək səviyyədə olduğu bildirildi və qonağın ölkəmizə səfərinin bu sahədə əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə edildi.


Davamı...


Fərman və sərəncamlar, Virtual gündəlik
artyazar
May 21, 2008 19:19
Baxış sayı: 15

Şərhlər(0)

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

DÖVLƏT BAŞÇILARI MƏTBUAT ÜÇÜN BƏYANATLARLA ÇIXIŞ ETMİŞLƏR

Mayın 19-da Azərbaycan-Türkmənistan sənədlərinin imzalanma mərasimi başa çatandan sonra dövlət başçıları mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

-Hörmətli Qurbanqulu Malikquliyeviç!
Hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Prezident başda olmaqla, qardaş Türkmənistanın nümayəndə heyətini Azərbaycan torpağında bir daha salamlamaq istəyirəm. Bu gün qarşılıqlı maraq doğuran məsələlər barədə çox geniş fikir mübadiləsi oldu. Biz ikitərəfli əməkdaşlığı, onun inkişaf


Davamı...


Virtual gündəlik, Azәrbaycanın Beynәlxalq imici, İntellektual nitq və çıxışlar
artyazar
May 19, 2008 19:35
Baxış sayı: 17

Şərhlər(0)


  Yazılar cəmi: 264    Sonrakı səhifə »
© 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək:   AzeriBlog.com